Bakterial Xestelikler - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bakterial xəstəliklər — bakterial xəstəliklərin sayı çoxdur: angina, faringit, meningit (faringiti virus, miningiti isə virus və birhüceyrəlilər də törədə bilir), skarlatina, tetanus, taun, vəba, sibir xorası, difteriya, vərəm, qarın yatalağı və s. Bakterial infeksiyalardan yaranan xəstəliklərin inkişafı zamanı bakteriyalar orqanizmdə iltihab reaksiyası doğuran və intoksikasiyaya (zəhərlənməyə) səbəb olan zəhər (toksinlər) ifraz edir, bununla da müxtəlif orqanları zədələyir. Toksinlər iki cür olur:
- Endotoksinlər
- Ekzotoksinlər
Endotoksinlər bakteriya hüceyrələrinin məhv olmasından və dağılmasından sonra ifraz olunan zəhərdir. Ən təhlükəli endotoksin meningit xəstəliyi zamanı əmələ gələn meninqokokk endotoksinidir. Ekzotoksinlər bakteriyaların həyat fəaliyyəti prosesində ayrılan zəhərdir. Bakterial xəstəliklərin diaqnostikasında əsas metod bakterioloji müayinədir ki, bu zaman xəstədən tərkibində bakteriya olan material götürülür və xüsusi qida mühitində əkilir. Bakteriyaların artımından sonra (təxminən 48 saat) həmin bakteriyaların növü müəyyən olunur. Bu metodun əhəmiyyəti ondan ibarətdir ki, bakteriyaların konkret növünü müəyyən etdikdən sonra müvafiq antibiotik seçmək və müalicəyə başlamaq olar. Bundan başqa, bakterial infeksiyaların diaqnostikası üçün bakteriyaların mikroskopik tədqiqatından və qanda müəyyən bakteriya növünə uyğun antitellərin olmasını müəyyən edən seroloji üsuldan istifadə olunur[1].
- Sereloji üsul — qan zərdabında törədicinin aşkar edilməsi
Diaqnoz mikoloji müayinənin nəticələrinə əsasən təsdiqlənir. Müalicə antibiotiklərin qəbulunun dayandırılması, göbələk əleyhinə preparatlar, ümummöhkəmləndirici terapiya, badamcıqların nistatin və levorin məhlulları ilə yuyulmasından ibarətdir[2]. Patogen bakteriyaların müvafiq müalicə tələb müxtəlif orqanlara, zərər bir çox digər ciddi xəstəliklərə səbəb ola bilər[3]. Patogen bakteriyalar hətta ölüm gətirib çıxarır şok inkişafı ilə bədənin sistemli iltihab cavab, ağır sətəlcəm, meningit və sepsis səbəb ola bilər, belə ki, bədən daxil patogenlər qarşısını almaq üçün vacibdir. Bu məqsədlə müxtəlif üsulları Antisepsis və dezinfeksiya istifadə olunur[4]. Əhalinin sanitar mədəniyyətinin yüksəlməsi, xəstəliklərin vaxtında aşkarlanması və müalicəsi, xəstələrlə təmasda olarkən tənzif bağlardan istifadə, əllərin, meyvə və tərəvəzlərin yuyulması, müvafiq xəstəlik daşıyıcılarının olduğu yerlərin dərmanlanması, vaksinasiya və s. bakterial xəstəliklərdən qorunmanın əsas vasitələridir. Bakterial xəstəliklərin müalicəsində mikroorqanizmlərdən ayrılan, digər mikroorqanizmlərin inkişafının qarşısını alan və hətta bu hüceyrələri öldürmək qabiliyyətinə malik olan maddələr — antibiotiklər tətbiq olunur. İlk klinik tətbiq üçün yararlı antibiotiki — penisillini 1929-cu ildə Aleksandr Fleminq əldə etmişdir. II Dünya müharibəsi zamanı penisillinin tətbiqi sayəsində əsgərlərin həyatı xilas edilmişdir. Hazırda antibiotiklər insan, heyvan və bitki xəstəliklərinin müalicəsi məqsədilə tətbiq olunur. Lakin antibiotiklərin külli miqdarda və uzunmüddətli tətbiqi mikroorqanizmlərin onlara davamlı formalarının yaranmasına gətirib çıxarır. Ona görə də bütün dünyada, dərman vasitəsi kimi, antibiotiklərdən imtina barədə məsələ qaldırılmışdır[1].
