Bazar Xacin Kend - Wikipedia
Bazar - Yuxari Qarabağın Xaçın nahiyəsində kənd adı.
Toponim
redaktəBazar - Yuxarı Qarabağın Xaçın nahiyəsində kənd adı. Şah Mənsur kəndinin yaxınlığında yerləşir. Bazar, qədim türkmənşəli tayfanın adındandır. Tiflis quberniyasının Siqnaxı qəzasında Bazarxevi. Gürcüstanda Bazarı yaşayış məntəqə adı. Bu ad 1392-ci ildə cəkilmişdir. Qıpçaq mənşəli Basar tayfasının adındandır. Qırğızlarda Bazar, qaraqalpaqlarda və kalmıklarda Basar tayfaları məlumdur. Qafqazda bazar sözündən düzəlmiş coxlu dağ, çay və kənd adları vardı: Bazarçay, Bazaryurd, Şimali Qafqazda Qaranoqoy dairəsində Bazarnur, Zaqatala qəzasında Bazarqobu və s. (Gürcüstanda Asinza rayonunda Axisqa türklərinin yaşadığı Bazarxana əhalisi 1994-cü ildə Sibirə qovulmuşdur) Zaqatala rayonunun Çobankol kəndinin bir məhəlləsi də bazar adlanır. Həmin rayonda əhalisi azərbaycanlılardan ibarət Qımır kəndinin tam adı Qımırbazar, Çar kəndinin qədim adı isə Çarbazar olmuşdur. İ.P.Lineviçin 1873-cü ilə aid məlumatında Zaqatala dairəsində 3 ailədən ibarət Bazartala kəndinin adı cəkilir. Azərbaycanda Dəvəçi Bazar orta əsrlərdə Yurd Bazar Anbarcı(Kürlə Arazın qovşağında) toponimi məlumdur.
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Azərbaycanın izahlı coğrafi adlar luğəti. Bakı, 1960.
- Azərbaycan Sovet Ensiklopediyası (müxtəlif cildlər
- Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966.
- Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.