Be 200 - Wikipedia
Beriev Be-200 "Altair" — Rusiya istehsalı amfibiya təyyarə.
Be-200 | |
---|---|
Tipi | Amfibiya təyyarə, hidrotəyyarə |
İlk uçuş | 24 sentyabr 1998 |
İstismara verilmə tarixi | 2003 |
İstismarçılar | |
Buraxılış sayı | 18 |
Vikianbarda əlaqəli mediafayllar |
Be-200, A-40 amfibiya təyyarəsində istifadə olunan idealardan ilhamlanaraq yaradılmışdır. Təyyarə yanğınların söndürülməsi üçün suyu həm aerodromda, həm də suyun səthində sürüşmə rejimində doldurula bilər. Əsas tətbiqlər: yanğınsöndürmə, axtarış-xilasetmə əməliyyatları, ekoloji missiyalar, sərnişinlərin və yüklərin (humanitar yardımların) daşınması. Bir sıra uçuş xüsusiyyətlərinə görə Be-200-ün dünyada analoqu yoxdur.
Təyyarənin adı Qartal bürcündəki Əltair ulduzunun adına uyğun olaraq seçilmişdir. Həm də "Al" Beriev A-40 Albatrosu, "ta" Taqanroqu, "ir" təyyarənin hazırlandığı İrkutsk şəhərini təmsil edir.[1]
Azərbaycan Rusiyadan 2008-ci ildə BE-200ÇS təyyarəsi almışdır.[2]
Tarixi
redaktəAmfibiya təyyarəsinin yaradılması üzrə işə başlamaq qərarı o vaxtkı hökumətin 17 iyul 1992-ci il tarixli 497 nömrəli qərarı ilə qəbul edilmişdir.
Be-200ÇS prototipinin ilk uçuşu 24 sentyabr 1998-ci ildə baş tutub.
Konstruksiya
redaktəModifikasiyaları
redaktəModelin adı | Qısa məlumat |
BE-200 | Yanğınsöndürən amfibiya təyyarəsi, 1 nüsxə (ilk uçuş 24 sentyabr 1998-ci il). |
BE-200P | Uzun müddət havada qalması və müşahidəsi üçün avadanlığı olan, 2 pilot da daxil olmaqla 9 nəfərə qədər artırılmış ekipajı olan patrul təyyarəsi |
BE-200PS | Patrul axtarış-xilasetmə amfibiya təyyarəsi, Be-200P-nin daha da modernləşdirilmiş variantı, quruda və suda axtarış-xilasetmə əməliyyatları üçün nəzərdə tutulmuşdur. Xüsusi axtarış-xilasetmə avadanlığı ilə təchiz olunub. Ekipaj 2 pilot, 2 müşahidəçi, bort mexaniki və 2 xilasedicidən ibarətdir. |
BE-200ÇS(Be-200ES-E) | Çoxməqsədli amfibiya təyyarəsi, seriyalı şəkildə istehsal olunur (ilk uçuş 27 avqust 2002-ci il). |
BE-300(Proyekt) | Çoxməqsədli təyyarə. Be-200-ün quru versiyası. |
Texniki göstəricilər
redaktə- Ekipaj: 2 nəfər
- Sərnişin tutumu:BE-200ÇS- 43 sərnişinə qədər, sərnişin variantı — 72 sərnişinə qədər
- Uzunluğu: 32.05 m
- Qanadların eni: 32.78 m
- Hündürlük: 8.90 m
- Qanad sahəsi: 117,44 m²
- Kabin ölçüləri (UxWxH): 18.7 m x 2.4 m x 1.8 m
- Boş çəki: 28000 kq
- Faydalı yükün çəkisi: 5000 kq yük, üstəgəl çənlərdə 12 m³ su (eyni zamanda və ya ardıcıl axıdılma imkanı ilə 8 bölməli su çəni)
- 12m³ suyun səthdən toplanma vaxtı: 14 saniyə
- Əməliyyat yerinə yetirə biləcəyi maksimum dalğa hündürlüyü: 1.3m
- Maksimum uçuş çəkisi:
- Qurudan: 41000 kq
- Sudan: 37900 kq
- Su hövzəsində suyu dolduraraq: 43000 kq
- Uçuş xüsusiyyətləri
- Maksimum sürət: 7000 m hündürlükdə 700 km/saat
- Kruiz sürəti: 550–610 km/saat
- Uçuş sürəti: 220 km/saat
- Eniş sürəti: 195 km/saat
- Su doldurarkən sürət: 150–190 km/saat
- Praktik uçuş məsafəsi: 3300 km
- Praktik tavan: 8000 m
- Qalxma sürəti: 12.2 m/s
İstifadəsi
redaktə2003-cü ildən BE-200 Rusiya və digər ölkələrdəki meşə yanğınları ilə mübarizədə istifadə olunur
Fövqəladə Hallar Nazirliyinə məxsus BE-200ÇS:
29 aprel 2015: Nepal Federativ Demokratik Respublikasının ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb. Azərbaycan Respublikasının 13 və Gürcüstanın 4 vətəndaşının Bakıya təxliyə olunub.[4][5]
17 dekabr 2015: "Günəşli" yatağında baş vermiş qəzanın nəticəsində itkin düşənlərin axtarışı[6]
27 dekabr 2015 – 22 aprel 2016: Günəşli yatağında baş verən qəzadan itkin düşmüş neftçilərin ayrı-ayrı vaxtlarda Xəzər dənizinin Türkmənistan sahəsində tapılan meyidlərinin Azərbaycana gətirilməsi[7][8][9][10]
27 noyabr 2016: İsraildə meşə yanğınları söndürülüb[11]
10 dekabr 2019: "Eurohome" tikinti bazarındakı yanğının söndürülməsi[12]
15 – 18 yanvar 2021: Hirkan milli parkında yanğının söndürülməsi[13]
5 – 16 avqust 2021: Türkiyə respublikasında meşə yanğınlarının söndürülməsi[14]
23 – 30 iyun 2022-ci il tarixinlərində Azərbaycan FHN-ə məxsus təyyarə Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirak edib..[15][16]
11 iyul 2022: Xaçmaz rayonunda meşəlik ərazidə baş vermiş yanğının söndürülməsinə cəlb olunub.[17]
16 avqust 2022: Şabran rayonunda baş vermiş yanğının söndürülməsi[18]