Angina
redaktəTonzillit | |
---|---|
| |
XBT-10 | J |
XBT-9 | |
DiseasesDB | 12507 |
MedlinePlus | 000639 |
eMedicine | med/1811 |
Angina – udlağın limfoid həlqəsinin, əksər hallarda damaq badamcıqlarının lokal dəyişiklikləri ilə xarakterizə olunan infeksion–allergik prosesdir. Anginanın əlamətlərinə bədən hərarətinin yüksəlməsi, intoksikasiya sindromu, udqunma zamanı boğazda ağrı, boyun limfa düyünlərinin böyüməsi və ağrılı olması aiddir. Baxış zamanı badamcıqların və damaq qövslərinin hiperemiya və hipertrofiyası, bəzən irinli ərp aşkar edilir. Diaqnoz otolarinqoloq tərəfindən farinqoskopiya və əsnəkdən götürülmüş yaxmanın bakterioloji əkilməsinin nəticələrinə əsasən qoyulur. Angina zamanı yerli müalicə (boğazın yaxalanması, lakunaların yuyulması, badamcıqların preparatlarla işlənilməsi), antibiotikoterapiya, fizioterapiya göstəriş sayılır. Angina – kəskin infeksion xəstəliklər qrupu olub, udlaq həlqəsinin bir və ya bir neçə badamcığının iltihabı ilə müşayiət olunur. Bir qayda olaraq, damaq badamcıqları zədələnir. Az hallarda iltihab burun-udlaq, qırtlaq və ya dil badamcıqlarında inkişaf edir. Xəstəliyin törədiciləri badamcıq toxumalarına xaricdən (ekzogen infeksiyalaşma) və ya daxildən (endogen infeksiyalaşma) keçir. Angina hava-damcı və ya alimentar (qida) yolla ötürülür. Endogen infeksiyalaşma zamanı mikroblar badamcığa kariesli dişlər, paranazal ciblər (sinusitlərdə) və ya burun boşluğundan daxil olur. İmmuntetin zəiflədiyi hallarda anginaya ağız və udlağın selikli qişasının daimi sakinləri sayılan bakteriya və viruslar səbəb ola bilər. Angina – kəskin infeksion xəstəliklər qrupu olub, udlaq həlqəsinin bir və ya bir neçə badamcığının iltihabı ilə müşayiət olunur. Bir qayda olaraq, damaq badamcıqları zədələnir. Az hallarda iltihab burun-udlaq, qırtlaq və ya dil badamcıqlarında inkişaf edir. Xəstəliyin törədiciləri badamcıq toxumalarına xaricdən (ekzogen infeksiyalaşma) və ya daxildən (endogen infeksiyalaşma) keçir. Angina hava-damcı və ya alimentar (qida) yolla ötürülür. Endogen infeksiyalaşma zamanı mikroblar badamcığa kariesli dişlər, paranazal ciblər (sinusitlərdə) və ya burun boşluğundan daxil olur. İmmuntetin zəiflədiyi hallarda anginaya ağız və udlağın selikli qişasının daimi sakinləri sayılan bakteriya və viruslar səbəb ola bilər[5].
Anginanın təsnifatı
redaktəOtolarinqologiyada anginanın 3 tipi ayırd edilir:
- Birincili angina (sadə və ya adi angina). Bakterial mənşəli kəskin iltihabi xəstəlikdir. Ümimi infeksiyanın və udlaq həlqəsinin limfoid toxumasının zədələnməsinin əlamətləri xarakterikdir.
