Bir Defe Hollivudda - Wikipedia
Bir dəfə Hollivudda (ing. Once Upon a Time in Hollywood) — rejissor Kventin Tarantino tərəfindən 2019-cu ildə ekranlaşdırılmış komediya-dram filmi. Filmin ssenarisi rejissora məxsusdur. "Columbia Pictures", "Bona Film Group", "Heyday Films" və "Visiona Romantica" şirkətlərinin prodüserliyi ilə ərsəyə gəlmiş film ABŞ və Birləşmiş Krallığın birgə istehsalıdır. Filmin distribütoru "Sony Pictures Releasing" şirkətidir. Filmdə baş rollarda Leonardo DiKaprio, Bred Pitt, Marqo Robbi, Emil Hirş, Marqaret Kuellı, Timoti Olifant, Ostin Batler, Dakota Fenninq, Bryus Dern və Al Paçino iştirak edirlər. Filmdə ulduz heyəti və bir neçə süjet xətti var; film Hollivudun qızıl epoxasının son anlarına – 60-cı illərə ithaf edilib. Filmdəki əhvalatlar 1969-cu ildə Los-Ancelesdə cərəyan edir: yaşlanmaqda olan televiziya aktyoru və onun çoxdankı dostu və dublyoru dəyişməkdə olan Hollivudun film sənayesində öz yerlərini tapmağa çalışırlar.
Bir dəfə Hollivudda | |
---|---|
ing. Once Upon a Time in Hollywood | |
Janr | komediya-dram, dram filmi, cinayət filmi, Alternativ tarix |
Rejissor | |
Prodüserlər |
|
Ssenari müəllifi | |
Baş rollarda |
|
İstehsalçılar | Heyday Films, Sony Pictures, Columbia Pictures |
Distribütor | Sony Pictures, InterCom[d][2], iTunes |
İlk baxış tarixi | 26 iyul 2019 |
Müddət | 161 dəq. |
Gəlir | 374.343.626 $[3] |
Ölkələr | |
Dil | ingilis dili |
Rəng | rəngli, ağ-qara[d] |
Çəkiliş yeri | Los-Anceles, Beverli-Hillz, Simi-Valli |
IMDb | ID7131622 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Pitt, DiKaprio, Robi və Tarantino ilə davamlı olaraq əməkdaşlıq edən Zoi Bell və Kurt Rassell 2018-ci ilin Yanvar-İyun aylarında çəkilişlərə qatıldı. Filmin əsas çəkilişləri İyun-Noyabr ayları arasında Los Anceles ətrafında davam etdi. Bu film həm də 2019-cu ilin Mart ayında vəfat etmiş aktyor Lyuk Perrinin çəkildiyi son filmdir.[4]
"Bir dəfə Hollivudda" filminin premyerası 21 may 2019-cu ildə Kann Film Festivalında baş tutdu[5]; film 26 iyul 2019-cu ildə ABŞ-də və 14 avqust 2019-cu ildə isə İngiltərədə nümayiş edildi. The Hollywood Reporter jurnalı filmi "Tarantinonun 60-cı illərin Los Ancelesinə sevgi məktubu" adlandıraraq, tənqidçilərin film haqda fikirlərinin ümumilikdə müsbət olduğunu və filmin aktyor heyəti seçiminin uğurlu olduğunu yazdı. Bununla belə, filmin sonluğu ilə bağlı tənqidçilərin bəziləri arasında fikir ayrı-seçkilikləri oldu.
Süjet
redaktə1969-cu ilin fevral ayında Hollivud aktyoru Rikk Dalton — 1950-ci illərin Vestern janr televiziya serialı Bounty Law'nun keçmiş ulduzu — karyerasının bitməsindən qorxur. Prodüser Marvin Şvortz ona italyanların çəkdiyi Vestern janrda filmlərə çəkilməyi məsləhət görür, Dalton isə bunu öz nüfuzuna yaraşdırmır. Daltonun dostu və dublyoru, müharibə veteranı olan Kliff But pitbull cinsindən olan iti Brendi ilə treylerdə yaşayır. Kliff Daltonu öz maşını ilə şəhərdə gəzdirir, çünki Dalton sərxoş vəziyyətdə maşın idarə etdiyi üçün sürücülük vəsiqəsi müvəqqəti olaraq əlindən alınıb. But arvadının ölümündən bəri filmlərdə çəkilmək üçün demək olar ki, rol əldə bilmir, şayiələr gəzir ki, həyat yoldaşını məhz o özü qətlə yetirib.
