Beset - Wikipedia
Besət — müsəlmanlar arasında Məhəmməd peyğəmbərin Hira mağarasında Allah tərəfindən peyğəmbərliyə seçilməsinə və gününə də Məbəs deyilir. Müsəlmanların inandığına görə Cəbrayıl mələk Allah tərəfindən Ələq surəsinin ilk beş ayəsinin Məhəmmədə nazil(endirmək) edərək ona deyir ki, Allah peyğəmbərliyinə seçilmişsən. Besət sözlüyü B(ب)E(ع)S(ث) ərəb dilində=(بعثت), seçililmiş anlamını verir. Bu gün müsəlmanlar üçün əziz gün və bayramdır elə ki, İranda Məbəs günü tətil gün kimi qeyd olunur.[1]
Tarixi
redaktəOnun baş vermə tarixində şiə və sünnülər arasında ixtilaf var. Beləki şiə alimlərinin çoxu onun tarixini 40-cı fil ilinin rəcəb ayının 27-də[2][3] biliblər. Əhli-sünnə arasında isə ən məşhur tarix həman ilin ramazan ayıdır, onun da hansı gün olduğunda ixtilaf var. Bəzisi 17, 18 və bəzisidə 24-ü biliblər.[4][5] Əli bin İbarhim Qumi deyir: Məhəmməd 37 yaşına yetirdi, yuxu gördüki bir nəfər ona Ya Rasuləlla(یا رسول اللّه) deyir. Zaman keçdi, o, bu yuxunu heç kimə açıqlamadı. Həmçinin bəzi günlərdə ki, Əbu Talibin davarlarını otarmaq üçün çölə aparırdı bir nəfər ona yaxın gəlib dedi Ya Rəsulullah! Həzrəti Məhəmməd ona dedi: Sən kimsən? Dedi: Mən Cəbrayılam və Allah tərəfindən sənin peyğəmbər olacağını deməyə gəlmişəm. Cəbrayıl ona namaz və dəstəmazı öyrətdi. Məhəmmədin 40 yaşı dolanda bir gün namaz qılarkən Əli onu görüb dedi: Bu nədir? Məhəmməd dedi bu sələtdir (namaz) ki, Allah onu etməyi (qılmağı) mənə əmr edib və Əli onunla sələt etdi.[6] Bir gün imam Baqir şagirdlərindən biri ondan soruşdu:
- («الّا من ارتضی من رسولٍ فانّه یسلک من بین یدیه و من خلفه رصداً») Ayəsinin[7] mənası nədir?
İmam cavab verdi: Allah tamam peyğəmbərlərinə bir mələk qondarırdı ki, onların gördüyü işləri yazıb, onlara peyğəmbər olacaqlarını gözləri görmədən qulaqlarına oxusun. Məhəmmədə də südəmərlik dönəmindən sonra belə etdi və onu pisliklərdən saxlamaq, düz yola yollamaq və Allaha yönləndirmək üçün böyük bir mələyi onunla yol bir etdi. Gənclik dönəmində isə Məhəmməd Ya Rəsulullah sözünü eşidirdi, amma deyənini görməyib belə düşünürdü ki, ona dam duvar Ya Rəsulullah deyir! Və nə qədər baxırdı kimsəni görmürdü.[8]
Xarici keçidlər
redaktəQaynaq
redaktəİstinadlar
redaktə- ↑ "İran təqvimi". 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-06.
- ↑ Əmali ibni Şeyx,s28(امالی ابن الشیخ، ص 28)
- ↑ Biharül Ənvar,c18,s189(بحارالانوار، ج 18، ص 189.)
- ↑ Biharül Ənvar,c18,s190(بحار الانوار ج 18 ص 190 )
- ↑ Sirətül Nəbəviyyə,İbni Kəsir,c1,s393(سیرة النبویة ابن کثیر ج 1 ص 393.)
- ↑ Biharül Ənvar,c18,s184.194(بحارالانوار، ج 18، ص 184 و 194.)
- ↑ cin surəsi,ayə27
- ↑ Nəhcül-Bəlağə şərhi,İbni Əbilhədid,c13,s207(ابن ابی الحدید، شرح نهج البلاغه، ج 13، ص 207. )