- İkincili angina (simptomatik angina). Digər xəstəliyin təzahürü sayılır. Badamcıqların zədələnməsi bəzi kəskin infeksion xəstəliklər (infeksion mononukleoz, difteriya, skarlatina), qan sisteminin xəstəlikləri (leykoz, alimentar-toksiki aleykiya, aqranulositoz) ilə müşayiət oluna bilər.
- Spesifik angina. Xəstəlik spesifik infeksion agentlər (göbələk, spiroxetlər və s.) tərəfindən törədilir.
- Birincili angina
Yaranma səbəbləri
redaktəBirincili anginaların təxminən 85%-nə A qrupundan olan ß-hemolitik streptokokklar səbəb olur. Qalan hallarda törədici qismində pnevmokokk, qızılı stafilokokk və ya qarışıq flora iştirak edir. Birincili angina yayılmasına görə KRVİ-dan sonra ikinci yerdə dayanır, adətən uşaqlar və yaşı 35-dən kiçik olan böyüklərdə müşahidə edilir. Anginaya daha çox yaz və payız aylarında rast gəlinir. Adətən hava-damcı yolu ilə yayılır. Bəzən endogen infeksiyalaşma nəticəsində inkişaf edir. Ümumi və yerli soyuqlama, immunitetin zəifləməsi, hipovitaminoz, burun tənəffüsünün pozulması, havanın quruluğu, KRVİ anginanın yaranma ehtimalını yüksəldir. Anginanın ümumi əlamətləri qana mikrobların həyat fəaliyyəti məhsullarının daxil olması nəticəsində meydana çıxır. Mikrobların toksinləri ürək-damar və sinir sisteminin toksiki zədələnməsinə, qlomerulonefrit və revmatizmin inkişafına səbəb ola bilər. Streptokokk mənşəli anginanın tez-tez residivləşməsi zamanı ağırlaşmaların yaranma riski artır. Udlaq həlqəsinin limfoid toxumasının zədələnməsinin dərinliyi və xarakterindən asılı olaraq:
- birincili angina kataral
- lakunar
- follikulyar
- nekrotik
formalara bölünür. Ağırlıq dərəcəsinə əsasən yüngül, orta və ağır formalar ayırd edilir.
Skarlatina
redaktəSkarlatina — qızdırma, angina. dəridə nöqtəvari səpkilərlə müşayiət olunan infeksiyon xəstəlikdir. Skarlatina ilə adətən uşaqlar xəstələnir. Törədiciləri beta — hemolitik streptokokklardır.
Səbəbləri
redaktəInfeksiyanın mənbəyi skarlatinalı , anginalı və ya streptokok daşıyıcılı insan hesab olunur. Yoluxma hava- damcı yolu ilə baş verir , bəzən məişət- kontakt yolu ilə (oyuncaqlar və ya əşyalar) baş verir. Yoluxma həm də dəridə zədə olduqda belə baş verə bilər.
Skarlatinanın əlamətləri
redaktəInkubasiyon periodu 1–12 günə qədər çəkir. Xəstəlik kəskin başlayır , bədən temperaturu 38–39 dərəcəyə qədər qalxır. Udma zamanı boğazda ağrı , zəiflik, baş ağrısı müşahidə olunur. Həkim ağız və udlağa baxdiqda anginın klassik şəklini aşkar edir. Xəstəliyin 1-ci günü boyunda bədənin yuxarı hissəsində dəridən bir qədər yuxarıda çoxlu miqdar nöqtəvari səpkilər meydana çıxır. Bu səpkilər ölçüsü 1–2 mm olur, tezliklə bütün bədənə yayılır tı nahiyyələrdə olur. Səpki çox vaxt dirsək büküşü və qoltuqaltı nahiyədə olur, qaşınma ilə müşayiət olunur. Bircə burun və ağızın ətrafında səpki olmur. Dil məməcikləri şişkinləşir, moruğa bənzəyir. Bədən temperaturu yüksək olaraq qalır səpki 2–4 gün çəkir, sonra itir. Xəstəlikdən 5–6 gün sonra səpkilərin yerində dərinin qabıqlanması baş verir ki, bu da 2–3 həftə çəkir.diaqnoz qoymaq çətin olmur və həkim xəstənin klinik şəklinə görə diaqnoz qoyur.
