Bambukkimiler - Wikipedia
Bambusoideae (lat. Bambusoideae) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki yarımfəsiləsi.
Bambukkimilər | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Klad: Fəsilə: Klad: Yarımfəsilə: Bambukkimilər |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Əksəriyyəti gövdəsi oduncaqlaşmış kökümsovlu çoxillik bitkilərdir. Hündürlüyü 40 m-dən artıq, diametri 30 sm-ədək olur. Yarpaqları qınlı və qısasaplaqlı, çiçəkləri 6 erkəkciklidir. Bambukkimilər hər il, ya da xeyli fasilədən sonra çiçəkləyir. Bir çox bambukkimilərdə çiçəklənmədən sonra bütün fərdlərin yeraltı hissələri eyni vaxtda məhv olur (bəzən böyük ərazidə). 50 cinsi və 600 növü, əsasən, Cənub-Şərqi Asiyanın tropikləri və subtropiklərində və Malayya arxipelaqında bitir. Afrika və Amerika qitəsində azdır. Avropada isə yoxdur. Bambukkimilərin oduncaqlaşmış iri gövdəsindən ev və körpü tikilir, su kəməri çəkilir, mebel, zənbil, həsir pərdələr hazırlanır. Bəzilərinin cavan zoğları və toxumu yeyilir. Bəzi növlərinin özəyindəki şirədən bambuk şəkəri alınır.
İstinadlar
redaktə- ↑ Thorne R. F., Reveal J. L. An updated classification of the class Magnoliopsida (“Angiospermae”) (ing.). // The Botanical Review Springer Science+Business Media, 2007. Vol. 73, Iss. 2. P. 87. ISSN 0006-8101; 1874-9372 [67:AUCOTC2.0.CO;2 doi:10.1663/0006-8101(2007)73[67:AUCOTC]2.0.CO;2]