Bilev Qalasi - Wikipedia
Biləv_qalası - Haqqında Məlumat
Biləv qalası, Naxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisində arxeoloji abidə.
Biləv qalası |
---|
Haqqında
redaktəQala divarları yalnız bəzi yerlərdə qalmışdır. Divar qalıqlarına əsasən demək olar ki, qala təpənin üzərini tamamilə əhatə etmişdir. Qalanın tikintisində Naxçıvan qalaları üçün xarakterik olan ziqzaq şəkilli çıxıntılardan istifadə olunmuşdur. Qalanın içəri tərəfində dördkünc formalı binaların qalıqları izlənməkdədir. Tədqiqat zamanı toplanan yerüstü materiallar erkən orta əsrlər dövrünə aiddir. Yerli əhalinin verdiyi məlumata görə qala uzun müddət düşmən hücumlarından qorunmaq üçün istifadə olunmuşdur. 20 əsrin əvvəllərində qazılmış səngərlərin yerləri indi də qalada qalmaqdadır. Qalanı 7–10 əsrlərə aid etmək olar[1].
İstinadlar
redaktə- ↑ "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 44–45