Birinci Xanim - Wikipedia
Birinci xanım və ya birinci ledi, (o cümlədən birinci centlmen) — bəzi ölkələridə dövlət başçısı seçilmiş şəxsin həyat yoldaşının qeyri-rəsmi titulu. Bu ifadə adətən baş nazir və ya hökumət başçısı üçün işlədilmir.
Əvvəllər birinci xanım ifadəsi ABŞ prezidentlərinin həyat yoldaşlarını ifadə etmək üçün istifadə edilirdi, lakin sonradan digər dillərə keçərək hazırda idarə forması monarxiya olmayan hər hansı bir dövlət başçısının həyat yoldaşına müraciət etmək üçün istifadə olunur. Parlamentar respublikalarda və konstitusiya monarxiyalarında bu termin adətən hökumət başçısının (baş nazirin) həyat yoldaşına şamil edilir. Bəzi ölkələrdə (Rusiya daxil olmaqla) bu termin dövlət dilinə tərcümə olunur, məsələn, Latın Amerikasında Primera Dama, Fransada - Première Dame kimi ifadə olunur.
ABŞ-də bu termin ilk dəfə 1849-cu ildə prezident Zakari Teylorun 4-cü prezident Ceyms Medisonun həyat yoldaşı Dolli Medisonun dəfn mərasimi zamanı onun haqqında vida nitqində istifadə edilmişdir. Bununla belə, “birinci xanım” adlandırılmağa başlayan ilk qadın ABŞ-nin 15-ci prezidenti Ceyms Byukenenın qardaşı qızı Harriet Leyndir (Byukenen ABŞ-nin yeganə subay prezidenti idi və onun hakimiyyəti dövründə birinci xanımın vəzifələrini qardaşı qızı yerinə yetirirdi[1]).Lakin bu anlayış yalnız 1877-ci ildən ümumi istifadə olunmağa başladı.[2] O zaman, jurnalist Meri Eyms prezident Raterford Heysin andiçmə mərasimi ilə əlaqədar qəzet reportajında "birinci xanım" ifadəsini onun həyat yoldaşı, Birləşmiş Ştatlarda populyar bir qadın olan Lyusi Heys haqqında yazarkən istifadə etmişdir.[3]
Birinci xanımın etiketi
redaktəBirinci xanımlar üçün bir sıra əsas davranış normaları mövcuddur. Belə ki, protokola əsasən, rəsmi tədbirlərdə prezidentlərin xanımları onlardan bir qədər geridə qalmalıdır. Ən çox müzakirələrə səbəb olan Fransa prezidenti Emmanuyel Makronun xanımı Bridjit Makronun davranışlarıdı, hansı ki bu nuansa məhəl qoymayaraq tədbirlərdə prezidentlə bərabər görünür.
Birinci xanım geyiminə, davranışına və jestlərinə xüsusi diqqət yetirməli, pis vərdişləri aşılamamalı,yer aldığı tədbirə uyğun qeyim seçməli, aşırı makiyaj vasitələərində istifadə etməməli və qeyimlərində açıq-saçıqlığa yol verməməlidirlər.[4]
Diplomatik korpusun üzvləri kral ailəsinə baş çəkməzdən əvvəl davranış qaydalarını elan edirlər, çünki belə qaydalar toplusu rəsmi olaraq mövcuddur. Protokola görə, əlahəzrətə toxunmaq qadağandır. Kraliça birinci özü əlini uzatmalıdır və bütün sonrakı davranışlarda nə vaxt oturmaq, nə vaxt söhbətə başlamaq və nə vaxt bitirmək lazım oladuğunun təşəbbüskarı məhz odur. Bundan əlavə, kraliçaya arxa çevirmək, onun şəklini çəkmək qadağandır Bunlara baxmayaraq böyük müzakirələrə səbəb olan Mişel Obamanın kraliça II Yelizavetanı qucaqlaması və digər sərbəst davranışları olmuşdur.[5]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- ↑ Олег Кусов. ""Первые леди" Кавказа". https://www.ekhokavkaza.com/ (rus). 20 yanvar 2011. 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2022.
- ↑ "Arxivlənmiş surət". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-09.
- ↑ "Arxivlənmiş surət". 2021-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-09.
- ↑ "Этикет первых леди: что можно (и нельзя) супругам президентов". https://www.marieclaire.ru/ (rus). 2022-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2022.
- ↑ "Какие правила этикета должна соблюдать первая леди, чтобы не опозорить страну и не быть осмеянной Источник: https://kulturologia.ru/blogs/100821/50705/" (rus). 2022-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2022.