Aktrisa Şaron Teyt və həyat yoldaşı, rejissor Roman Polanski Daltonun qonşuluğundakı evə köçürlər. Dalton öz statusunu bərpa etmək üçün məşhur cütlüklə dostluq etmək xəyalları qurur. Həmin gecə Teyt və Polanski Cey Sebrinqlə birlikdə Playboy malikanəsində məşhurların iştirakı ilə keçirilən bir əyləncə gecəsinə gedirlər.
Ertəsi gün But, Daltonun evinin damında TV antenasını təmir edərkən, Yaşıl eşşəkarısı filminin çəkiliş meydanında Bryus Li ilə arasında baş verən məşq döyüşünü xatırlayır, bu döyüş zamanı Daltonun tanışı Rendinin həyat yoldaşının maşını çox ciddi şəkildə əzilir və nəticədə But filmdə çəkilmək şansını itirir və oradan qovulur. Çarlz Menson isə Polanski və Teytin evinin yaxınlığına gələrək, əvvəllər orada yaşayan prodyüser Terri Melçeri axtarır, lakin Sebrinq prodüserin burada yaşamadığını deyərək onu qapıdan geri qaytarır.
Daltonun avtomobilini idarə edərkən But yolüstü maşınına gənc bir qızı mindirir. But qızı bir vaxtlar Bounty Law filiminin lentə alındığı Spon Rançosunda düşürdür. But rançoda yaşayan çox sayda hippi gənclərini (Menson Ailəsi) gördükdə onların ranço sahibi Corc Spondan sui-istifadə etdiklərindən şübhələnir və "Ciy-ciy" Fromun etirazlarına baxmayaraq, Spona baş çəkməyə israr edir. Spon qətiyyətlə Butu hippilərin onun qayğısına qaldığına inandırır.
Maşına geri qayıdan But, "Klem" Qroqanın maşının təkərini partlatdığını görür və onu amansızca döyərək boşalmış təkəri dəyişdirməyə məcbur edir. Qızlardan biri "Sandens" ləqəbli hippi "Teks" Uotsonun ardınca gedir, lakin Uotson at belində rançoya gələrkən But maşını ilə oradan uzaqlaşır. Şaron Teyt gəzintiyə çıxır və "Məhv edənlər komandası" filmində özünü seyr etmək üçün bir kinoteatra getməyi qərara alır.
Dalton, yeni çəkilən Lanser serialının pilot seriyasında cinayətkar obrazını canlandırır və onunla birlikdə seriala çəkilən səkkiz yaşlı Trudi Freyzer ilə söhbət zamanı emosiyalarını saxlaya bilmir. Dalton daim içki içdiyi üçün çəkiliş zamanı səhnələrin birində öz dialoqunu xatırlaya bilmir. Treylerində özünə çox qəzəblənən Dalton çəkiliş meydançasına qayıdır və nümayiş etdirdiyi çox təsirli bir performansdan sonra Freyzer və rejissor Sam Uonameykerdə müsbət təəssürat yaradır və Daltonun özünə inamı artır. Daltonun The F. B. I.-nin qonaq aktyor kimi dəvət olunduğu bir seriyada çıxışını seyr etdikdən sonra Şvorts onu Serco Korbuççinin növbəti Qərb, Nebraska Cim filminin baş qəhrəmanı rolunda çəkilməyə dəvət edir. Dalton dublyoru Butla birlikdə Avropada altı ay ərzində qalır və bu müddət ərzində daha iki filmə çəkilir və italyan ulduzu Françeska Kapuççi ilə evlənir.
Los-Ancelesə qayıtdıqdan sonra Dalton artıq Buta onun xidmətlərinin haqqını maliyyə cəhətdən ödəyə bilməyəcəyini bildirir və onlar yollarını ayırmağa razılaşır. Birlikdə içki içməyə gedən dostlar Daltonun evinə qayıdırlar, Kapuççi evdə yatır. But iti Brendini gəzintiyə çıxarır. Bu vaxt isə Uotson, Syuzan Atkins, Linda Kasabyan və Patrisiya Krenvinkel Teytin evindəkiləri öldürməkçün maşınlarını evin yaxınlığında saxlayır. Dalton maşının səsini eşidir və çölə çıxaraq qəzəblə onlara bu ərazini tərk etməyi əmr edir. Öz əsl planlarını dəyişən dəstə indi Daltonu öldürmək qərarına gəlir, Atkins bu ideyanı Hollivudun özünün onlara "öldürməyi öyrətməsi" ilə əsaslandırır.