Ağırlaşmaları
redaktəAğırlaşmaları ilkin və gecikmiş olaraq 2 qrupa bölünür. Buna aiddir otitlər və sinusitlər. Gecikmiş ağırlaşmala revmatizm, qlomerulonefrit və s. aiddir.
Profilaktika
redaktəSkarlatinaya şübhə olduqda mütləq həkimə müraciət edin və həkimin təyinatına dəqiq əməl edin. Skarlatina vaxtı antibiotiklər təyin olunur, müalicə olunmadiqda isə ağırlaşmalar baş verə bilər. Mütləq temperatur düşənə qədər yataq rejiminə əməl etmək çoxlu maye qəbul etmək lazımdır. Qida duru və ya bəzi zülaları məhdudlaşdırmaqla yarımdımçı olmalıdır.
Müalicə evdə aparılır.ağır və orta ağır xəstələr 3 ayından 7 yaşına qədər uşaqlar, 1-ci 2-ci sinif şagirdləri hospitalizasiya olunmalıdır.
Həkim 5–7 gün müddətində pensilin qrup antibiotiklər təyin edir.
Skaralatinalı xəstə ayrı otaqda saxlanılmalıdır, ona ayrıca qab-qacaq , dəsmal verilir. Xəstənin izolasiyası 10 gün müddətinə olur. Uşaqlar 12 gün müddətindən sonra məktəbə buraxılır. Kontaktda olan uşaqlar 7 gün müddətində kollektivə buraxılmırSitat səhvi: <ref>
açılış teqi səhv formalaşdırılıb və ya adı etibarsızdır.
Vərəm xəstəliyi
redaktəXBT-10 təsnifatı | ||
---|---|---|
Vərəm | ||
A15 | Bakterioloji və histoloji təsdiqlənmiş ağciyər vərəmi | |
A16 | Bakterioloji və histoloji təkrar təsdiqlənmiş ağciyər vərəmi | |
A17 | Sinir sisteminin vərəmi | |
A18 | Digər üzvlərin vərəmi | |
A19 | Miliar vərəm | |
XBT-10 onlayn (ÜST — 2006-cı il versiyası) |
Vərəm yoluxucu xəstəlikdir. Bu xəstəlik vərəm mikobakteriyası (bəzən vərəm çöpü və ya onu aşkar edən alimin adı ilə Kox basillası adlandırılır) tərəfindən törədilir. Vərəm xəstəliyi insanın bütün orqanlarını zədələyə bilər, lakin ən geniş yayılmış forması ağciyər vərəmidir. Ağciyər vərəmi həm xəstənin özü, həm də onun ətrafında olan insanlar üçün təhlükəlidir. Belə ki, mikobakteriyalar xəstə insan danışdıqda, asqırdıqda və ya öskürdükdə hava vasitəsilə sağlam insanlara ötürülür.
Vərəmin törədicisi
redaktəVərəm xəstəliyinin törədicisi şüalı göbələklərə aid olan mikrobakteriyalardır. Bu törədici 1882-ci ildə alman alimi R. Kox tərəfindən kəşf olunmuşdur. Bu törədicinin eni 0,2–0,6, uzunluğu 1–6 mikrondur. Bu çöplərin hazırda 5 tipi məlumdur. İnsan, heyvan, quş, çöl siçanı, qarışıq tipləri var. Vərəm çöpləri spirtə, turşuya davamlıdır. Bir sutka ərzində yarıya bölünməklə çoxalır. Tozlu bəlğəmdə 72 saat, qurumuş bəlğəmdə 5–6 ay, əşyalarda 3 aya kimi havasız, günəşsiz yerdə bir neçə ay, suda 5 ay, 0 °C-də illərlə həyat qabiliyyətini saxlayır[6].
