Berlin Qalereyasi - Wikipedia
Berlin qalereyası (alm. Berlinische Galerie) — Almaniyanın paytaxtı Berlin şəhərində müasir incəsənət, fotoqrafiya və arxitektura muzeyi.
Berlin qalereyası | |
---|---|
Berlinische Galerie | |
Əsası qoyulub | 1975 |
Açılış tarixi | 1975 |
Mövzu | müasir incəsənət, fotoqrafiya və arxitektura muzeyi. |
Ölkə | |
Yerləşir | Almaniya, Berlin şəhəri |
52°30′14″ şm. e. 13°23′53″ ş. u.HGYO | |
berlinische-galerie.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBerlin qalereyası hazırda Berlin şəhərindəki Yəhudi muzeyindən bir qədər aralı, Kroysberq rayonunda, Alte-Yakobştrass küçəsində yerləşir. 1975-ci ildə müasir Berlin rəssamlarının və heykəltəraşlarının əsərlərindən ibarət sərgiləri təşkil etmək məqsədilə qalereya yaradılmasını qarşılarına qoyan şura təsis edildi[2]. İlk vaxtlar qalereya və onun işçi bürosu Berlin şəhərinin Şarlottenburq rayonunda yerləşirdi. Sərgilər Berlin İncəsənət Akademiyasında və ya Yeni Milli Qalereyada təşkil olunurdu. 1978-ci ildə Qalereya Berlin dəmiryol vağzalının yaxınlığındakı Zoologiya parkının fotoqrafiya muzeyinə köçürüldü. Qalereya 1986-cı ildən Martin Qropius evində yerləşdirildı və nəhayət, 2004-cü ilin sentyabr ayından Alte-Yakobştrass küçəsindəki indiki binaya köçürüldü.
Muzeyin kolleksiyası
redaktəBerlin qalereyasının ikimərtəbəli binasında muzeyin daimi eksponatları və müvəqqəti sərgiləri yerləşdirilmişdir, burada həmçinin konfrans zalı, arxiv, kitabxana, oxu zalı, böyüklər və kiçiklər üçün incəsənət məktəbi fəaliyyət göstərir. Qalereyanın ən yaşlı əsəri 1870-ci ilə aiddir. Muzeyin "Təsviri incəsənət" bölməsində Maks Libermanın, Lovis Korintin, Otto Diksin, Georq Qrossun, Hanna Hyöxun, Georq Bazelitsin, Volf Fostelin və həmçinin Gənc vəhşilər hərəkatı (Junge Wilde) nümayəndələrinin əsərləri toplanmışdır.
Qalareyada təsviri sənət əsərlərindən başqa, qrafika əsərləri (təxminən 15 000 ədəd), fotoqrafiya nümunələri və arxitektura modelləri saxlanılır.
Qalereya
redaktə-
Frans Skarbina Qadın plyajı (1883)
-
Yakob van Xemskerk Peyzaj, I rəsm (1914)
-
Lovis Korint Rəssam Fris Rumpfın portreti (1901)
-
Paul Baum Peyzaj (1896)
-
Maks Fleyçer Günəşli meşə talasında çılpaqlar (1898)
-
Valter Leystikov Altmarkdan (1898)
-
Vilhelm Qallxof Cəngavərin yolunu azması (1910-cu ilədək)
-
Hans Baluşek Dəmiryol vağzalının zalı (1929)
-
Lesser Uri Çılpaq uzanmış (1889)
-
Karl Hagemeyster Qız təbiətdə
-
Lesser Uri Leyptsiqerştrass (1889)
-
Yens Birkholm Qışda Berlində yoxsullar üçün isti otaq (1908)
-
Peter Kristian Broyer Bahar (1891)
-
Reynqold Beqas Kentavr və nimfa (1881)
-
Luis Tualon Amazonka (1890-1895)
-
Qustav Henrix Eberleyn Utancaq Psixeya
-
Ernst Barlax Yatmış kəndli (1912).
Mənbə
redaktə- Van Uffelen, Chris. Contemporary Museums — Architecture, History, Collections, Braun Publishing, 2010, ISBN 978-3-03768-067-4, pages 222–223.
- Sammlung Berlinische Galerie. Kunst in Berlin von 1870 bis heute. Berlinische Galerie, Berlin 1986, ISBN 3-87024-101-2
Xarici keçid
redaktə- Webpräsenz der Berlinischen Galerie
- Video: Kunst zwischen Spurensuche und Utopie. September 2009 auf www.art-in-berlin.de
İstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ Berlinische Galerie: Zwei Rosen in der Bierflasche Arxivləşdirilib 2010-07-03 at the Wayback Machine Nicola Kuhn, Der Tagesspiegel, 25 June 2010. Retrieved 7 September 2010. (alm.)