Barrikadalar Zamani - Wikipedia
Barrikadalar zamanı (lat. Barikāžu laiks) və ya sadəcə Barrikadalar (lat. Barikādes) 1991-ci ilin yanvar ayında əsasən Riqa şəhərində baş tutan 1990-cı ilin mayında Sovet Sosialist Respublikaları İttifaqı ilə ondan müstəqilliyini elan edən Latviya Respublikası arasında qarşıdurmaların seriyası. Hadisələrin adı yerli camaatın təxminən 13 və 27 yanvar arasında müdafiə barrikadaların quraşdırmağından gəlir.
Barrikadalar zamanı | |||
---|---|---|---|
Tarix | 13-27 yanvar 1991-cı il | ||
Yeri | Latviya, əsasən Riqa | ||
Nəticəsi | Latviyanın qalibi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Arxa plan
redaktə1940-cı ildə Latviya, Litva və Estoniya SSRİ tərəfindən işğal olunub. Bunnan təxminən eyni zaman meşə qardaşları adı altında partizanların silahlı müqaviməti başlayıb.
1986-cı ildən başlayaraq, Latviyalılar konkret məqsədlərin ətrafında təşkil olmağa başlayıblar. Latviyadaki bu hadisələr həmçinin Üçüncü oyuanış (lat. Trešā Atmoda) kimi, Baltikyanı üç respublikasında ümumiyyətlə bir yerdə baş verilən bu cərəyan isə Nəğməli inqilab kimi tanınır.
Kütləvi etirazlar baş verirdi və 1990-cı ilin martın 18-də müstəqillik tərəfdarları olan Latviya Xalq Cəbhəsi, Yaşıl Partiya və Latviya Milli Müstəqillik Hərəkəti Latviya SSR Ali Sovetinə seçkilərini udub, sovetpərəst Bərabər Hüquqlar bloku isə müxalifət qalıb.
Erkən yanvar hücumları
redaktə1991-ci ilin yanvarın 2-də OMON Latviyanın milli çap evi olan Preses Nams (lat. Çap Evi) binasını zəbt edib, bunu sənədləşdirməyə cəhd edən cinayət polisinin əməkdaşlarına hücum etdilər.[1] Ali Şurasının keçirdiyi iclasında bəyan olunub ki, qirov alınmış Preses Nams idarəçisi fiziki və şifahi zorakilığa məruz qaldığına baxmıyaraq, sonra buraxılıb. Ali Şura zəbti Latviya Kommunist Partiyasının törətdiyi qanuna zidd olan hərəkət kimi rəsmən tanıyıb.[2]
Xalq Cəbhəsi Kommunist Partiyasının binasının qarşısında etiraz təşkil edib.[1] Hissəsi iflic olan Preses Nams Sovetpərəst materialları çap etməyə davam edirdi.[3] Yanvarın 4-də OMON Riqanın Vetsmilqravis mikrorayonudaki telefon əlaqəni zəbt edir. İddialarına görə, bunun səbəbi OMON-un işlətdiyi telefon əlaqəsinin kəsilməsi idi. Bundan sonra, OMON Daxili İşlər Nazirliyini zəbt edib, amma bu dəfə telefon əlaqələrini kəsilmədi, çünki onların beynəlxalq telefon əlaqəsini zəbtinin qorxusu var idi.[4]
Döyüşlər
redaktəYanvarın 16-da Ali Şura parlament üzvləri lazım olarsa yetərsəs (kvorum) saxlamağa məqsədi ilə şura binasında qalırdılar. Saat 16:45-də Vetsmilqravis körpüsündə baş verən daha bir hücümun nəticəsində Latviya Nəqliyyat Nazirliyi üçün işləyən sürücü Roberts Murnieks hərbi döyüş avtomatik silah ilə başının arxasın güllələnib. Saat 18:50-də o, gətirildiyi 1 nömrəli Riqa hospitalında yarasından həlak olaraq, barrikadalar zamanının ilk qurbanı olmuş.[5]
Yanvarın 19-da Roberts Murnieksin yas mərasimi siyasi aksiyaya çevirib. O gecə beş könüllü müdafiəçi OMON tərəfindən saxlayıb, döyüldü.[6]
Yanvarın 20-də təxminən 100000 adam Moskvada Baltikyanı ölkələrlə həmrəliyini göstərmək üçün yığışıb, Vilnüsdaki hadisələrə görə Sovet rəsmilərdən istefa verməyə tələb edirdilər. Həmin gün Barrikadalar ən ölümcül olub. OMON ilə naməlum qruplar Latviya Daxili İşlər Nazirliyinə hücum ediblər. İntensiv güllələmənin nəticəsində şəhərin mərkəzində 8 adam yaralanıb, 5 isə həyatını itirib. Onların 4-ü Bastion təpəsində, o cümlədən Yuris Podnieksin operatorları olan Andris Slapinş və Qvide Zvayqzne (yaralarında erkən fevralda həlak olmuş), milisin baş məntəqə inspektoru Sergey Konanenko və məktəbli Edi Riekstinş, 1-i, milisin leytenantı Vladimir Qomonoviç isə Daxili İşlər Nazirliyinin binasının dördüncü və beşinci mərtəbələrin arasında yuxarıdan gələn gülləynən öldürülüb.[7][8][9][10]
Yanvarın 25-də ayın 20-də ölənlərin yasından sonra, müdafiəçilər barrikadaları tərk ediblər.[11]
İstinadlar
redaktə- ↑ 1 2 "The History of confrontation". 2007-07-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-08-17.
- ↑ "Session of Supreme council on 2 January 1991" (Latvian). 2 January 1991. 29 September 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-08-17.
- ↑ Einars Cilinskis. "Session of Supreme council on 9 January 1991" (Latvian). 9 January 1991. 29 September 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-08-13.
Jo mēs zinām, ka Preses namā tagad drukā tikai komunistu presi. (ing. Because we know that in Preses Nams now only communist press is printed)
- ↑ "Atmiņas par barikāžu dienām" (doc) (Latvian). 2001. 2007-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-08-13.
- ↑ January Chronicles, 2016. səh. 107
- ↑ January Chronicles, 2016. səh. 259
- ↑ January Chronicles, 2016. səh. 181
- ↑ [1] Arxivləşdirilib 2019-06-09 at the Wayback MachineВладимир Вигман. ТРОЯНСКИЙ КОНЬ ОСОБОГО НАЗНАЧЕНИЯ. «Зеркало недели» № 10, 07 марта 1996 г.
- ↑ "Рижский ОМОН. Закулисные игры". 2014-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-23.
- ↑ "20 января 1991 года Рижский ОМОН атаковал здание МВД Латвии". 2014-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.
- ↑ "Adoption of the Declaration of Independence, the Barricades (1990–1991)". Ministry of Defence of Latvia. August 31, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 6, 2018.