Birlesmis Kralliq Universitetlerinin Siyahisi - Wikipedia
Birləşmiş Krallıq universitetlərinin siyahısı ― Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hüdudları daxilində fəaliyyət göstərən və bir sıra göstəricilər üzrə müxtəlif kateqoriyalarda səciyyələnən ali təhsil müəssisələrinin siyahısı.
Birləşmiş Krallıqdakı universitetlərin fəaliyyətə başlaması ümumən kral imtiyaznaməsi, Roma papasının rəsmi razılığı, 1992-ci ildə qəbul olunmuş "Əlavə və ali təhsil qanunu", o cümlədən 2017-ci ildə qəbul olunmuş "Ali Təhsil və araşdırma qanunu" çərçivəsində mümkün olmuşdur. Elmi dərəcələrin verilməsi və rəsmən "universitet" adının istifadəsi kimi səlahiyyətlər mərkəzi qanunla tənzimlənsə də, Birləşmiş Krallığın hüdudları daxilindəki subyektlərin sözügedən dərəcə və adın verilməsi üçün spesifik tələbləri də mövcuddur.
İndiki Birləşmiş Krallıq ərazisində ilk universitetin əsası XI-XII əsrlərdə İngiltərədə Oksford Universitetinin qurulması ilə qoyulmuşdur. Ardınca, Oksford Universitetini tərk etmiş bir sıra elm xadimləri 1209-cu ildə Kembric Universitetini formalaşdırmışlar. Sonrakı dövrlərdə, Şotlandiyada Sent-Endryus (1413), Qlazqo (1451), Aberdin (1495) və Edinburq (1582) Universitetləri, İrlandiyada isə Dublin Universiteti (1592) təşəkkül tapmışdır.
Diplom vermə səlahiyyətləri olan qurumlar bir növ dövlət tərəfindən akkreditasiya olunduğu üçün "tanınan orqanlar" adlanır. Sözügedən siyahıya bütün universitetlər, universitet kollecləri, London Universitetinin subyektləri və digər statuslu ali təhsil müəssisələri daxildir. Birləşmiş Krallıqda fəaliyyət göstərən demək olar ki, bütün ali təhsil qurumlarında bakalavriat dərəcəsi üzrə tələbə müraciətləri "Universitetlər və Kolleclərə Qəbul Xidməti" (ing. UCAS) tərəfindən idarə olunur.
Birləşmiş Krallıqda ali təhsil təmin edən təşkilatlar üçün təmsilçi orqanlar "Birləşmiş Krallıq Universitetləri" və "GuildHE"dir. Müvafiq sahə üzrə tənzimləyici məsul orqan Təhsil Departamentidir.
Tarix
redaktəErkən tarix və orta əsrlər
redaktəAvropada universitet bir qurum olaraq, tarixən orta əsrlər cəmiyyətlərində meydana çıxmış elmi ehtiyacların fonunda təşəkkül tapmışdır. İlk dövrlərdə daha çox ruhani sima daşıyan bu qurumlar ümumi ictimai-siyasi və sosial proseslərdən təsirlənmiş və zaman-zaman onlara təsir edərək cəmiyyətləri istiqamətləndirmişdir. Avropada universitetlərin yayılma diapazonu ilk növbədə, XII əsrdə cənubi və qərbi Avropanı əhatə etmişdir. XIV və XV əsrlərdən başlayaraq isə ali təhsilin instutsional formada təklif olunması Avropanın şimalda və şərqdə yerləşən bölgələrinə də sirayət etməyə başlamışdır.
İndiki Böyük Britaniya ərazisində isə ilk ali təhsil müəssisəsinin formalaşması XI-XII əsrdə Oksford Universitetində təhsilə start verilməsi ilə baş vermişdir. 1167-ci ildən etibarən II Henrinin ingilis tələbələrin Paris Universitetində təhsil almasını qadağan etməsi ilə Oksfordda təlim-tədris daha da mütəşəkkilləşmişdir. 1209-cu ildə isə 2 elm xadiminin edamı ilə nəticələnən hadisələrdən sonra Oksford Universitetini tərk etmiş bir qrup akademik Kembric Universitetinin, yəni indiki Böyük Britaniyanın ikinci ən qədim ali təhsil müəssisəsinin əsasını qoymuşdur.
İngiltərə krallığında qurulan universitetləri Şotlandiya krallığında ard-arda qurulan universitetlər təqib etmişdir. Roma papasının rəsmi razılığı əsasında 1413-cü ildə Sent-Endryus Universiteti, 1451-ci ildə Qlazqo Universiteti, sonradan Aberdin Universiteti adı altında təmərküzləşən Aberdin Kral Kolleci (1495) və Marişal Kolleci (1593) fəaliyyətə başlamışdır. Şotlandiyada Edinburq Universiteti və İrlandiyada Dublin Universiteti sələflərindən fərqli olaraq Roma papasının razılığı əsasında deyil, birbaşa kral imtiyaznaməsi ilə təsis olunmuşlar.
