Balliqaya Qetliami - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ballıqaya qətliamı — Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 28 avqust 1992-ci il tarixdə dinc əhaliyə qarşı soyqırımı.[1]
Ballıqaya qətliamı | ||
---|---|---|
Qarabağ münaqişəsi | ||
Tarix | 28 avqust 1992-ci il | |
Yeri | Ballıqaya, Goranboy rayonu, Azərbaycan | |
Səbəbi | Ərazidə məskunlaşan dinc əhali arasında vahimə yaratmaq. | |
Nəticəsi | Dinc sakinlər arasında çox sayda şəhid və yaralanlar oldu. | |
Ərazi dəyişikliyi | Ərazidə dinc əhalinin yaşamasına son qoyuldu. | |
Ümumi itkilər | ||
|
||
|
Hadisə öncəsi
redaktə1992-ci ilin may ayının 18-dən sonra Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən ərazisi işğal edilmiş Laçın rayonundan olan məcburi köçkünlər Abdullayev Abdulla Bədəl oğlunun, Hümbətov Vəzir İsmayıl oğlunun, Məhərrəmov Kamil İbrahimxəlil oğlunun, Məhərrəmov Cəmil İbrahimxəlil oğlunun, Mehdiyev Binnət Hümbət oğlunun, Mehdiyev Hümbət Əbülqasım oğlunun, Mehdiyev Məhəmməd Əbülqasım oğlunun, Mehdiyev Rəhbər Məhəmməd oğlunun ailələri Laçın rayonunun işğalından sonra[2] Xanlar rayonunun (Göygöl rayonu) ərazisində, Murovdağın ətəklərində, Sarıqaya deyilən ərazidə doğma yurda — Laçına dönmək ümidi ilə müvəqqəti məskunlaşdılar[3][4][5].
Alməmmədov Şəmil Alməmməd oğlunun və Alməmmədov Səxavət Şəmil oğlunun ailələri isə Xızı rayonunun Fındığan kəndində məcburi köçkün kimi məskunlaşdı.
1992-ci ilin avqust ayının son günlərində məcburi köçkünlük həyatı yaşayan, Azərbaycanın fərqli bölgələrində məskunlaşan, yaxın qohumluq münasibətləri olan bu ailələr məskunlaşdıqları ərazilərin heyvandarlıq üçün əlverişsiz olduğundan məsləhətləşmələr apardıqdan sonra heyvandarlıq üçün daha əlverişli şərait yaratmaq məqsədilə Goranboy rayonunun Ballıqaya kəndinin ərazisində yerləşən Gülüstan meşəsi adlanan ərazisində alaçıqda (çadırda) məskunlaşdılar.[6]
Hadisə günü
redaktəMəskunlaşdıqdan üç gün sonra 28 avqust 1992-ci il tarixdə səhər saat 5 radələrində Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 10-12 nəfər üzvü alaçıqları xüsusi amansızlıqla, iri çaplı silahlardan və qumbaraatanlardan atəşə tutdu. Atəş nəticəsində dinc sakinlərdən 24 nəfər şəhid oldu[7].
Qətliamın canlı şahidlərindən olan Züleyxa Abdullayevanın Hərbi Prokurorluğun Memorial Soyqırım Muzeyinin arxivində saxlanılan şahid ifadəsində deyilir:
1992-ci il 27 avqust tarixindən 28 avqust tarixinə keçən gecə saat 5 radələrində güllə səslərinə ayıldıq. Ailə üzvlərim və mən finski evin sol otağında yatmışdıq, sağ otaqda isə Hümbətov Vəzir və onun ailəsi qalırdı. 6 uşağı və yoldaşı. Ev hər tərəfdən müxtəlif silahlardan atəşə tutulurdu. Birdən Hümbətov Vəzirin ailəsinin qaldığı otağın yandığını gördüm. Atəş səsləri təxminən yarım saat davam etdi. Biz səsimizi çıxarmadıq deyə, təsadüf nəticəsində sağ qaldıq. Züleyxa Abdullayeva[8]
|
Alaçıqları xüsusi qəddarlıqla atəşə tutan Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun üzvləri heç kəsin sağ qalmadığını zənn etsələrdə təsadüf nəticəsində ailə üzvlərindən Məhərrəmov Yaqub Cəmil oğlu, Abdullayeva Züleyxa İbrahimxəlil qızı, Alməmmədova Şəhla Məhəmməd qızı, Mehdiyeva Lamiyyə Rəhbər qızı, Mehdiyeva Elxan Rəhbər oğlu, Mehdiyeva Məhəmməd Rəhbər oğlu, Məhərrəmov Xoşbəxt Kamil qızı, Muradova Xuraman Məhəmməd qızı ağır və yüngül olmaqla müxtəlif dərəcədə zədələr almışdılar. 5 nəfər ağır yaralandı, 4 nəfər isə yüngül xəsarətlər aldı[9].
