Ben Nikolson - Wikipedia
Ben Nikolson (10 aprel 1894[1][2][…], Bakingemşir qraflığı[d] – 6 fevral 1982[1][2][…], London[3]) — ingilis rəssam.
Ben Nikolson | |
---|---|
Benjamin Lauder "Ben" Nicholson | |
| |
Doğum tarixi | 10 aprel 1894[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 6 fevral 1982[1][2][…] (87 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | ingilis |
Fəaliyyəti | rəssam, heykəltaraş, dizayner, incəsənət xadimi |
Təhsili |
Tittenhaqqar məktəbi Qreshem məktəbi Slayd İncəsənət məktəbi |
Janr | abstraksionizm |
Stil | abstraksionizm |
Mükafatları | İngilis Ləyaqət nişanı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBen Nikolson 1894-cü ildə İngiltərənin Denhem şəhərində Villiam Nikolson və Meybl Praydın oğlu kimi andan olmuşdur. Qardaşı Nansi Nikolson olmuşdur. 1896-cı ildə ailəsi ilə Londona köçmüşdür. Londonda Tittenhaqqar məktəbində təhsilinə başlamışdır. Daha sonra Qreshem məktəbinə keçmişdir. İncəsənət təhsilinə Slayd İncəsənət məktəbində tamamlamışdır və bu dövrdə Paul Naş, Stenli Spenser, Mark Qertler, Edvard Vardsvord kimi incəsənət xadimləri ilə tanış olmaq fürsətini əldə etmişdir.
İlk evliliyini 1920-ci ildə Vinifred Roberts ilə etmişdir. Ondan olan 3 uşağından ortancılı olan Keyt Nikolson da rəssam olmuşdur. 1938-ci ildə ondan boşanaraq heykəltaraş Barbara Hepvort ilə ailə həyatı qurmuş və ondan da 3 uşağı (Sara, Reyçl və Simon) olmuşdur. Onunla 13 il evli qaldıqdan sonra ondan ayrılaraq 1957-ci ildə alman fotoqraf Felikitas Voyler ilə evlənmişdir (1971-ci ildə ondan da ayrılmışdır).
Karyerası
redaktəNikolsonun ilk rəsm əsəri 1904-cü ildə şotland drammaturq Ceyms Barri ilə görüşdükdən sonra yaratdığı Peter Pan afişasıdır.
Bronxial astma səbəbilə Birinci dünya müharibəsinə aparılmayan Ben 1917-ci ildə Nyu Yorka gedərək əməliyyat olmuşdur. 1918-ci ildə Londona qayıtdıqdan sonra ilk sərgisini də açmışdır. Əvvəllər kubizm cərəyanına yönələn Nikolson daha sonra Henri Rouzun üslubuna üstünlük verməyə başlamışdır.
Nikolson Londonda Barbara Hepvort (daha sonra ikinci həyat yoldaşı olacaqdır) və Henri Mur adlı heykəltaraşlarla tanış olmuşdur. Daha sonra Parisə gedərək Piet Mondrian və Pablo Pikasso ilə görüşmüşdür. 1928-ci ildə rəssam Kristofer Vudla Sent-İvs şəhərinə gedən Nikolson burada Alfred Vallislə birlikdə işləmişdir. Nikolsonun Parisdə də sərgisi açılmışdır. Nikolson 1937-ci ildə yayımlanan və bir rəssamllıq cərəyanı olan konstruktivizmdən bəhs edən "Çevrə" monoqrafiyasına töhfə vermişdir. 1943-cü ildə Sent-İvs İncəsənət Cəmiyyətinə qatılan Nikolsonun bütün işləri 1955-ci ildə Teyt qalereyasında sərgilənmişdir
1957-ci ildə alman fotoqraf Felikitas Voylerla evlənərək 1958-ci ildə İsveçrənin Kastoqnala şəhərinə köçmüşdür. 1968-ci ildə isə Ləyaqət nişanına layiq görülmüşdür. 1971-ci ildə Voylerdən ayrılaraq Kembricə yerləşmişdir.
6 fevral 1982-ci ildə vəfat edən Ben Nikolsonun nəşi Qoldn Qrinsdə yandırılmışdır.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Ben Nicholson (nid.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118587609 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.