Xəstəliyin yayılması
redaktəVərəm xəstəliyinin yayılması 95% hava damcı yolu ilə xəstə İnsanın asqırması, öskürməsi, tənəffüsü zamanı ətrafa yayılan hava damcılarının sağlam insanın tənəffüs yollarına düşməsi zamanı baş verir. Bu proses dərhal baş vermir. Bunun üçün təmasın uzun müddətli olması, mikrobların çoxluğu, orqanizmin immun sisteminin zəifləməsi olmalıdır. Vərəmin yayılması mədə-bağırsaq yolu ilə də mümkündür. Beləki, bəlğəmin udulması, xəstə inəyin südünə vərəm xorasından mikrobakteriyaların qarışması zamanı südü 3–5 dəqiqə qaynatmadıqda, xəstə quşların yumurtasını yaxşı qaynatmadıqda və s. hallarda yoluxa bilir. Vərəmin yayılması zədələnmiş dəri, selikli qişalardan da mümkündür[7].
Risk qrupları
redaktə- Orqanizmin xroniki xəstəlikləri; şəkərli diabet, tireotoksikoz, hamilə və zahı qadınlar, xroniki qanaxmalar, anemiyalar, xroniki nefrit, mədə və onikibarmaq bağırsaq xorası, xroniki mədə-bağırsaq pozğunluqları, bir çox qan xəstəlikləri və s[8]
.
- Yaş amili; 3 yaşa qədər, qoca yaşlılar.
- Zərərli adətlər; siqaret çəkmək, spirtli içki qəbul etmək, narkomaniya və s.
- Uzun müddət qlükokortikoid, immunosupressorlarla müalicə.
- Baş-boyun xərçəngi.
- Böyrək xəstəliklərinin son mərhələsi.
- Bağırsaq anastomozları.
- HİV infeksiyası
- Vərəmli xəstə ilə bir evdə yaşayanlar. (Uşaqlar 2-il müddətində nəzarətdə qalmalıdırlar).
- Vərəmli xəstə ilə təmasda olan tibb işçiləri və laborantlar.
- Köhnə fıbroz dəyişikliyi olan xəstələr.
Aşkar olunma üsulları
redaktəVərəmə şübhə yarandığı halda, müayinə olunmaq üçün ərazinizdə yerləşən tibb müəssisəsinə müraciət edin. Vərəmə şübhə yarandıqda, diaqnozun təsdiqlənməsi üçün sizi vərəm üzrə xüsusi tibb müəssisəsinə göndərəcəklər. Vərəm xəstəliyinin müalicəsi yalnız həkim-fitiziatr tərəfindən aparıla bilər. Ağciyər vərəminin başqa tibb mütəxəssisləri tərəfindən müalicəsi qanunsuzdur və bu ağır fəsadlarla nəticələnə bilər. Vərəm üzrə xüsusi müəssisədə həkim-ftiziatr bir neçə müayinədən sonra (bəlğəmin laborator analizi, Rentgen müayinəsi və bəzi hallarda digər müayinələr) sizə dəqiq diaqnoz qoyub, müalicə təyin edəcəkdirSitat səhvi: <ref>
açılış teqi səhv formalaşdırılıb və ya adı etibarsızdır.
Tetanus
redaktəTetanus — xüsusi bir xəstəlik kimi qədimdən məlum olsa da, onun infeksion xassəsi 19-cu əsrin sonlarında aşkarlanıb. Xəstəliyin çöpləri 1886-cı ildə Rosenbax tərəfindən insan yarasında tapılıb. Tetanus çöpü sporlu anaeropdan ibarətdir. Bu tip viruslar soyuğa qarşı davamlı olub, yalnız 5 dəqiqə qaynar suda qaldıqdan sonra məhv olur[9] .
