Bcni - Wikipedia
Bicni — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd.[2]
Kənd | |
Bjni Bicni | |
---|---|
40°27′34″ şm. e. 44°38′55″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Dərəçiçək mahalı |
Rayon | Axta rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.550 ± 1 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəRayon mərkəzindən 9 km cənub-qərbdə, Zəngi çayının sağ tərəfində, Zincirli dağının ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Beçni formasında[3], Qafqazın 5 verstlik xəritəsində Bicni kimi[4] qeyd edilmişdir.
Toponimi
redaktəToponim beçenek türk tayfasının adı əsasında yaranmışdır. Quruluşca sadə toponimdir. Bjni, beçenək etnoniminin ərəb dilində yazılış formasıdır.
Əhalisi
redaktəKəndin yerli əhalisi azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-ci il Türkmənçay müqaviləsindən sonra 1829–30-cu illərdə, eləcə də 1915–27-ci illərdə Türkiyənin Bolis, Van bölgələrindən köçürülmüşdür[5]. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 232 nəfər, 1873-cü ildə 685 nəfər, 1908-ci ildə 826 nəfər, 1914-cü ildə 1176 nəfər, 1916-cı ildə 1309 nəfər azərbaycanlı yaşamışdır[6]. 1918–20-ci illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra (1922-ci ildən sonra) azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. 1926-cı ildə kənddə 48 nəfər, 1931-ci ildə 64 nəfər azərbaycanlı yaşamışdır[7]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-ci ildə azrbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. İndi yalnız ermənilər yaşayır.
İstinadlar
redaktə- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.36
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.34
- ↑ Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.737
- ↑ Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.16–17, 100–101
- ↑ Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.17, 101