Bineqedi Rayonunda Yasayis Binasinda Yangin 2015 - Wikipedia
Binəqədi rayonunda yaşayış binasında yanğın — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin Binəqədi rayonunda Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında 2015-ci ilin 19 may tarixində səhər saatlarında (10:30) baş vermiş yanğın hadisəsi. İlkin məlumatlara əsasən hadisə nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. Yanğının başlamasına ilkin versiya kimi binanın üzərinə çəkilmiş poliuretan üzlüklər göstərilir.
Binəqədi rayonunda yaşayış binasında yanğın | |
---|---|
Yeri | |
Ölkə | Azərbaycan |
Bölgə | Binəqədi rayonu |
Yanma tarixi |
19 may, 2015 10:30 |
Sönmə tarixi |
19 may, 2015 |
Ölənlər | 15[1] |
Zərər çəkənlər | 50+ |
Zəmini | Binanın üzərinə üzlük vurulanda işlənilmiş qeyri-keyfiyyətli materiallar |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. Cinayət məcəlləsinin 3 maddəsi əsas götürülüb. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb. Yanğın zamanı həlak olan şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üzrə işlər aparılır.
Hadisədən sonra prezident tərəfindən baş verən yanğın faktı ilə bağlı Dövlət Komissiyası yaradılıb. 20 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hadisə yerini ziyarət edib.[2]
Arxa plan
redaktəHadisə 2015-ci ilin 19 mayında Bakı vaxtı ilə saat 10:30 da baş verib. Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının çöl hissəsi hadisədən bir müddət əvvəl poliuretan üzlüklərlə üzlənib. Ümumiyyətlə, Bakıda 2015-ci ilin 20 mayına olan məlumat görə poliuretan ilə üzlənmiş 283 yaşayış binasının olduğu bildirilir. Binaların çölünə belə üzlüklərin vurulmasının məqsədi SSRİ dönəmində inşa edilən tikililərə yeni görkəm qazandırılmasıdır.
2015-ci ilin 10 aprel tarixində Xətai rayonunda yerləşən Nargilə kafesinin yaxınlığındakı binaların birində də oxşar səbəbdən yanğın hadisəsi baş vermişdi. Həmin zaman binanın sadəcə bir üzü poliuretan materialı ilə üzləndiyindən yanğın geniş yayılmamış və ölüm hadisəsi baş verməmişdi. İlk hadisədən 39 gün sonra baş verən ikinci oxşar hadisə nəticəsində isə 15 nəfər həlak olub, 64 nəfər isə müxtəlif dərəcəli bədən xəsərətləri almışdır. Güclü yanğından əvvəl binanın aşağı mərtəbələrində qatı tüstü dumanının müşahidə edildiyi və yanğının anindən şiddətlənərək bütün binanı əhatə etdiyi şahidlər tərəfindən bildirilmişdir.
Hadisə yerinə cəlb edilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və yanğınsöndürən helikopterin səyləri nəticəsində yanğınin üç saat ərzində tamamilə söndürülməsi mümkün olmuşdur. Baş verən yanğın hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 19 may tarixili sərəncamı ilə Dövlət Komissiyası yaradılmışdır. Komissiyanın tərkibi aşağıdakı kimidir: Abid Şərifov, Ramil Usubov, Kəmaləddin Heydərov, Zakir Qaralov, Eldar Mahmudov, Oqtay Şirəliyev, Samir Şərifov, Səlim Müslümov və Hacıbala Abutalıbov[3]
Həlak olanların siyahısı
redaktəBinəqədi rayonunda yerləşən yaşayış binasında baş verən yanğın nəticəsində 15 nəfər həlak olmuşdur. Həmin şəxslərin şəxsiyyətləri aşağıdakı kimidir:
1. Fərəh Məhərrəmova|Məhərrəmova Fərəh Elnur qızı (3 yaş) 2. Bağırov Sahib Rəhim oğlu (49 yaş) 3. Bağırova Firəngiz Rəhim qızı (60 yaş) 4. Şirinova Zülfiyyə Yavər qızı (43 yaş) 5. Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş) |
6. Eyvazov Davud Hamir oğlu (16 yaş) 7. Eyvazova Ülkər Hamir qızı (21 yaş) 8. Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq) 9. Kərimova Nazilə Malik qızı (39 yaş) 10. Kərimova Ayan Anar qızı (5 yaş) |
11. Hüseynov Ayxan Şahin oğlu (2 yaş) 12. Həsənova Alla Antonovna (58 yaş) 13. Utuyevsil Yuri Vladimiroviç (67 yaş) 14. Boykova Lyubov Viktorovna (87 yaş) 15. Yəhyayeva Elmira Əliağa qızı (68 yaş). |
Qalereya
redaktəReaksiyalar