Yoluxması
redaktəTetanus çöplərinə adi və gübrəli torpaqda, bostan ərazilərində daha çox rast gəlinir. Bu viruslar heyvanların nəcisində də artaraq çoxala bilir. Torpaqla kirlənmiş yaralar tetanus xəstəliyinə daha tez tutulur. Həmçinin əzələlər əzildikdə, yara vaxtında işlənib təmizlənmədikdə yoluxma ən yaxın limfa düyünlərinə yayılır. Xəstəlik tetanus mikroblarının əsasını təşkil edən toksinlərin çoxlu miqdarda sorulması nəticəsində inkişaf edir. Bu toksinlər hərəki sinirlər və qan vasitəsilə də yayıla bilir. Toksin, əsasən, beyinin subkortikal hərəkət mərkəzində, nüvəsində və onurğa beyində toplanır. Ən ciddi təsiri isə mərkəzi sinir sisteminə göstərir. Qana keçən zəhərlənmə isə orqanizmə sürətlə yayılır. Halbuki təbii yoluxma nəticəsində xəstəlik belə sürətlə inkişaf etmir. Yoluxma yanıq və donvurma zədələnmələri nahiyəsinin, cərrahi əməliyyat sahəsinin, venadaxili inyeksiya yerlərinin (xüsusən heroin narkomaniyasında), doğuş və gizli abort vaxtı doğuş yollarının, yenidoğulmuşlarda göbək həlqəsinin çirklənməsi nəticəsində mümkündür[10]. Tetanusun kəskin inkişaf dövrü 5–7 gün davam edir və sonda xəstəlik ya ölümlə, ya da tədricən sağalma ilə nəticələnir. Nəbz dəqiqədə 120 dəfə vurur, sidikdə zülal əmələ gəlir. Xəstə adətən huşunu itirmir. Yüngül hallarda qıcolma gec-gec və zəif başlayır, xəstə başını hərəkət etdirə bilir, xörək yeyə bilir, sərbəst nəfəs almaqda çətinlik olmur. Ancaq xəstəliyin bu mərhələsində də ağ ciyər ağırlaşmaları sağalmaqda olan xəstəni öldürə bilər. Xəstəlik bəzən 2–3 ay davam edə bilər[11].
Epidemiologiyası
redaktəXəstəlik travmalarla əlaqədar baş verir. İnfeksiyanın giriş qapısı zədələnmiş dəri örtüyü və selikli qişalardır[12] . Adətən aşağı ətraflardakı mikrotravmalalar sahəsindən orqanizmə daxil olur. Tetanusun zəhəri sinir sisteminə tormozlayıcı təsir göstərir. Mərəzi və periferik sinir sistemində patomarfoloji dəyişikliklər aşkarlanır.
Klinikası
redaktəİnkubasiya dövrü 5–10 gündür. Bu ərəfə 3 günə qədər qısala və ya 3 həftəyə kimi uzana bilər. Tetanusun başlanğıc əlamətlərindən biri çeynəmə əzələlərinin gərginliyi və qıcolmalarla yığılmasıdır. Mimiki əzələlərin yığılması nəticəsində üz ozünəməxsus ifadə alır – sardonik gülüş ifadə olunur. Udlaq əzələsinin parezi nəticəsində udma çətinləşir, əzələlərin daimi tonik-klonik qıcolmaları baş verir. Daimi qıcolmalar səbəbi ilə əzələlərdə ağrılar müşahidə olunur. Ümumi klinik mənzərəsinə hiperpireskiya, profuz tərləmə, ürəkdöyünmə və tənəffüsün tezləşmə əlaməti əlavə olunur. Qanda, sidikdə və SSM-də heçbir dəyişiklik qeyd olunmur. Lokal forma nadir təsadüf edilir[9].
