Bertil Ulin - Wikipedia
Bertil Ulin (ing. Bertil Ohlin; 23 aprel 1899[1][2][…] – 3 avqust 1979[1][3][…]) — isveçli iqtisadçı və siyasətçi.
Bertil Ulin | |
---|---|
ing. Bertil Ohlin | |
Doğum tarixi | 23 aprel 1899[1][2][…] |
Vəfat tarixi | 3 avqust 1979[1][3][…] (80 yaşında) |
Dəfn yeri | |
Milliyyəti | İsveç |
Elm sahəsi | iqtisadiyyat |
Elmi dərəcələri | |
İş yerləri | Kopenhagen Universiteti (1925-1930), Stokholm İqtisadiyyat məktəbi (1930-1965) |
Təhsili |
|
Elmi rəhbəri | Qustav Kessel |
Tanınır | Hekşer-Ulin modeli |
Üzvlüyü | |
Mükafatları | 1977 İqtisadiyyat üzrə Nobel mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBertil Ulin 1917-ci ildə Lund Universitetindən məzun olmuşdur. 1923-cü ildə Harvard Universitetində magistr, 1924-cü ildə isə Stokholm Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. 1925–1929-cu illərdə Kopenhagen Universiteti, 1929–1965-ci illərdə isə Stokholm İqtisadiyyat məktəbində professor olaraq işləmişdir. Bir müddət Harvard Universitetində qonaq professor olaraq fəaliyyət göstərmişdir.
Ölkəsində siyasət ilə məşğul olmuşdur və İsveç Liberal Xalq Partiyasının rəhbəri olmuşdur. Bu partiya 1944–1967-ci illərdə iqtidarda olan İsveç Sosial Demokrat Partiyasından sonra əsas müxalifət partiyası olmuşdur. 1944–1945-ci illərdə II Dünya müharibəsi illərində birgə qurulan hökumət kabinetində Ticarət naziri olaraq fəaliyyət göstərmişdir.
İqtisadiyyata ən böyük xidməti Eli Hekşer tərəfindən ortaya atılan beynəlxalq ticarət nəzəriyyəsini təkmilləşdirmək olmuşdur. Sonradan bu nəzəriyyə Hekşer-Ulin nəzəriyyəsi kimi tanınmışdır.
1977-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Əsərləri
redaktə- 1930 — Alman təzminatlarının problemi
- 1933 — Regionlararası və beynəlxalq ticarət
- 1937 — Mübadiləni tənzimləmənin məqsəd və mexanizmləri
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 5 6 7 8 Bertil G Ohlin (швед.). 1917.
- ↑ 1 2 http://www.britannica.com/EBchecked/topic/426048/Bertil-Ohlin.
- ↑ 1 2 3 4 5 6 7 8 Bertil G Ohlin (швед.). 1917.
- ↑ 1 2 3 4 5 6 Two-Chamber Parliament 1867–1970.. 1985. C. 1. S. 155.
- ↑ 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/memoriam.
- ↑ http://norrabegravningsplatsen.se/kandisarna/. norrabegravningsplatsen.se.
- ↑ Ohlin, BERTIL GOTTHARD. Svenskagravar.se.