Belaruskali - Wikipedia
"Belaruskali" (belar. Беларуськалі, rus. Беларуськалий) ― Belarusun ən böyük dövlət şirkətlərindən biri. Dünyanın ən böyük kaliumlu duz gübrəsi istehsalçılarından biri olan şirkət 2019-cu ildə qlobal tədarükün 20% -ni təşkil edirdi.[2][3]
Belaruskali | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | səhmdar cəmiyyəti |
Məhsulu | Kali duzu |
Təsis tarixi | 1958 |
Baş qərargahın yeri | Soliqorsk, Minsk vilayəti, Belarus |
İqtisadi göstəriciləri | |
Xalis mənfəəti |
|
Struktur | |
İşçi sayı | 16,000 |
Ana şirkət | Belneftexim |
belaruskali.by |
"Belaruskali", Belarusun ən böyük vahid vergi ödəyicisidir[4] və Belarus hökumətinin xarici valyuta mənbəyidir.[2] 2015-ci il tarixinə görə, Minsk vilayətinin vergi gəlirlərinin 11% -nı təşkil etmişdir.[5]
"Belaruskali" şirkətinin istehsalının böyük bir hissəsi Çinə ixrac olunur.[2][3]
Tarixi
redaktəŞirkət 1958-ci ildə qurulmuşdur və dörd istehsal bölməsindən ibarətdir, həmçinin buraya köməkçi mağazalar və xidmət şöbələri də daxildir.[3] The Belarusian Potash Company şirkəti "Belaruskali"nin istehsal etdiyi kaliumlu duz gübrələrinin əsas distribütorudur.[6][7]
İşçi hüquqları problemləri və siyasi repressiyalar
redaktə2020-ci ildə "Belaruskali"nin dörd min işçisi kütləvi dinc ümummilli etiraz aksiyaları çərçivəsində tətil elan etdi, etirazlar mübahisə doğuran prezident seçkilərindən sonra başladı və etirazçılar Aleksandr Lukaşenkonun istefasını və yeni demokratik seçkilərin keçirilməsini tələb edirdilər.[8] Tətil çərçivəsində şaxtaçıların yerin altında özlərini qandalladığı hallar olmuşdur.[9]
Mövcud məlumatlara görə, "Belaruskali" rəhbərliyi tətilçiləri təhdid edib, onlara qarşı psixoloji təzyiq göstərirdi.[10] "Belaruskali" tətildə iştirak etməyən işçilərə əlavə mükafat verirdi.[11]
Belarus səlahiyyətliləri tətil edən "Belaruskali" işçilərdən bəzilərini tutaraq 15 günlük həbs cəzası vermişdir.[12][13] "Belaruskali" işçi birliyinin dörd aktivisti Siarhei Çarkasau, Pavel Puçenia, Yuri Kojun və Anatol Bokun tətil başladıqdan sonra həbs olundu. 49 "Belaruskali" işçi tətildə iştirak etdikləri üçün işdən qovuldu, bir neçəsi ölkədən qaçmalı oldu.[14][15]
Daha sonra həbs olunan fəallar beynəlxalq həmrəylik kampaniyasının ardından sərbəst buraxıldı,[16] işdən qovulan işçilər "Belaruskali" məhsullarının ən böyük ticarətçisi olan "Yara İnternational"ın işçi hüquqlarının pozulması ilə bağlı sorğularının ardından vəzifələrinə qaytarıldı.[11][17][18]
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ http://www.gki.gov.by/uploads/files/info%20dlya%20investorov/Investoram/memorandums_excel/600122610.pdf.
- ↑ 1 2 3 Мировые производители калия могут выиграть от снижения экспорта из Беларуси Arxivləşdirilib 2022-07-17 at the Wayback Machine [World potash producers may benefit from decreasing exports from Belarus] — Fitch Ratings, 26 August 2020
- ↑ 1 2 3 About company Arxivləşdirilib 2022-07-20 at the Wayback Machine — Official website of Belaruskali
- ↑ Калий, нефть, "табачка", алкоголь. Какие отрасли реально "кормят" бюджет Arxivləşdirilib 2021-03-03 at the Wayback Machine [Potash, oil, tobacco, alcohol. Which sectors really "feed" the state budget] — Tut.by, 28 may 2020
- ↑ ОАО "Беларуськалий" — лидер по налогам в Минской области Arxivləşdirilib 2017-10-25 at the Wayback Machine [JSC Belaruskali is the tax leader of Minsk Region] — Lider-press, 25 March 2016
- ↑ "Belarusian Potash Company official website - About Us". 2021-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-02.
- ↑ О предприятии Arxivləşdirilib 2022-05-17 at the Wayback Machine [About the company] — Belaruskali official website (in Russian)
- ↑ Шахтеры "Беларуськалия" обсудили забастовку на площади Arxivləşdirilib 2020-08-21 at the Wayback Machine [Belaruskali miners discussed the strike at a town square] — Tut.by, 19 August 2020
- ↑ https://interfax.com/newsroom/top-stories/69832/ Belarusian miner cuffs himself to express protest Arxivləşdirilib 2021-06-01 at the Wayback Machine — Interfax, 10 September 2020
- ↑ "Угрожают увольнениями, но мы не сдадимся". Бастующие на "Беларуськалии" прекратили добычу руды Arxivləşdirilib 2020-11-08 at the Wayback Machine ["Bizi işdən çıxaracaqları ilə hədələyirlər, amma təslim olmayacağıq". Belaruskali tətilçiləri filiz mədənində işləri dayandırdilar — Tut.by, 18 avqust 2020
- ↑ 1 2 How the Strike at Belaruskali Changed the Situation at the Enterprise Arxivləşdirilib 2021-01-25 at the Wayback Machine — Charter'97, 28 December 2020
- ↑ More Than 20 Detained At Belarusian Potash Mine For Backing Worker's Political Demands Arxivləşdirilib 2021-06-12 at the Wayback Machine — Radio Free Europe, 21 September 2020
- ↑ Belarus: Govt. imposes prison sentences on striking workers at Belaruskali mining conglomerate Arxivləşdirilib 2021-06-01 at the Wayback Machine — Business and Human Rights Resource Centre, 21 September 2020
- ↑ Belarusian labour activists pressured as political crisis drags on Arxivləşdirilib 2022-05-26 at the Wayback Machine — openDemocracy, 26 August 2020
- ↑ "Беларуськалий" уволил почти 50 сотрудников за участие в стачках Arxivləşdirilib 2022-09-08 at the Wayback Machine [Belaruskali fired almost 50 employees for participating in strikes] — Deutsche Welle, 20 November 2020
- ↑ International solidarity leads to release of jailed union leaders in Belarus Arxivləşdirilib 2022-07-10 at the Wayback Machine — IndustriALL Global Union, 3 November 2020
- ↑ Belaruskali to reinstate fired workers after pressure from Yara Arxivləşdirilib 2021-06-20 at the Wayback Machine — Reuters, 21 January 2021
- ↑ The Largest Importer of Potash Fertilizers Presented an Ultimatum to Belaruskali Arxivləşdirilib 2020-11-29 at the Wayback Machine — Charter'97, 18 November 2020