Beynelxalq Tehlukesizliye Destek Quvveleri - Wikipedia
Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri və ya BTDQ (ing: International Security Assistance Force ya da ISAF) —Əfqanıstanda Əfqanıstan müharibəsindən sonra NATO-nun rəhbərliyi altında qurulmuşdur; məqsədi təhlükəsizlik və humanitar yardım göstərmək məqsədi daşıyan təşkilatdır.
Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri | |
---|---|
Yaranma tarixi | 20 dekabr 2001 – 28 dekabr 2014 |
Tabedir | NATO |
Qərargah | Kabil, Əfqanıstan |
Şüarı | Dəricə yazılışı: کمک او همکاری (Komak'u Həmkari) mənası “Köməklik və ortaqlıq” |
Müharibələr | Əfqanıstan müharibəsi |
Komandanlıq | |
Məşhur komandirləri | General John F. Campbell (2014) |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi baxış
redaktə2008-ci ilin oktyabrında Əfqanıstanda 50,700 ISAF qüvvəsi yerləşdirilmişdi.[1] Bunlardan 26-sı NATO üzvü, 10-u NATO tərəfdaşı və 5-i NATO üzvü və tərəfdaş olmayan ölkələrdir.[2]
ISAF əvvəlcə Kabildə təhlükəsizliyi təmin etdi, sonra Taliban və Əl-Qaidə bölgələrinə və fraksiyaçı liderlərə qarşı əməliyyatlar həyata keçirmişdir. Bu əməliyyatların məqsədi Həmid Kərzainin başçılığı ilə Əfqanıstan administrasiyasının yaradılması idi.[3]2003-cü ilin oktyabrında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ISAF qüvvələrinin Əfqanıstanda genişlənməsinə icazə verdi.[4] 2006-cı ildən bəri, ISAF Əfqanıstanın cənubunda bir çox əməliyyat keçirmişdi. Bu tendensiya 2007 və 2008-ci illərdə də davam etmişdir.
ISAF 2014-cü ilin dekabrında əməliyyatlarını dayandırdı və ləğv edildi.
İstinadlar
redaktə- ↑ "ISAF Chronology". 2010-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-22.
- ↑ Görevliler NATO Afghanistan'da Arxivləşdirilib 2009-07-05 at the Wayback Machine, NATO websitesi, 5 Temmuz 2007
- ↑ "Arxivlənmiş surət" (PDF). 2008-10-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-05-22.
- ↑ "UNSC Resolution 1510, 13 Ekim 2003" (PDF). 2010-10-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-05-22.