Feodal era və Sənayə inqilabı
redaktəII Dünya müharibəsindən sonrakı dövr
redaktəMüasir dövr
redaktəİdarəetmə
redaktəSiyahı
redaktəQədim universitetlər
redaktəQuruluş tarixi | Adı | Qurucu dövlət | Yeri | Kampus | Qeydlər |
---|---|---|---|---|---|
Ali təhsil müəssisəsinin fəaliyyətə başlamasını göstərən dəqiq tarix yoxdur. Lakin 1096-cı ildə artıq burada tədris prosesi pərakəndə də olsa gedirdi. 1167-ci ildən etibarən II Henrinin ingilis tələbələrin Paris Universitetində təhsil almasını qadağan etməsi ilə Oksfordda təlim-tədris daha da mütəşəkkilləşmişdir. | |||||
1209-cu ildə 2 elm xadiminin edamı ilə nəticələnən hadisələrdən sonra Oksford Universitetini tərk etmiş bir qrup akademik tərəfindən formalaşdırılmışdır. | |||||
Roma papasının rəsmi razılığı əsasında fəaliyyətə başlamışdır. | |||||
Şotland kralı II. Ceymsin müraciətindən sonra, 1451-ci ildə Papa V. Nikolayın Qlazqoda bir universitet qurulması üçün verdiyi rəsmi razılıq ilə qoyulmuşdur.[1] Beləliklə, Qlazqo Universiteti Şotlandiya krallığında qurulmuş ikinci, Britaniya İmperiyasının isə hüdudları daxilində fəaliyyətə başlayan dördüncü ən qədim ali təhsil müəssisəsi olmuşdur.[2] | |||||
Aberdin Kral Kolleci 1495-ci ildə, Marişal Kolleci isə 1593 Roma papasının rəsmi razılığı əsasında fəaliyyətə başlamışdır. İki qurum 1860-cı ildə birləşdirilmişdir. | |||||
VI Ceyms tərəfindən verilmiş kral imtiyaznaməsi ilə fəaliyyətə başlamışdır. | |||||
I Yelizaveta tərəfindən verilmiş imtiyaznamə ilə fəaliyyətə başlamışdır. |
London Universiteti
redaktəQuruluş tarixi | Adı | Qurucu dövlət | Yeri | Kampus | Qeydlər |
---|---|---|---|---|---|
1823 | Birkbek Kolleci | Birləşmiş Krallıq | London, İngiltərə | 1823-cü ildə London Mexanika İnstitutu olaraq fəaliyyətə başlayan ali təhsil müəssisəsi, 1866-cı ildə Birkbeck Ədəbiyyat və Elm Təşkilatı, 1907-ci ildə isə Birkbek Kolleci olaraq yenidən qurulmuşdur.
1920-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir. | |
1894 | London Şəhər Universiteti | Birləşmiş Krallıq | London, İngiltərə | 2016-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir. | |
1932 | Kurto İncəsənət İnstitutu | Birləşmiş Krallıq | London, İngiltərə | 1932-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir. | |
1891 | Qoldsmits Kolleci | Birləşmiş Krallıq | London, İngiltərə | 1904-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir. | |
1909 | Xərçəng Tədqiqatları İnstitutu | Birləşmiş Krallıq | London, İngiltərə | 2003-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir. | |
1829 | London Kral Kolleci | Birləşmiş Krallıq | London, İngiltərə | 1836-cı ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir. | |
1964 | London Biznes Məktəbi | Birləşmiş Krallıq | London, İngiltərə | 1964-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir. | |
1895 | London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi | Birləşmiş Krallıq | London, İngiltərə | 1900-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir. | |
1899 | London Gigiyena və Tropik Tibb Məktəbi | Birləşmiş Krallıq | London, İngiltərə | 1924-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir. | |
1882 | London Şahzadə Meri Universiteti | Birləşmiş Krallıq | London, İngiltərə | 1915-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir. | |
1822 | Kral Musiqi Akademiyası | Birləşmiş Krallıq | London, İngiltərə | 2003-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir. | |
1906 | Kral Mərkəzi Nitq və Dram Məktəbi | Birləşmiş Krallıq | London, İngiltərə | 2005-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir. | |
1849 | Royal Hollovey və Bedford Yeni Kolleci | Birləşmiş Krallıq | London, İngiltərə | 1900-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir. | |
1791 | Kral Baytarlıq Kolleci | Birləşmiş Krallıq | London, İngiltərə | 1915-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir. | |
1916 | Şərq və Afrika Araşdırmaları Məktəbi (SOAS) | Birləşmiş Krallıq | London, İngiltərə | 1916-cı ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir. | |
1733 | Sent-George Xəstəxanası Tibb Məktəbi | Birləşmiş Krallıq | London, İngiltərə | 1838-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir. | |
1836 | London Universitet Kolleci | Birləşmiş Krallıq | London, İngiltərə | 1836-cı ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir. |
Londondakı digər universitetlər
redaktə"Qırmızı kərpic" universitetləri
redaktəQuruluş tarixi | Adı | Qurucu dövlət | Yeri | Kampus | Qeydlər |
---|---|---|---|---|---|
1880 | Viktoriya Universiteti | Birləşmiş Krallıq | Mançester, İngiltərə | Viktoriya Universiteti Mançester, Lids və Liverpul şəhərlərində kollecləri olan federal bir universitet idi. Nəzdnində fəaliyyət göstərən bütün kolleclər müstəqil universitet statusu aldıqları üçün 1903-cü ildə ləğv edildi.