Gedişi və proqonozu
redaktə50% hallarda ölüm müşahidə edilir. Təcili tetanusa qarşı zərdab vurularsa ölüm riski nisbətən aşağı düşür. Proqnozun gedişini ağırlaşdıran amillər ümumi zəiflik, qısa inkubsaiya dövrü, əzələ yığılmalarının sürətli inkişafı, səs tellərində qıcolmalar, hiperpireksiya, getdikcə artan ürəkdöyünmə və onun bradikardiya ilə əvəz olunmasına və tənəffüsün tezləşməsini göstərmək olar. Diaqnostikası: Diaqnoz dərinin və dərin toxumaların yaraladığı şəxslərdə xarakterik əlamətlərə əsasən qoyulur[13].
Müalicəsi
redaktəYaranın dərhal yoxlanması və cərrahi işlənməsi tələb edilir. Yara nahiyəsindən zəhərin bədənə yayılmasının qarşısını almaq məqsədilə təmizlənmədən əvvəl, tetanus əleyhinə zərdab vurmaq lazımdır. Antibiotiklə müalicə ölmüş hüceyrələrdə yerləşən tetanus çölərinin vegetasiya edən formaıarına təsir edir. Yüksək dozada penisillin təyin edilir. Qıcolmanın qarşısının almaq üçün nəzarət rejmi yaradılır, sedativ, neyroleptik vasitələr təyin edilir[9].
Difteriya
redaktəDifteriya həyat üçün qorxulu olan kəskin infeksiyon xəstəlikdir. Bu infeksiya orqanizmə daxil olduqda özünü yuxarı tənəffüs yollarının xəstəliklərinin əlamətləri şəklində büruzə verir. Xəstəlik burun tutulması, udma aktı zamanı boğazda ağırlıq, gözdə zədələrlə özünü göstərir. Əsas təhlükə xəstəliyin verdiyi soyuqlama əlamətləri deyil, bakteriyaların ifraz etdiyi toksinlərdir, hansıki bu toksinlər ürək-damar və əsəb sistemini korlayır. Xəstəliyin yoluxdurucuları qram-müsbət bakteriyalardır. Difteriya çöpləri difteriya toksinləri buraxır ki, bunlar da başqa kimyəvi maddələrlə birləşib neyraminidaza fermenti əmələ gətirir. Difteriya toksininin sintezi toxumalara ciddi zərər vurur. Xəstəlik orqanizmə hava-damcı yolu, təmas məişət yolları (oyuncaqlardan , kitablardan, dəsmallardan) yoluxurSitat səhvi: <ref>
açılış teqi səhv formalaşdırılıb və ya adı etibarsızdır.
Risk amilləri
redaktəXəstəlik ən çox 3–7 yaş arası uşaqlarda rast gəlinir. Son zamanlar yeniyetmələrdə də rast gəlmək olur. Fenotipik cəhətdən sağlam görünən virusgəzdirənlər də xəstəliyi yoluxdura bilirlər. Difteriya çöpləri burunda, ağızda olarsa nəfəs yolları vasitəsilə, gözdə olarsa əl , yaxud məişət əşyaları ilə yoluxa bilir. Xəstəliyin inkubasiya müddəti 2–10 gündür. Difteriya toksini-(difteriya çöplərinin ifraz etdiyi toksin) bir neçə komponentdən ibarətdir. Bu toksinlər qan damarları vasitəsilə bütün orqanizmə yayılır, o cümlədən miokardı, sinir sistemini tamamilə korlayır. Nəticədə miokardit əmələ gəlir. kapilyarların sıradan çıxması isə xəstədə toksiki şokun meydana gəlməsinə səbəb olur.