Kasabyan son anda maşınla oradan qaçır və ərazidə qalan üç qrup üzvü Daltonun evinə soxulub Kapuççi və But ilə qarşılaşırlar. Onları Spon rançosundan xatırlayan But iti Brendiyə onlara hücum etməyi əmr edir və onlar birlikdə Krenvinkel və Uatsonu öldürür, Atkinsi isə ağır yaralayırlar. Əlində silah olan Atkins çölə çıxaraq büdrəyir və qulaqcıqlarla musiqi dinləyən və içəridə baş verənlərdən tamamilə xəbərsiz olan Daltonu dəhşətə gətirir. Bir film çəkilişindən sonra özündə saxladığı odlu silahı gətirən Dalton atəş açaraq Atkinsi yandırır. But xəstəxanaya yerləşdirildikdən və Kapuççi yenidən yuxuya getdikdən sonra Sebrinq Daltonla baş verənlər barədə söhbət edir. Teyt Daltonu evindəki qonaqları Sebrinq, Ebigeyl Folger və Vojzix Frikovski ilə birlikdə içki içməyə dəvət edir.
Filmin istehsalı
redaktəİstehsal öncəsi
redaktə11 iyul 2017-ci tarixində Kventin Tarantinonun növbəti filminin Menson Ailəsinin tərətdiyi cinayətlərdən bəhs edəcəyi açıqlandı. Tarantino filmdə baş rolları ifa etmələri üçün üçün Bred Pitt və Cennifer Lourensə müraciət etdi. Marqo Robbinin Şaron Teyt roluna çəkilməsinin nəzərdə tutulduğu da bildirildi[6]. Samuel L. Ceksonun da filmin əsas rollarından birini canlandıracağı və Pittin cinayətləri araşdıran detektiv rolunda çəkiləcəyi barədə söhbətlər gəzirdi.[7] Leonardo DiKaprionun Tarantinonun film üçün seçdiyi aktyorların əsas siyahısında olduğu ortaya çıxdı[8]. Qısa müddət sonra, studiyaların 1960-cı illərin sonu və 1970-ci illərin əvvəllərindəki Los-Ancelesdə qurulan çəkiliş meydançalarını yaratmaqları üçün hələ də təkliflər irəli sürmələri barədə xəbərlər yayıldı.
11 noyabr 2017-ci il tarixində Sony Pictures filmin distribütorluq haqlarının onlara məxsus olduğunu bildirdi.
Rollarda
redaktə- Leonardo DiKaprio Rik Dalton rolunda
- Bred Pitt Kliff But rolunda
- Marqo Robbi Şaron Teyt rolunda
- Emil Hirş Cey Sebrinq rolunda
- Marqaret Kualli "Pussiket", Menson Ailəsinin üzvü rolunda
- Timoti Olifant Ceyms Steysi rolunda
- Culiya Batters Trudi Freyzer rolunda
- Ostin Batler Çarlz "Tek" Uotson, Menson Ailəsinin üzvü rolunda
- Dakota Fenninq "Ciy-ciy" Linet From, Menson Ailəsinin üzvü rolunda
- Bryus Dern Corc Spon rolunda
- Mayk Moh Bryus Li rolunda
- Lyuk Perri Veyn Monder rolunda
- Damian Lyuis Stiv MakKuin rolunda
- Al Paçino Marvin Şvartz rolunda
- Brenda Vakkaro Meri Alis Şvartz rolunda
- Nikolas Hammond Sem Uonameyker rolunda
- Samanta Robinson Ebigeyl Folger rolunda
- Lorenza Izzo Françeska Kapuççi rolunda
- Kosta Ronin Voysex Frikovski rolunda
- Deymon Herriman Çarlz Menson rolunda
- Lena Danhem qaraçı Katerin Şeyr, Menson Ailəsinin üzvü rolunda
- Medisen Beti Patrisiya "Keti" Krenvinkel, Menson Ailəsinin üzvü rolunda
- Miki Madison Syuzan "Sadi" Atkins, Menson Ailəsinin üzvü rolunda
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Česko-Slovenská filmová databáze (çeş.). 2001.
- ↑ http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
- ↑ https://www.boxofficemojo.com/movies/?id=untitledtarantino.htm.
- ↑ "Luke Perry's final role will be in Quentin Tarantino's 'Once Upon a Time in Hollywood'" (ingilis). EW.com. 2019-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-05.
- ↑ "Quentin Tarantino, 'Once Upon a Time in Hollywood' Score Six-Minute Standing Ovation at Cannes". Variety (ingilis). 2019-05-21. 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-25.
- ↑ "Arxivlənmiş surət". 2017-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-05.
- ↑ "Arxivlənmiş surət". 2017-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-05.
- ↑ https://web.archive.org/web/20171108094853/http://deadline.com/2017/11/quentin-tarantino-new-home-studios-reading-number-9-harvey-weinstein-1202199806/