Bilevetepe Dagi - Wikipedia
Biləvətəpə_dağı - Haqqında Məlumat
Biləvətəpə dağı — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsinin suayrıcındakı Qaraquş (2600,5 m) yüksəkliyindən cənub-qərbə ayrılan Remlər qolunun şimal yamacında, keçmiş Biləvə kəndinin dağıntılarından 1000 m cənubda yerləşən dağ (hünd. 1631,0 m). Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərqində müşahidə edilən Biləvə-Qoçuludağ sinklinalının nüvə hissəsində yerləşir.[1]
Biləvətəpə dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1631,0 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.