Behrud - Wikipedia
Behrud (əvvəlki adı: Bəhrud) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kənd inzibati ərazi dairəsi tərkibindəki Bəhrud kəndi Behrud kəndi adlandırılmışdır.[2]
Behrud | |
---|---|
39°04′29″ şm. e. 45°51′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Tarixi
redaktəBehrud Ordubad rayonunun Biləv inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin ətəyindədir. Behrud çayının sahilində yerləşdiyi üçün həmin çayın adı ilə adlandırılmışdır.[3].
Coğrafiyası və iqlimi
redaktəRayon mərkəzindən 36 km şimal-qərbdə, Ordubad- Bist avtomobil yolunun kənarında, Gilançayın sol sahilində, Zəngəzur silsiləsinin ətəyindədir.
Behrud — Ordubad rayonunda çay. Zəngəzur silsiləsindən axır. Fars dilində behrud "yaxşı çay" deməkdir. Hidronim çayın suyunun içməyə yararlı olduğunu bildirir.[3].
Əhalisi
redaktəƏhalisi 545 nəfərdir.[4]
Tanınmış şəxsləri
redaktə- Vəli Hüseynov — Fizik; Fizika riyaziyyat elmləri doktoru. Akademik; AMEA-nın müxbir üzvü. Azərbaycan Respublikasının əməkdar müəllimi
- Rüstəm Behrudi — şair.
- Cavad Abdinov — fizik, Fizika-riyaziyyat elmləri doktoru (1976), professor (1982), Azərb. Respublikası Dövlət mükafatı laureatı (1982).
- Əhməd Abdinov — fizik, Fizika-riyaziyyat elmləri doktoru (1978), prof.(1981).
- Nazim Hüseynov — texniki elmlər doktoru, professor, Milli Aviasiya Akademiyasının meteorolojiya kafedrasının müdiri, Azərnaviqasiya şirkətinin eksprezidenti.
- Nurəddin Sadıqov — Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi (1992–1993), Hərbi işlər üzrə dövlət müşaviri (1993–2000), General-mayor.Əsgər Hacıyev
İqtisadiyyatı
redaktəƏhalisi bağçılıq, taxılçılıq və heyvandarlıqla məşğuldur.
Mədəniyyəti
redaktəOrta məktəbi, kitabxanası, klubu, tibb məntəqəsi var[5].
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
- ↑ "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
- ↑ 1 2 ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ↑ "Behrud". 2010-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-03.
Həmçinin bax
redaktə Ordubad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |