Birinci Qarabag Muharibesi Sehidleri Q - Wikipedia
Birinci_Qarabağ_müharibəsi_şəhidləri_(Q) - Haqqında Məlumat
Siyahı
redaktə1973-cü ildə Biləsuvar rayonu, İsmətli kəndində anadan olub. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. 10 aprel 1993-cü ildə şəhid olub. Qəbri Biləsuvar rayonu, İsmətli kəndindədir. İsmətli kənd tam orta məktəbi Xanlar Qafarov adını daşıyır. | ||||
1973-cü ildə Masallı rayonunun Sığıncaq kəndibdə anadan olub. 18 yaşı tamam olanda xidmətə çağırılır və Lənkəran batolyonunda Selli, Fərrux, Qaralar, Qurançı, Şıxavənd kəndləri, Laçın kəndində döyüşlərdə iştirak edib. Qubadlı-Laçın yolunun əldə saxlanılmasında hünər göstərir. 30 sentyabr 1992-ci il onun son döyüşü olub.[1] Adı Sığıncaq kənd tam orta məktəbinə verilmişdir. | ||||
24 yanvar 1970-ci ildə Samux rayonunun Nəbiağalı qəsəbəsində doğulmuşdur. Atası Talıb Göyçə mahalının Daşkənd kəndindəndir[2]. Abbas orta məktəbi bitirdikdən sonra Rusiyanın Kamensk şəhərində hərbi xidmətdə olub[3]. Xanlar rayon Hərbi Komisarlığı tərəfindən 3 yanvar 1992-ci ildə Milli Orduya göndərilmiş, 701-ci hərbi hissənin avtomatçısı olmuşdur[4]. Abbas Qasımov ailəsinin narazılığı olmasına baxmayaraq könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qoşulmuşdur. Yoldaşları arasında "Snayper Abbas" deyə çağırılırmışdır. Sərrast atıcı və minaları təhlükəsizləşdirən hərbçi idi[2]. 5 iyul 1992-ci ildə Ağdərə rayonunda gedən qızğın döyüşdə ayağından yaralanmasına baxmayaraq geri çəkilməmiş və son damla qanına qədər düşmənlə üz-üzə döyüşmüş və qəhrəmancasına şəhid olmuşdur. Abbas Qasımov Samux rayonunun Nəbiağalı qəsəbəsində dəfn edilmişdir. O, Samux rayonunun ilk şəhididir[2]. Gülüstanın alınmasında, Ağdərənin Talış, Qırmızıkənd, Maqadis kəndlərində gedən döyüşlərdə Abbas xüsusən fəallıq göstərmişdir[5]. 22 iyul 1992-ci il tarixli "Yeni Samux" qəzetində və "Samux şəhidləri" adı altında kitabda "snayper" Abbasın döyüş yolu haqqında geniş məlumat verilmişdir[6]. | ||||
15 fevral 1974-cü ildə anadan olmuşdur. 1993-cü ildə Hacıqabul rayonundan hərbi xidmətə çağırıldı. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Elvar Qədimov 10 fevral 1994-cü ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olmuşdur. Hacıqabul rayonunun Atbulaq kəndində dəfn olunmuşdur. Subay idi. | ||||
1 may 1967-ci ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olmuşdur. Hacıqabul rayonunda ailə həyatı qurmuşdur. Ayaz Quliyev Hacıqabulda tikinti idarəsində işləmişdir. 15 iyul 1993-cü ildə Hacıqabul rayonundan hərbi xidmətə çağırıldı. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Ayaz Quliyev Ağdamın Qərvənd və Şelli kəndlərində döyüşlərdə iştirak etmişdir. 31 avqust 1993-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olmuşdur. Qobustan rayonunda dəfn olunmuşdur. Ailəli idi. 2 Övladı var. | ||||
1959-cu ildə Ağdam rayonunda anadan olub. 1988-ci il fevralın 22-də Əli Hacıyev ilə birgə Əsgəran rayonunda şəhid olub. | ||||
1 avqust 1973-cü ildə Xaçmaz rayonu Üçgünqışlaq kəndində anadan olub. 1980-ci ildə birinci sinifə daxil olmuşdur. 1990-cı ildə məktəbi bitirmişdir. 1991-ci il may ayının 25-də hərbi xidmətə çağırılmışdır. Həmin ildə Əlibayramlı şəhərində komandirlik kursunu bitirmiş və könüllü olaraq cəbhəyə getmişdir. O, Ağdam rayonu Papravənd kəndi uğrunda gedən döyüşlərdə fədakarlıq göstərmiş, 1993-cü il aprel ayının 19-u ermənilərə qarşı gedən döyüşdə ağır yaralanmış, Aprel ayının 20-si şəhidlik zirvəsinə ucalmışdır. Şəhidin cənazəsi boya-başa çatdığı Üçgünqışlaq kənd qəbirstanlığında torpağa tapşırıldı. 1996-cı ildə Xaçmaz rayon İcra hakimiyyətinin qərarı ilə Üçgünqışlaq kənd orta məktəbinə, Şəhid Sadıq Qurbanəliyevin adı verilmişdir. 2001-ci ildə məktəbin həyətində heykəli ucaldılmışdır.[7] | ||||
8 mart 1972-ci ildə Göyçə mahalının Əzizli kəndində anadan olmuşdur. Bakı ŞHK-ndan orduya çağırılmışdır. Sıravi əsgər Almaniya Respublikasında xidmət etmişdir. Milli Orduya könüllü getmişdir. Şahin Qurbanov 1994-cü ildə Ağdərə rayonunda döyüş zamanı itkin düşmüşdür.[8][9] |
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-19.
- ↑ 1 2 3 Araz Yaquboğlu, "Ömrün şəhidlik zirvəsi", Bakı, "Elm və təhsil", 2012.
- ↑ Nəcibə Əlizadə. "Xalqımızın qəhrəman və şəhid oğulları", Bakı, 2013. səh.76–77.
- ↑ "Azərbaycan Respublikası Xatirə Kitabı" 3-cü cild, "Q" hərfi. Bakı-2001. səh.106
- ↑ Füzuli Ramazanoğlu, "Bu da bir taledir". Bakı, "Nurlan", 2009.
- ↑ "Yeni Samux" qəzeti, 22 iyul 1992-ci il.
- ↑ "Ağdam uğrunda gedən döyüşlərdə şəhid olmuş Qurbanəliyev Sadıq" ( (az.)). 20.11.2020. 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.11.2020.
- ↑ Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov. "Başı dumanlı Göyçə". Gəncə-2007. səh.81.
- ↑ Qurbanov Şahin Xalıqverdi oğlu // Azərbaycan Respublikası Xatirə Kitabı (20 cilddə). II cild. Bakı: "Respublika Xatirə Kitabı" redaksiyası, 2000. səh. 757.