Birinci Ingilis Maratx Muharibesi - Wikipedia
Birinci ingilis-maratx müharibəsi (1775–1782) — Böyük Britaniyanın Ost-Hind kompaniyası ilə Maratx Konfederasiyası arasında baş vermiş ilk müharibə.
Müharibə ərəfəsində
redaktə1772-ci ildə Maratx konfederasiyasının peşvası I Madxav-raonun ölümü taxt-tac uğrunda mübarizənin kəskinləşməsinə səbəb oldu. Bu mübarizədə əsas rolu Punada peşva sarayı, İndaur və Qvalior kimi iri maratx knyazlıqları oynayırdılar. İddiaçılardan biri — Raqxunatx-rao 6 mart 1775-ci ildə Bombeydə britaniyalılarla Surat müqaviləsini imzaladı. Bu müqaviləyə əsasən Punada taxt-tacın ələ keçirilməsinə kömək göstərilməsi müqabilində o, Salset adasını və Basseyn limanını (maratxların əlinə keçmiş Portuqaliya anklavı — ]ingilislər bu anklava çoxdan göz tikmişdilər) ingilislərə verməyi vəd etdi.
Müharibənin gedişi
redaktəBritaniyalılar kontingentə 2500 nəfərlik qoşun çıxardılar. Birləşmiş ingilis-maratx ordusu Qucarata daxil oldu, Ost-Hind kompaniyasının əsas şəhəri olan Kəlküttədə qarşıları alınanadək onlar bir neçə qələbə qazandılar. Bombeydən gələn dəstəyə düşərgəyə qayıtmaq əmr olundu, Böyük Britaniya səfiri isə peşvanın yanındakı regentlər şurası ilə danışıqlar aparmaq üçün Punaya yola düşdü. O, müyyən miqdarda təzminat və Salsettinin onlara güzəşt edilməsi müqabilində Raqxunatx-raonu müdafiədən imtina olunmasına razılaşdı.
Lakin Böyük Britaniyanın bu şərtləri qəbul olunmadı və 1778-ci ildə Bombeyə yenidən Raqxunatx-raonun koməyinə gələn 4000 min nəfərlik ordu yeridildi. Bu dəfə Böyük Britaniya ordusu 1779-cu ilin əvvəllərində Puna yaxınlığında Qərbi Qatx dağları ətəyində, Badqaon adlanan yerdə tamamilə darmadağın edildi. Döyüş meydanında imzalanmış müqaviləyə əsasən britaniyalılar 1773-cü ildən bombeylilər tərəfindən tutulmuş ərazilərdən imtina edirdilər.
General-qubernator Uorren Qastinqs Badqaon razılaşmasının şərtlərini rədd etdi və quru yolla oz ordusunu Benqaliyadan Qucarata göndərdi. Maratxlar Əhmədabad və Basseyn yaxınlığında darmadağın edildilər, lakin 1781-ci ildə Qxat istiqamətindən Punaya hərəkət edən Böyük Britaniya ordusunun hücumunu dəf etməyə müvəffəq oldular.
Bu müharibə ilə eyni vaxtda britaniyalılar üçün uğursuz olan ikinci ingilis-maysor müharibəsi davam edirdi. Maxadaci Şindenin komandanlıq etdiyi maratxlar maysorların uğurlarından ruhlanaraq danığıqlara başlamağı təklif etdilər və ingilislər bu təklifi qəbul etdilər.
Müharibənin nəticələri
redaktəMaratxlarla ingilislər arasında uzun müddət davam edən danışıqlardan sonra 17 may 1782-ci ildə Salbay müqaviləsi imzalandı. Müqavilənin şərtlərinə görə britaniyalılar Salset adasına yiyələnirdilər, əvəzində taxt-tacdan imtinaya razılaşdığına görə Raqxunaxt-raoya omürlük təqaüd ödənilməsini öhdələrinə götürürdülər. Maratxlar Maysorla münasibətdə fəaliyyət azadlığı alırdılar.
Mənbə
redaktə- Индийские войны англичан // Военная энциклопедия : [в 18 т.] / под ред. В. Ф. Новицкого [и др.]. — СПб. ; [М.] : Тип. т-ва И. В. Сытина, 1911–1915.
- "История Востока" (в 6 т.). Т. IV кн. 1 "Восток в новое время (конец XVIII — начало XX в.)" — Москва: издательская фирма "Восточная литература" РАН, 2004. ISBN 5-02-018102-1
- Джон Кей "История Индии" — Москва: ООО "Издательство АСТ", 2011. ISBN 978-5-17-070521-4