Bineduz Dagi - Wikipedia
Binədüz_dağı - Haqqında Məlumat
Binədüz dağı – Kəngərli rayonu ərazisində dağ (hünd. 883,9 m). Naxçıvan dağarası çökəkliyinin Böyükdüz düzənliyində, Böyükdüz kəndindən 2 km cənub-şərqdə, Naxçıvan-Sədərək şosesindən 400 m cənubdadır. Orta Miosenin Çokrak (Xaçaparaq lay dəstəsi) və Karaqan (Payız lay dəstəsi) mərtəbələrinin çökmə süxurlarından (gil, qumdaşı, konqlomerat, alevrolit, gips və s.) təşkil olunmuşdur. Planda şimal-şərq istiqamətli ellips formasındadır. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-şərq hissəsində müşahidə edilən Böyükduz antiklinalının maili cənub-şərq qanadında yerləşir. [1]
Binədüz dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 883,9 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |
Həmçinin bax:
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.