Bir Milyon Dollarim Olsaydi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bir milyon dollarım olsaydı — Qaraqan tərəfindən yazılmış roman.
Bir milyon dollarım olsaydı | |
---|---|
azərb. Bir milyon dollarım olsaydı | |
Müəllif | Qaraqan |
Janr | Dram |
Orijinalın dili | Azərbaycan dili |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 2007 |
Nəşriyyat | Qanun, Əli və Nino |
Nəşr |
2009 2014 ("Əli və Nino" nəşriyyatı) 2014 ("Qanun" nəşriyyatı) |
Səhifə | 109 |
Əvvəlki | A |
Sonrakı | Исповедь Одного Извращенца |
ISBN | ISBN 978-9952-26-717-4 |
Məzmun
redaktəQaraqanın "Bir milyon dollarım olsaydı..." adlı romanı kasıb və namuslu mətbəə işçisi - Kərəmin həyatından bəhs edir. Qazandığı cüzi maaşı həyat yoldaşına və övladlarına xərcləyən qəhrəmanın həyatını təsadüfən tikintidən tapdığı bir milyon dollar necə dəyişir? O, namuslu və dəyişilməyən insan obrazı kimi bu hadisədən sonra başına gələnlərlə mübarizə aparır. Pul hər zaman xoşbəxtlik gətirirmi?. "Bir milyon dollarım olsaydı..." romanı müasir dövrün müxtəlif ailə-məişət problemlərinə işıq tutur.
Əgər gecə, küçənin ortasında qara bir çemodanda bir milyon dollar tapsaydınız nə edərdiniz? Yəqin ki, hamı ilk olaraq bahalı avtomobil, villa və xaricə səyahət haqqında düşünərdi. Elə kasıb nəşriyyat işçisi Kərəm Alıyev də belə düşünürdü. O da öz kasıb ailəsini, həyat yoldaşı Firuzə və uşaqlarını ehtiyac bataqlığından xilas etmək istəyirdi. Amma bəzən hər şey bizim gözlədiyimiz kimi olmur. Bəzən çox qəribə hadisələr baş verir. Kərəmin tapdığı bir milyon dollar onun bütün həyatını dəyişir. Pulun sahibini axtarmaq qərarına gəlir. Lakin axtarışları boş yerə olur.