Beləliklə, sözügedən universitetin bazasında 1903-cü ildə Liverpool Universiteti, 1904-cü ildə Lids Universiteti və ardınca Mançester Viktoria Universiteti yarandı. | |
1900 | Birminhem Universiteti | Birləşmiş Krallıq | Birminhem, İngiltərə | Kral imtiyaznaməsi ilə universitet statusu verilən ilk "qırmızı kərpic" universitetidir. | |
1903 | Liverpul Universiteti | Birləşmiş Krallıq | Liverpul, Şotlandiya | Viktoriya Universiteti nəzdnində kollec kimi fəaliyyət göstərmişdir. 1903-cü ildə müstəqil universitet statusu almışdır. | |
1903 | Mançester Universiteti | Birləşmiş Krallıq | Mançester, İngiltərə | Viktoriya Universitetinin subyektlərindən biri kimi fəaliyyət göstərən ali təhsil müəssisəsi sözügedən təhsil qurumunun ləğvindən sonra Mançester Viktoriya Universiteti kimi yenidən formalaşdırıldı və 1903-cü ildə kral nizamnaməsi alaraq müstəqil universitet statusuna sahib oldu.
| |
1904 | Lids Universiteti | Birləşmiş Krallıq | Lids, İngiltərə | Viktoriya Universiteti nəzdnində kollec kimi fəaliyyət göstərmişdir. 1904-cü ildə müstəqil universitet statusu almışdır. | |
1897 | Şeffild Universiteti | Birləşmiş Krallıq | Şeffild, İngiltərə | ||
1909 | Bristol Universiteti | Birləşmiş Krallıq | Bristol, İngiltərə | ||
1926 | Redinq Universiteti | Birləşmiş Krallıq | Redinq, İngiltərə | ||
1948 | Nottinqem Universiteti | Birləşmiş Krallıq | Nottinqem, İngiltərə | ||
1963 | Nyukasl Universiteti | Birləşmiş Krallıq | Nyukasl-apon-Tayn, İngiltərə |
"Plitə şüşə" universitetləri
redaktəYeni universitetlər
redaktəÖzəl universitetlər
redaktəQuruluş tarixi | Adı | Qurucu dövlət | Yeri | Kampus | Qeydlər |
---|---|---|---|---|---|
1973 | Bukinqem Universiteti | Birləşmiş Krallıq | Bukinqem, İngiltərə | Universitet 1973-cü ildə Bukinqem Universitet Kolleci olaraq qurulmuş, 1983-cü ildə kraliçadan imtiyaznamə almışdır. 2016-cı ilin may ayından etibarən Birləşmiş Krallıqda kral imtiyaznaməsi olan yeganə özəl universitetdir. | |
1992 | BPP Universiteti | Birləşmiş Krallıq | London, İngiltərə | Universitet, ABŞ-da fəaliyyət göstərən "Apollo Education Group" kommersiya məqsədli təhsil şirkətinin bir hissəsi olan "BPP Holdings"ə məxsusdur. | |
1992 | Arden Universiteti | Birləşmiş Krallıq | Koventri, İngiltərə | ||
1984 | London Reqents Universiteti | Birləşmiş Krallıq | London, İngiltərə | ||
1962 | Hüquq Universiteti | Birləşmiş Krallıq | London, İngiltərə |
Digər universitetlər
redaktəReputasiya
redaktəElmi standartlar və təmərküzləşmələr
redaktəİstinadlar
redaktə- ↑ "University of Glasgow". www.britannica.com (ingilis). Britannika Ensiklopediyası. 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2021.
- ↑ Riché, Pierre. Education and Culture in the Barbarian West: From the Sixth through the Eighth Century. Columbia: University of South Carolina Press. 1978. 126–127, 282–298. ISBN 978-0-87249-376-6.