Bennett Adasi - Wikipedia
Bennett adası — De-Lonq adaları qrupuna daxil olan Şərqi Sibir dənizində yerləşən ada. Rusiyaya məxsus olan ada Yeni Sibir adalarının şimal-şərqində yerləşir. Adanın sahəsi 150 km², ən hüündür nöqtəsi 426 metr təşkil edir. İnzibati cəhətdən Saxa Respublikası ərazində yerləşir.
Bennett adası | |
---|---|
saxa Беннетт aрыыта | |
Ümumi məlumatlar | |
Sahəsi | 150 km² |
Uzunluğu |
|
Eni | 14 km |
Hündür nöqtəsi | 426 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
76°41′21″ şm. e. 148°56′14″ ş. u.HGYO | |
Ölkələr | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəAda cənub qərbdən şimal-şərqə istiqamətlənmiş formadadır. Cənub-qərbdə Emma burnu yerləşir. Bu ad De Lonqun arvadı Emmanın şərəfinə adlandırılmışdır. Sofii vurnu cənub-şərqdə yerləşir və Kolçanık gəlininin şərəfinə adlandırılmışdır. Emmelin burnu isə adanın şimal şərqində yerləşir. Bu ad isə baron Tollyanln arvadının şərəfinə adlandırılıb. Ada 1903-cü ildə Kolçatın ekspedisiyası zamanı baş çəkilir[1]. Emma və Emmelin burunları arasında məsafə 28 km təşkil edir. Adanın bütünlüklə ərazisi buzlarla örtülü olur. Bircə sahildə yerləşən qayalıqlar istisnafır.
Adanın cənub-qərbində Emma burnu yaxınlığında De Lonq dağı (426 m) yerləşir. Bu zirvə bütün Yeni Sibir adalarının ən hündür zirvəsidir[2]
Tarixi
redaktəAda ilk dəfə 1816 ildə sşkarlanır və Xramçenko adlandıtılır. Ada Vasiliya Stepanoviç Xramçenkonun şərəfinə adlandırılıb (Kapitan-Leytenant, 1792–1849)[3].
iyul 1879-cu ildə De Lonq Jannett gəmisində 32 nəfərlik ekipajla Çukot yarımadası istiqamıtində üzürdü. O, Norşildin "Veqa" gəmisini tapmaq ümidi ilə Alyaskada dincəldindən sonra 1879-cu ilin avqustunda Berinq boğazı keçir. Elə burada De Lonq Nordşildin Şimal Qütbünə üzdüyünü örgənir. 5 sentyabr 1879-cu ildə Herald adası yaxınlığında gəmi buzların arasında ilişərək qalır hətta qayıqda sızma baş verir. 1881-ci ildə buzlaqlarla hərəkət edən De Lonq Şərqi Sibir dənizidə öz adını verdiyi De-Lonq adalarını aşkarlayır. Bu adanı isə ekspedisiyaya maliyyə dəstəyi verən Kiçik Ceyms Qordon Bennettin şərəfinə adlandırır. Burada yerləşən burunlardan birinə öz arvadının adını verir[4]. Üç aydan sonra De Lonq materikə çatmsğa cədh göstərir və Lena çayı hövzəsində həlak olur.
Sonrakı araşdırmalar Edurad Vasileviç Toll 1899-cu ildə Arktika, Şərqi Sibir dənizi, Kara dənizi və Şimal Buzlu okeanın axınlarını örgənmək məqsədilə təşkil edilən ekspedisiya zamanı həyata keçirilir[5]
1903-cü ilin yanvarında Elmlər Akademisiyası tərəfindən ekspedisiya təşkil edilir. Onlar 5 maydan 7 dekabra qədər yol qət edirlər. İlk əvvəllər "Ermak" buzqıran gəmisinin göndərilməsi planlaşdırılırdı. Bu ekspedisiyaya Aleksandr Kolçak rəhbərlik edirdi. 4 avqust 1903-cü ildə onlar Bennett adasına çatırlar və burada Tollun sənədlərini, alətlərini aşkarlayır. Toll adada 1902-ci ilin yayında olmuşdur. Buradan isə cənuba istiqamətlənir. Bunu anlayan Kolçak cənuba istiqamətlənir. 2 dekabr 1903-cü ildə materikə çatır. Ekspedisiya matrialları əsasında 1909-cu ildə "Kara və Sibir dənizlərinin buzları"[6].
1914–1915-ci ildə Boris Vilkinski Şimal Dəniz yolunu qət edərkən Bannett adasındada olmuşdur.
Sovet Zooloqu S.M.Uspenski adada qədim insanların izlərini aşkarlamışdır.
1956-cı ildə Arktika institutunun üzvləri tərəfindən De Lonq buzlağında araşdırmalar aparmışlar.
1971-ci ilin iyulunda Bennett adasının yaxınlığından "Lelin" atom sualtı qayığı və "Vladivostok", dizel sualtı qayığı keçmişdir.
1987-ci ildə adada altı ay müddətində Sovet geoloji işlər aparılmış və vulkanik şrlfin təbiətini örgəndilər.
2003-cü ildə adaya hündüdlüyü 5 metr olan xaç abidəsi qoyulmuşdur. Kolçakın xilasedici ekspedisiyasının yüz illiyinə ucaldılmışdır.
2015-ci ilin sentyabr ayında Bannetta adasına hidroqrafik işlər məqsədilə bir qrup alim yan alır.
İstinadlar
redaktə- ↑ Синюков В.В. Александр Васильевич Колчак : Ученый и патриот : в 2 ч./ В.В. Синюков ; отв. ред. А.П. Лисицын ; Ин-т истории естествознания и техники им. С.И. Вавилова РАН. — М.: Наука, 2009. — ISBN 978-5-02-035739-6, С. 195
- ↑ "Валерий Купецкий, "Загадки острова Беннета" из сборника "В Арктику мы ещё вернемся"". 2020-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
- ↑ Popov S, V., Troiski V. А. Sovet Arktika dənizlərinin toponimikası. -L., 1972. S. 278
- ↑ "Rusiya möcüzələri". 2010-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
- ↑ ""И снова земля Санникова…", журнал Вокруг света, № 3 (2462), Март 1979". 2020-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
- ↑ "Установка памятного знака на острове Колчака в Карском море 1 сентября 2009 г." 2018-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.