redaktəDövlətlər
redaktə- Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alpər Coşkun: Hadisə nəticəsində həyatını itirən qardaş və bacılarımıza Allahdan rəhmət, yaxınlarına səbir və mətanət, yaralılara isə şəfa diləyirəm <...> Belə kədərli bir vaxda Türküyə Cumhuriyyəti olaraq hər zaman olduğu kimi azərbaycanlı qardaş və bacılarımızın yanındayıq.[4]
- İran səfiri Möhsün Pakayi, İran səfirliyin saytında rəsmi başsağlığı bəyanati verdi.[5]
- Gürcüstan səfiri Teymuraz Şaraşenidze: Gürcüstan xalqı, ölkə hökuməti və səfirliyin adından Azərbaycan xalqına, yanğında ölən və xəsarət alanların yaxınlarına başsağlığı verirəm. Ümid edirəm ki, bu cür faciə bir daha təkrarlanmayacaq[6]
- Latviya Prezidenti Andris Berzinış yanğınla əlaqədar İlham Əliyevə başsağlığı məktubu göndərib.[7]
Təşkilatlar
redaktə- Avropa Şurasının Baş Katibi Torbyorn Yaqland Twitter-də yazdı, tərcümə: İndicə mənə Bakıda çoxmərtəbəli binada dəhşətli yanğın olduğunu bildirdilər. Böyük faciədir. Bütün zərər çəkənlərə dərin başsağlığı verirəm[8]
- İTV yanğınla əlaqədər 2015 Avroviziya Mahnı Müsabiqəsinin 1-ci yarımfinalı canlı şəkildə göstərməməyə qərar verdi.[9]
Partiyalar
redaktə- YAP-ın yanğına münasibəti partiyanın icra katibinin müavini Siyavuş Novruzov bildirdi:
Binəqədidə baş verən hadisə dünyanın hər yerində yaşana bilər. Azərbaycan dövlətinin strukturları buna operativ reaksiya verdilər. Kimlərinsə öz məqsədləri üçün bundan istifadə etməsi azərbaycançılığa zidd hərəkətdir. Belə insanlardan xalq, millət üçün nəsə gözləməyə dəyməz. <...>
Bəzi müxalif qüvvələr insanların faciəsinə sevinir. Məsələn, neftin qiyməti düşür, müxalifət sevinir. Belə adamlardan nə desən, gözləmək olar. Bilirsiz ki, neftdən gələn gəlirlər sosial problemlərin həll olunmasına istifadə edilir. Başqa bir faktı deyim: xaricdə Azərbaycanla bağlı mənfi qərar qəbul ediləndə bunlara xoş təsir edir. Onların xisləti budur. Öz maraqlarını xalqın maraqlarından üstün tuturlar. Ona görə müxalifətin sıraları seyrəlir. |
Allah rəhmət eləsin.
ALP hesab edir ki, bu yanğının baş verməsinin əsas səbəbi tikinti bölməsində də tüğyan edən korrupsiya, rüşvətxorluq və məmur acgözlüyüdür. ALP hesab edir ki, bu faciənin baş verməsində təqsiri olan hər kəs - tezalışan materiallardan ev tikmiş, həmçinin belə materiallardan ev tikilməsinə icazə vermiş və təhlükəsizlik texnikasına əməl olunmamasına göz yummuş bütün vəzifəli şəxslər Qanunun tam ciddiliyilə məsuliyyətə cəlb olunmalı və cəzalandırılmalıdırlar |
İstinadlar
redaktə- ↑ "16 ölü, 54 yaralı..." 26 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2015.
- ↑ "AzərTAC". 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-20.
- ↑ "Yanğınla əlaqədar Dövlət Komissiyası yaradıldı - PREZİDENT SƏRƏNCAMI". 2015-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-20.
- ↑ "Türkiyə səfiri Bakıda baş verən yanğınla bağlı başsağlığı verib". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-19.
- ↑ "İran səfiri Bakıda yanğın nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib - See more at: #sthash.ISzAUbDf.dpuf". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-19.
- ↑ "Gürcüstan səfiri Bakıdakı yanğınla əlaqədar başsağlığı verdi". 2015-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-19.
- ↑ "Latviya prezidenti Bakıda baş verən yanğınla əlaqədar İlham Əliyevə başsağlığı verib". 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-19.
- ↑ "AŞ-nin baş katibi Bakıda yanğın faciəsi ilə əlaqədar başsağlığı verib". 2015-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-19.
- ↑ Yanğına görə "Eurovision" qərarı Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (orfoqrafiya və punktuasiya saxlanıldı)
- ↑ "ALP bəyanat verdi". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-20.