28 avqust 2022: Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş FHN-ə məxsus "BE-200ÇS" amfibiya tipli təyyarədə texniki problem yaranıb. Təyyarə Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib.[19]
2024-cü ilin ortalarında yenidən istifadədə görülüb.[20]
2024-cü ilin avqust-oktyabr aylarında meşə yanğınları ilə mübarizə üçün Türkiyədə olub.[21][22]
Qəzalar
redaktə14 avqust 2021 tarixində Türkiyədə Rusiyaya məxsus "Be-200" təyyarəsi yanğınları söndürmək tapşırığını yerinə yetirdikdən sonra qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan beş rusiyalı və yanğın ocaqlarını göstərən üç türkiyəli hərbçi həlak olub.[23]
İstifadəçilər və sifarişçilər
redaktəİstifadəçilər:
redaktə- G. M. Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksi — 2 ədəd (01 və 02 nömrəli prototiplər)
- Fövqəladə Hallar Nazirliyi — 6 təyyarə
- Rusiya Federasiyasının dəniz aviasiyası — 1 ədəd
- Fövqəladə Hallar Nazirliyi — 1 ədəd BE-200ÇS. 2008-ci il may ayında Rusiyadan alınıb. Xaricə satılmış ilk BE-200ÇS təyyarəsidir.
Sifarişçilər:
redaktəRusiya Fövqəladə Hallar Nazirliyi — 8+24 ədəd[24][25]
İndoneziya — 4 ədəd[26]
Çin — 4 ədəd[27]
Çili — 2 ədəd[30]
İstinadlar
redaktə- ↑ "PRESS RELEASE No.58 dt. 12th February 2003. Results of the competition for the best personal names for the Be-103 and the Be-200 amphibious aircraft"
- ↑ FHN amfibiya-təyyarə alıb
- ↑ irkut.com
- ↑ "İlham Əliyev Nepala humanitar yardım göndərdi". 2015-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
- ↑ "Azərbaycan və Gürcüstan vətəndaşları Nepaldan təxliyə edildi". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
- ↑ "FHN "Günəşli" yatağındakı 10 saylı özüldə baş vermiş yanğının söndürülməsi və itkin düşənlərin axtarışını davam etdirir". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-19.
- ↑ ""Arzu, salamat qal" yazan neftçinin cəsədi tapıldı". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
- ↑ "Neftçilərin meyiti ailələrinə təhvil verildi". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
- ↑ "FHN-in təyyarəsi tapılmış meyitə görə Türkmənistana uçdu". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
- ↑ "Türkmənistan sahillərində tapılmış meyit Azərbaycana gətirildi". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
- ↑ "İsraildə meşə yanğınları söndürülüb". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
- ↑ "Bakıda yanğının söndürülməsinə amfibiya təyyarə cəlb edildi". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
- ↑ "Hirkan Milli Parkındakı yanğınla bağlı nazirlikdən AÇIQLAMA". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
- ↑ "Azərbaycandan Türkiyəyə növbəti dəstək: Amfibiya təyyarəmiz yola düşüb". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
- ↑ "Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə yanğının söndürülməsinə başladı". 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-24.
- ↑ "FHN-in Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak etmiş amfibiya təyyarəsi ölkəmizə qayıdıb". 2022-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
- ↑ "Xaçmazda yanğının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub". 2022-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-11.
- ↑ "Arxivlənmiş surət". 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-16.
- ↑ "Arxivlənmiş surət". 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
- ↑ "Mingəçevirdə batdığı ehtimal olunan şəxsin axtarışlarına amfibiya təyyarəsi cəlb olunub". Oxu.az (az.). İstifadə tarixi: 2024-07-02.
- ↑ "Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərinə başlayıb". Oxu.az (az.). İstifadə tarixi: 2024-10-10.
- ↑ "Azərbaycanın amfibiya təyyarəsi Türkiyədən geri qayıdıb". Oxu.az (az.). İstifadə tarixi: 2024-10-10.
- ↑ "Türkiyədə Rusiya təyyarəsi qəzaya uğradı". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
- ↑ [1]
- ↑ [2]
- ↑ "Arxivlənmiş surət". 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-19.
- ↑ "Arxivlənmiş surət". 2016-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-19.
- ↑ "Arxivlənmiş surət". 2021-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-19.
- ↑ "Arxivlənmiş surət". 2019-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-19.
- ↑ "Arxivlənmiş surət". 2018-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-19.