Baxsi - Wikipedia
Baxşi - özbək, qazax, qırğız, uyğur, türkmən, xorasani türk və qaraqalpaq xalqlarının şair-nəğməkarı. Qaraqalpaqlarda və qazaxlarda bu termin baksı şəklində işlənir. Bakşı, Bağşı, Bahçı, Baxçı, Baksı olaraq da deyilir. Monqollar Böge və ya Büğe deyərlər.
Məna və tərif
redaktəBaxşi, türk, altay və monqol mifologiyasında eyni vaxtda şamandır. Əslində Kam (şaman) anlayışından daha geniş əhatəlidir. Xalq şairi, aşiq, musiqiçi istiqaməti də çox vaxt ön plana çıxa bilər. Ənənəvi üsullara əsaslanan xalq həkimliği edə bilər. Cadulu sözlərlə pis ruhları qovar. Arkıl Ata ilk baxşıdır. Buddizm ilə birlikdə buddist rahib mənasına da genişlənmişdir. Ruh qovarkən qırmızı paltar geyərlər. Asiyadakı qonşu qövmlərin çox çoxunun dillərində Bağ/Bag/Bog/Bok/Bug/Buk mənşəli sözlər iştirak edər və bunların bir qisimi fövqəltəbii güclərə dair mənalar daşıyar. Baxıcı olaraq da bilinər. Baxşilər öz mahnılarını simli çalğı aləti olan dütarın müşayiəti ilə oxuyurdular.
Bağı
redaktəBağı - türk və altay mifologiyasında sehr, cadu, əfsun deməkdir. "Bayı" olaraq da deyilər. Bağıçı, Bağışı sözləri sehrbaz mənasını verər.[1] Anadoluda "Büyü" halına çevrilmişdir. Bağlamaq sözü ilə də əlaqədardır. Məsələn "ağızını dilini bağlamaq"... Bağ sözünün düyün mənası da vardır ki, əvvəllər ovsunlar düyünlər ilə edilməkdə idi. "Düyünlərə üfləyənlərin pisliyindən..."[2] Baxmaq (fala baxmaq) sözüylə də əlaqəlidir. Anadoluda "bağnaz" (fanatik) sözü də bir şeyə bağlanmış mənasını verir və "bağılanmış (ovsunlanmış)" deməkdir. Bag kökü Tunquscada ağlıq ifadə edər. Bağ/Mağ kökü bir çox dildə sehrlə əlaqəli mənaları olan sözləri yaradır. Cəlal Bəydilinə görə maqus/magus (sehr) sözü bağ/mağ kökü (və bağı sözü) ilə əlaqəlidir.[3] Baxşi sözü de bu kökdən törəmişdir. Baqı/Bakı/Baxı isə fal deməkdir.
Toyun və xatun
redaktəKişi baxşılara "Toyun" və ya "Toyon" (əfəndi), qadın baxşılara isə "Xatun" və ya "Xoton" (xanım) sözləri bir sifət olaraq istifadə edilər. Bu sözlər sahib, şaman mənasındadır. (Bəzən də tanrıların və tanrıçaların sifəti olaraq keçər). Beləcə Toyon və Xoton (Toyun / Xatun) bir ikili yaradır. Toyun sözü möhtərəmlik ifadə edər. Toy (müqəddəs mərasim) ilə eyni kökdən gəlir. Toy sözü Anadolu türkcəsində "Düğün" şəklinə çevrilmişdir ki Toyun ilə də bənzərlik göstərir, keçmişdə toyları şamanların yönetmesiyle əlaqəlidir.
Etimologiya
redaktə(Bağ/Bax/Bah/Baq/Bak) kökündən törəmişdir. Cadu mənasını ehtiva edər. Bağı sözüylə əlaqəlidir. Bağ kökü qışqırmaq, bağlamaq, baxmaq filleriyle eyni kökdən törəmişdir. Monqolca Bagsı müəllim, Bah / Baka isə xoşbəxtlik deməkdir. Köhnə Monqolca Baga sözü qırtlaq və qırtlaqdan səs çıxarmaq mənaları ehtiva edər (Monqol Bagalzur / Bagalahur yəni qırtlaq Türkçede Boğaz sözcüyü ilə qohumdur.
Mənbə
redaktə- Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı: Maarif, 1978, səh. 20.
İstinadlar
redaktə- ↑ Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine (türk.)
- ↑ Fələq, 113:4.
- ↑ Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, Yurt Yayınevi (türk.)
Xarici keçidlər
redaktə Ədəbiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |