Bayram Axsami - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bayram axşamı filmi rejissor Toğrul Məmmədov tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film M Group Production şirkətində istehsal edilmişdir. Film şirkətin böyük filmdə ilk işidir. Novruz bayramına həsr olunmuş filmdə Hollivud filmlərindən məlum olan yeni texnologiyalardan, mürəkkəb qrafika işləri və müasir kompüter üsullarından istifadə olunub. Ekran əsəri Bayram (İslam Mehrəliyev) adlı uğursuz oğlanın şirkət sahibinin qızına vurulmasından bəhs edir. Əsas hadisələr Novruz bayramı ərəfəsində cərəyan edir. Bayram uğursuzluğa son qoymağı qərara alır. Novruz bayramı ənənəsinə görə, bu arzunun həyata keçməsi üçün tonqalın üstündən tullanmaq lazımdır. Lakin o, səhər yeni doğulmuş körpənin başı ilə əvvəlki Bayrama çevrilir.[1] Əsas rolları İslam Mehrəliyev, Oksana Rəsulova, Cəmil Məmmədli, Yusif Babayev, Firəngiz Mütəllimova, Əkbər Əlizadə, Elxan Quliyev, Nahidə Orucova, Xose Bernardo, Murad Dadaşov, Asya Abdullayeva ifa edirlər.
Bayram axşamı | |
---|---|
Janr | komediya |
Rejissor | Toğrul Məmmədov |
Prodüser | Murad Dadaşov |
Ssenari müəllifləri |
Cəmil Məmmədli Toğrul Məmmədov Fariz Əliyev |
Baş rollarda |
İslam Mehrəliyev Oksana Rəsulova Cəmil Məmmədli Yusif Babayev Firəngiz Mütəllimova Əkbər Əlizadə Elxan Quliyev Nahidə Orucova Xose Bernardo Murad Dadaşov Asya Abdullayeva |
Operator | Rauf Qurbanəliyev |
Rəssam | İqbal Əliyev |
İstehsalçı | M Group Production |
İlk baxış tarixi | 2017 |
Filmin növü | tammetrajlı bədii film |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycan dili |
İl | 2017 |
Məzmunu
redaktəBir novruz əfsanəsindən bəhs edən bu film Bakıda milli bayramımız olan Novruzun təmtəraqlı surətdə qeyd olunduğu ərəfədə 30 yaşlı şəhər sakininin başına gələn maraqlı hadisələrdən bəhs edir. Uğursuz həyat sürən Bayram (İslam Mehrəliyev) məhz bu Novruz bayramında butun uğursuzluqlara son qoymaq əzmindədir. Adət-ənənəyə uyğun olaraq o da arzu tutub tonqaldan atlanır. Dilədiyi arzu isə uşaq kimi problemsiz həyat sürməkdir! Lakin arzudanda arzuya fərq var. Ağlasığmaz vəziyyətə düşmək istəmirsizsə nə arzu etdiyinizə fikir verməlisiz. Yoxsa bizim filmin qəhrəmanı kimi çıxılmaz vəziyyətdə qala bilərsiz. Həyata keçməsini dilədiyi bir arzu onun həm həyatını alt-üst etdi həm də onun dostlarını,nişanlısını və bütün ətrafındakı insanları şoka saldı. Düşdüyü gülünc və inanılmaz vəziyyətdən isə çıxış yolunu heç kim tapa bilmir. Üstəlik toyuna sayılı günlər qaldığı üçün vəziyyət daha da qəlizləşir. Hər keçən gün onun həyatı daha da çətinləşir.
Filmin üzərində işləyənlər
redaktəRejissor: Toğrul Məmmədov
Ssenari müəllifi: Cəmil Məmmədli, Toğrul Məmmədov
Operator: Rauf Qurbanəliyev
Prodüser: Murad Dadaşov
Rəssam: İqbal Əliyev
Səs rejissoru: Orxan Ağalarov
Rollarda
redaktəİslam Mehrəliyev
Oksana Rəsulova
Cəmil Məmmədli
Miri Yusif
Firəngiz Mütəllimova
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Murad Dadaşov "Bayram axşamı" filminin uğurlu təqdimatını keçirib – FOTO + VİDEO". 2017-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-05.