Bastamli - Wikipedia
Bastamlı — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd.
Bastamlı | |
---|---|
Ölkə | İraq |
Rayon | Tuzxurmatu qəzası |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 5 300 (2009) nəfər |
Toponim
redaktəMüxtəlif mənbələrdə Bastamlı, Bestamlı və ya Bostamlı adı ilə rast gəlinən kəndin adı etnotoponim olub burada məskunlaşmış və Bayat boyuna mənsub olan Bastamlı oymağının adından irəli gəlir. 1917-ci ilə aid İngilis məxfi məlumatlarında bu oymağın 108 evdən ibarət olduğu qeyd edilmişdir.[1]
Coğrafiya
redaktəBastamlı kəndi Tuzxurmatu şəhərindən cənub-qərbdə, Ağsu çayının sağ sahilinə yaxın düzənlikdə, dəniz səviyyəsindən 175 metr hündürlükdə yerləşir. Tuzxurmatu şəhəri ilə Bastamlı kəndi arasındakı məsafə 13 km-dir.
Əhali
redaktəOŞSAM[2]-ın 30 may — 2 iyun 2009-cu il tarixində apardığı araşdırmaya əsasən Bastamlı kəndində təxminən 5.3 min nəfər əhali yaşayırdı.[3] Monoetnik əhaliyə sahib kəndin sakinləri türkmanlardır.[3] Kəndin əhalisi qədim Bayat boyundan törəmişdir.
İstinadlar
redaktə- ↑ Doç. Dr. Ekrem Pamukçu: Bayatlar ve Irak Bayatları Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, sayfa 8Orijinal mətn tərcümədə ing. — "{{{1}}}"
1917’de İngilizler tarafından Irak’taki Türkler hakkında hazırlanmış olan gizli raporda, Bayat Türkleri hakkında şunlar kaydedilmiştir: “Bayatlar, Türkçe ve Arapça konuşurlar, hayvan beslerler. Sayıları on bin evdir. Kifri’den Karatepe ve Tuz’a kadar olan bölgede yaşarlar. Oymakları Elbu Ali Abdüssultan’dır. 800 evdirler. Bestamlı reisleri Abid B. Abbas’tır. 100 evdirler....
- ↑ Orta Şərq Strateji Araşdırmalar Mərkəzi (türkcə: Ortadoğu Stratejik Araştırmalar Merkezi Arxivləşdirilib 2018-07-24 at the Wayback Machine)
- ↑ 1 2 ORSAM Arxivləşdirilib 2018-07-24 at the Wayback Machine (Ortadoğu Stratejik Araştırmalar Merkezi) Rapor No: 6, ORSAM-Ortadoğu Türkmenleri Programı Arxivləşdirilib 2018-02-22 at the Wayback Machine Rapor No: 2—Tuzhurmatu Türkmenleri: Bir başarı hikayesi Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Kasım 2009, sayfa 9