Baldirganli - Wikipedia
Baldırğanlı — Azərbaycan Respublikasının Laçın rayonu Mığıdərə kənd inzibati ərazi dairəsində kənd.[1]
Baldırğanlı | |
---|---|
39°33′31″ şm. e. 46°37′06″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəLaçın rayonunun Mığıdərə inzibati ərazi vahidində olan kənd Həkəri çayının sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Kəndi XX əsrin əvvəllərində haqverdiuşağı nəsli Baldırğanlı adlanan sahədə salmışdır. Oykonim "baldırğan bitkisinin zəngin olduğu yer" deməkdir. 1918-ci ilədək Ermənistanda eyniadlı kənd olmuşdur[2].
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
İqtisadiyyatı
redaktəƏsas təsərrüfatı heyvandarlıq idi.
Əhalisi
redaktə2006-cı ilin statstikasına görə kəndin əhali sayı 60 nəfər olmuşdur.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Baldırğanlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 109. ISBN 978-9952-34-155-3.
Xarici keçidlər
redaktə- Laçının zəngin təbii ehtiyatları 17 ildir düşmən işğalı altındadır Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |