Beynelxalq Islam Ticaret Ve Maliyye Korporasiyasi - Wikipedia
Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası (BİTMK) — İslam dünyasında iqtisadi inkişafı təmin etmək və insanların həyat səviyyəsini daha da yaxınlaşdırmaq üçün İslam Əməkdaçlıq Təşkilatıına (İƏT) üzv ölkələr arasında ticarətin inkişafına yardım edir.
Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası İTMK | |
---|---|
International Islamic Trade Finance Corporation | |
Yaranma tarixi | 2008 |
Mərkəzi | |
Fəaliyyət göstərdiyi yer | Ciddə, Səudiyyə Ərəbistanı |
itfc-idb.org |
İslam İnkişaf Bankı (İİB) Qrupu tərkibində muxtar müəssisə kimi fəaliyyət göstərən Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası İİB Qrupu çərçivəsində müxtəlif tədbirlər həyata keçirərək ticarətin maliyyələşdirilməsinə və biznesin inkişafına güclü zəmin yaratmışdır.
Fəaliyyətinin prinsipləri
redaktəBu qurum İslam şəriətinə uyğun ticarət və maliyyə lideri olaraq, İƏT-ə üzv ölkələrin hökumətləri və biznes subyektləri üçün öz təcrübə və vəsaitlərini təqdim edir. BİTMK öz fəaliyyətində əsas diqqəti üzv ölkələr arasında ticarəti stimullaşdırmaq və daha da inkişaf etdirmək, ticarətdə İslam maliyyəsinin diversifikasiyasını aktivləşdirmək kimi məsələlərin həllinə yönəldir.
Bununla yanaşı BİTMK İslam İnkişaf Bankı Qrupunun üzvü olaraq, ticarətin inkişafında təsirli nəticələr əldə etmək üçün özəl və dövlət resurslarının səfərbərliyində bir vasitəзi kimi üzv dövlətlərin hökumətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir. Bu da BİTMK-ya İƏT-ə daxil olan ölkələrdə biznes subyektlərinin maliyyə və ticarət əməliyyatlarına daha yaxşı daxil olmaları və qlobal bazarda upurla rəqabət aparmaları üçün zəruri təhsil və təlim verməyə kömək edir.
BİTMK bu işləri görən zaman özünün ticarət sahəsindəki bilik və bacarıqlarını bölüşməklə tətbiqinə çalışmaq, insanları əməkdaşlığa cəlb etməklə onları yaxınlaşdırmaq, iqtisadiyyatları, cəmiyyətləri və fərdləri zənginləşdirmək kimi amallarına doğru hərəkət edir. Təşkilat həmçinin, öz fəaliyyətində beynəlxalq standartları tətbiq edərək iki əsas sektorda "maliyyə və ticarət" və "ticarət və reklam"-da İİB qrupunun inkişaf məqsədlərinə nail olmağa yardım edir. Yəni, ticarətin genişlənməsini həyat səviyyəsinin yüksəldilməsinin başlıca rəhni kimi təbliğ edir.
Mənbə
redaktə- Ruslan Atakişiyev. Faizsiz bankçılığa giriş. Bakı: İdrak, 2011, s. 45–46.