Biaklar - Wikipedia
Biaklar, biak-numforlar, numforlar, nuforlar, maforlar, İndoneziya dilində oranq-biaklar - Şərqi İndoneziyada (Papua əyalətinin Biak- Numfor dairəsi; Yeni Qvineya adasının şimal-qərb sahilləri, Çendravasih körfəzindəki Biak, Numfor və s. adalar) Avstroneziya xalqı.
Haqqında
redaktəBiakların sayı 80 min nəfərdir (2013). Cənubi Halmahera və Qərbi Yeni Qvineya xalqları qrupuna daxildir. Avstroneziya dillərinin Qərbi Yeni Qvineya qoluna aid biak dilində (biak və numfor ləhcələri, coxlu dialektləri var) danışırlar. Yazıları latın qrafikası əsasındadır, onların arasında İndoneziya dili də yayılmışdır. Biakların 90%-dən çoxu xristiandır.
Ənənəvi məşğuliyyətləri balıqçılıq, dəniz vətəgələri, dənizçilik, gəmiqayırma, ticarətdir. Yeni Qvineyanın şimal-qərbində ticarət əlaqələrinə nəzarət edən Bialkar dəniz quldurları kimi məlum idilər. Ənənəvi sənətkarlıq sahələri dəmirçilik və zərgərlikdir.
Mənbə
redaktə- Azərbaycan Milli Ensiklopediyası. IV cild, Bakı, 2013, səh.14