Hadisə zamanı hər iki valideynini itirən 3 az yaşlı uşaq xəsarət almışdır[10].
Soyqırım qurbanları
redaktə№ | Soyadı, adı, atasının adı | Təvəllüdü | Doğum yeri | Yaşı | Dəfn olunduğu yer |
---|---|---|---|---|---|
1 | Abdullayev Abdulla Bədəl oğlu | 1934 | Nağdalı, Laçın rayonu | 58 | Qaradəmirçi, Bərdə rayonu |
2 | Abdullayev Fərman Abdulla oğlu | 20.03.1962 | Nağdalı, Laçın rayonu | 30 | Qaradəmirçi, Bərdə rayonu |
3 | Abdullayeva Səadət Abdulla qızı | 01.12.1973 | Nağdalı, Laçın rayonu | 19 | Qaradəmirçi, Bərdə rayonu[11] |
4 | Alməmmədova Kəmalə Şəmil qızı | 12.03.1976 | Nağdalı, Laçın rayonu | 16 | Tumaslı, Bərdə rayonu |
5 | Alməmmədova Minarə Əbülqasım qızı | 1930 | Nağdalı, Laçın rayonu | 62 | Tumaslı, Bərdə rayonu |
6 | Alməmmədova Zeynəb Şəmil qızı | 02.02.1972 | Nağdalı, Laçın rayonu | 20 | Tumaslı, Bərdə rayonu |
7 | Hümbətov Bəxtiyar Vəzir oğlu | 23.01.1982 | Nağdalı, Laçın rayonu | 10 | Güllücə, Ağdam rayonu |
8 | Hümbətov Canpolad Vəzir oğlu | 06.03.1992 | Nağdalı, Laçın rayonu | 6 aylıq | Güllücə, Ağdam rayonu |
9 | Hümbətov Elçin Vəzir oğlu | 09.01.1980 | Nağdalı, Laçın rayonu | 12 | Güllücə, Ağdam rayonu |
10 | Hümbətov İsmayıl Vəzir oğlu | 22.02.1984 | Nağdalı, Laçın rayonu | 8 | Güllücə, Ağdam rayonu |
11 | Hümbətov Nəbati Vəzir oğlu | 01.02.1986 | Nağdalı, Laçın rayonu | 6 | Güllücə, Ağdam rayonu |
12 | Hümbətova Gülnar Vəzir qızı | 20.02.1988 | Nağdalı, Laçın rayonu | 4 | Güllücə, Ağdam rayonu |
13 | Hümbətova Hürzaman Qara qızı[12] | 10.09.1959 | Nağdalı, Laçın rayonu | 33 | Güllücə, Ağdam rayonu |
14 | Mehdiyev Fikrət Hümbət oğlu | 10.10.1961 | Nağdalı, Laçın rayonu | 31 | Nazırlı, Bərdə rayonu |
15 | Mehdiyev Hümbət Əbülqasım oğlu | 1930 | Nağdalı, Laçın rayonu | 62 | Nazırlı, Bərdə rayonu |
16 | Mehdiyev Mehdi Hümbət oğlu | 01.01.1973 | Nağdalı, Laçın rayonu | 19 | Nazırlı, Bərdə rayonu |
17 | Mehdiyev Rəhbər Məhəmməd oğlu | 1953 | Nağdalı, Laçın rayonu | 39 | Nazırlı, Bərdə rayonu |
18 | Mehdiyeva Ayna Hümbət qızı | 30.10.1967 | Nağdalı, Laçın rayonu | 25 | Nazırlı, Bərdə rayonu |
19 | Mehdiyeva Bəyim Aydın qızı | 1959 | Şamkənd, Laçın rayonu | 33 | Nazırlı, Bərdə rayonu |
20 | Mehdiyeva Gülayə Əli qızı | 1925 | Şamkənd, Laçın rayonu | 67 | Nazırlı, Bərdə rayonu |
21 | Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahimxəlil qızı | 1935 | Nağdalı, Laçın rayonu | 57 | Nazırlı, Bərdə rayonu |
22 | Kəlbalıyeva Nübar Muradxan qızı | 01.12.1952 | Kürdhacı, Laçın rayonu | 40 | Nazırlı, Bərdə rayonu |
23 | Mehdiyeva Suraya Məhəmməd qızı | 14.09.1956 | Nağdalı, Laçın rayonu | 36 | Nazırlı, Bərdə rayonu |
24 | Vəliyeva Zeynəb Hüseyn qızı | 1882[13] | Nağdalı, Laçın rayonu | 110 | Tumaslı, Bərdə rayonu |
Cinayət işinin açılması
redaktəAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü - soyqırım, 107-ci - əhalini deportasiya etmə və ya məcburi köçürmə, 113-cü - işgəncə, 115-ci - müharibə qanunlarını və adətlərini pozma, 116-cı - silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmaq, 120-ci - qəsdən adam öldürmə, 214-cü - terrorçuluq və digər müxtəlif maddələrlə müvafiq şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmiş və axtarışlarının təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycandakı bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinə göndərilmişdir.[14]
Hadisədən sonrakı illər
redaktəErmənilər tərəfindən törədilmiş bu soyqırım hadisəsinə aid açılmış cinayət işinin materialları və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım Muzeyində qorunub saxlanılır[15].
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il tarixli 125 saylı qərarı ilə Laçın rayonunun Nağdalı kənd klubuna Mehdiyev Rəhbər Məhəmməd oğlunun adı verilmişdir[16].
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Mir Cəfər, Bərdə şəhidləri, Bakı, Sabah, 2005. səh. 240-241
- ↑ Xəzər TV. "Ballıqaya qətliamından 29 il ötür" (az.). Youtube.com. 27.08.2021. 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-27.
- ↑ "Sultan hümbətov, Ballıqayada soyqırım". 2016-08-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.
- ↑ Ballıqayada soyqırım[ölü keçid]
- ↑ Ballıqayada soyqırım[ölü keçid]
- ↑ Sultan Hümbətov. "Nağdalı kəndi". Laçın yurdu (az.). Bəxtiyar-4. 1(19). 2016: 16. (#accessdate_missing_url)
- ↑ "Şəhidlərimiz and yerimiz". Laçın yurdu (az.). Bəxtiyar-4. 2 (9). 2013. (#accessdate_missing_url)
- ↑ Real TV. "Ballıqayanı qanlıqayaya çevirənlər" (az.). Youtube.com. 28.08.2020. 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-28.
- ↑ "qlobal.az, Ballıqayada soyqırım". 2020-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.
- ↑ Sultan Hümbətov. "Ballıqayada soyqırım". Laçın qəzeti (az.). "Ekspres Servis". 09(11967). 16 avqust 2016-cı il: səh.3. (#accessdate_missing_url)
- ↑ İctimai TV. "Ballıqaya qətliamının növbəti ildönümüdür" (az.). Youtube.com. 26.08.2020. 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-27.
- ↑ AzTV. "Ermənistanın insanlığa qarşı törətdiyi daha bir cinayət - Ballıqaya faciəsindən 30 il ötür" (az.). Youtube.com. 26.08.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
- ↑ İctimai TV. "Ballıqaya faciəsindən 28 il ötür" (az.). Youtube.com. 28.08.2020. 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-28.
- ↑ Real TV. "Ballıqaya qətliamından 29 il ötür" (az.). Youtube.com. 27.08.2021. 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-27.
- ↑ "1992: Ermənilərin daha bir qətliamı üzə çıxdı" (az.). axar.az. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
- ↑ "Ballıqayada soyqırım". 2016-11-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.