Birdisicikli Yemisan - Wikipedia
Birdişicikli yemişan (lat. Crataegus monogyna) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Birdişicikli yemişan | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Birdişicikli yemişan |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
redaktəRusiyanın Avropa hissəsinin mərkəzi və cənub rayonlarında, Qafqazda, Orta Asiyada yabanı halda bitir.
Botaniki təsviri
redaktəBioloji xüsusiyyətlərinə görə iynəli yemişana bənzəyir, lakin nisbətən tez böyüməsi, çəhrayı rəngli çiçəkləri və s. xüsusiyyətləri ilə fərqlənir. Hündürlüyü 3-6 m-ə, əlverişli şəraitdə isə 8-12 m-ə çatan, simmetrik yumru çətirli, çoxillik budaqları qonur-boz rəngdə olan ağacdır. Yarpaqları yumurta və ya rombşəkilli, 3,5-sm, eni 2,5 sm-dir. Çiçəkləri 10-18 ədəd olmaqla çətir çiçək qrupuna yığılmışdır. Meyvələri yumru, uzunluğu 0,7-sm olan çəyirdəkmeyvədir, 6 yaşından meyvə verir.
Ekologiyası
redaktəİstiyə, soyuğa və rütubətə davamlıdır.
Azərbaycanda yayılması
redaktəBöyük və Kiçik Qafqazda, Naxçıvan MR təbii halda rast gəlinir.
İstifadəsi
redaktəDekorativ (f.stricta) piramidal çətirli; sallaq (f.pendula), çəhrayı sallaq (f.rosea pendula); al qırmızı (f.punicea); çəhrayı (f.rosea), ağ zolaqlı; ağ çoxləçəkli (f. albo-plena); qırmızı çoxləçəkli (f. rubra-plena); həmişə çiçəkləyən (f. semperflorens) və s. bağ formaları vardır. Bağ formaları tək əkinlərdə ön planda, qruplarda və sıra əkinlərində istifadə edilir.