Belqrano Universiteti - Wikipedia
Belqrano Universiteti — Argentinanın Buenos Ayres şəhərində özəl universitet.
Belqrano Universiteti | |
---|---|
34°33′50″ c. e. 58°26′37″ q. u.HGYO | |
Əsası qoyulub | 1964 |
Ölkə | |
Sayt | ub.edu.ar |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəUniversitet 1964-cü ildə yaradılmışdır.[1]
1980-ci ildən bütün akademik fəaliyyətinin beynəlmiləlləşməsinə diqqət yetirir.[2]
Fakültələri
redaktəUniversitetdə doqquz fakültə var:
- Memarlıq və Şəhərsalma
- Hüquq və Siyasi Elmlər
- İqtisadiyyat
- Humanitar Elmlər
- Mühəndislik və kompüter texnologiyası
- Kənd Təsərrüfatı Elmləri
- Dil və Xarici tədqiqatlar
- Tibb Elmləri
- Tətbiqi Elmlər
Radio stansiyası
redaktəUniversitetdə eklektik proqramlar və gündəlik BBC News xəbərlərini yayımlayan 90.9 FM radio stansiyası var.
Reytinqi
redaktəBelqrano Universiteti Argentinanın və Latın Amerikasının ən yaxşı universitetləri sırasındadır. Güclü beynəlxalq əlaqələrinə malikdir və ABŞ üçün ən populyar universitetlər sırasındadır. Universitetdə bir çox xarici tələbə təhsil alır. BU-nun məqsədi yüksək keyfiyyətli təhsil vermək, bütün fənlər üzrə tədqiqatları təşviq etmək və cəmiyyətin sosial və mədəni inkişafına kömək etməkdir.[3]
QS World University Rankings-ə görə Belqrano Universiteti ölkənin 7-ci, Buenos Ayresin 5-ci ən yaxşı universitetidir.[2]
Proqramları
redaktəUniversitet Argentina və Latın Amerikası Tədqiqatları Proqramı adlı beynəlxalq proqram təklif edir.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Study Abroad in Belgrano". Universidad de Belgrano. 2013-08-05 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Arxivlənmiş surət". 2023-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-24.
- ↑ "Arxivlənmiş surət". 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-24.
- ↑ "QS World University Rankings 2021". Top Universities. 2020-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-24.