Əlamətləri
redaktəDifteriyanın ilkin əlaməti yüksək qızdırma, udma aktının ağrılı olması, boğazda qızartılardır. Xəstəlik zamanı boyun nahiyəsindəki limfa düyünləri böyüyür. Əgər xəstəlik yüngül formada olarsa 1 həftə ərzində sağala bilir, ağır formada isə xəstənin vəziyyəti daha da ağırlaşır, sağalma uzun müddət çəkir. Xəstəliyin ağırlaşmış forması toksiki difteriya adlanır və bu zaman qızdırma 39,5–41*-yə qalxır. Xəstədə güclü baş ağrıları və yuxululuq müşahidə olunur. Xəstənin dərisi solğun, ağzında quruluq olur. Badamcıqlarda olan şişkinlik boğaz keçəcəyini bütünlüklə tuta bilir. Difteriyanın bir neçə forması vardır:
Diaqnostika
redaktəDiaqnozun qoyulması uçun anamnezin dəqiqliyi vacibdir. İnstrumental və laborator müayinələrlə diaqnoz təsdiqlərnir. Laborator müayinələrə qanin ümumi analizi, qanın bakterioloji analizi əsas götürülür.
Müalicəsi
redaktəDifteriyanın bütün növləri ağırlıq dərəcəsindən asılı olmayaraq xəstəxana şəraitində müalicə olunmalıdır. Xəstə dietasına diqqət yetirməlidir. Xəstəliyin müalicəsində difteriya əleyhinə preparatlardan, antibiotiklərdən istifadə olunur[14] .
Qarın yatalağı
redaktəHələ eramızdan əvvəl Hippokrat dövründə yüksək hərarət, soyuqlama, huşun qaranlıqlaşması ılə gedən bütün xəstəlikləri yatalaq hesab edirdilər. Ayrıca xəstəlik kimi qarın yatalağının ilk təsvirini XIX əsrin əvvəllərində Bretenio və Şarl Lui vermişdir. Əsrlər boyu bu xəstəliyin epidemiyalarından külli sayda insanlar əziyyət çəkmiş, minlərlə insan həyatlarını itirmişlər.
Yoluxma
redaktəQarın yatalağı ilə ancaq insanlar xəstələnirlər. Xəstəliyin mənbəyi xəstələr və sağlam bakteriya gəzdiricilərdir. Onlar qarın yatalağı çöplərini nəcis, sidik, az-az hallarda isə tüpürcək ilə ifraz edirlər. Xəstəlik fekal-oral yol ilə yayılır. Yoluxma istər xəstələrlə bilavasitə ünsiyyət, istərsə də çirklənmiş əşyalar ilə baş verir. Xəstəliyin yüngül və atipik formaları ilə xəstələnmiş şəxslər, eləcə də bakteriya daşıyıcılar, aşkar olunmanın çətinlikləri ilə əlaqədar, epidemioloji cəhətdən çox təhlükəlidirlər. Onlar vaxtlı-vaxtında təcrid olunmur, iaşə və su təhcizatı obyektlərində işləyərək infeksiyanın yayılmasına səbəb olurlar. Su və kanalizasiya sistemlərində olan texniki nasazlıqlar, səxsi və ictimai gigiyena qaydalarına kifayət dərəcədə riayət olunmaması epidemik kükrəyişlərin əsas səbəblərindən sayılır. Xəstəlik üçün yay-payız ayları daha xarakterikdir.
Xəstəliyin törədicisi
redaktəQarın yatalağına əksərən sporadik şəkildə (tək-tək) rast gəlinir. Bəzən törədicilər su, qida və kompakt yaşayan əhali qrupları arasında məişət-təmas yolu ilə yayılaraq epidemik kükrəyişlər törədir. Bu törədicilər ətraf mühitin təsirlərinə qarşı kifayət dərəcədə davamlıdır. Suda və torpaqda bir neçə aya qədər qala bilirlər. Onlar dezinfeksiyaedici dərman preparatlarının (hipoxlorit, xloramin, lizol) və adi qaynadılmanın təsirinə qarşı davamsız olsalar da, qida maddələrində (ət və süd məhsullarında) və xəstələrin ifrazatlarında uzun müddət yaşayaraq artmaq xüsusiyyərlərinə malikdirlər.
Kliniki əlamətlər
redaktəXəstəliyin əlamətlərinin inkişaf etdiyi ilk günlərdə xəstələr tez yorulmadan, ümumi zəiflik, üşütmə, başağrıları, iştəhasızlıqdan şikayət edirlər. Bədən hərarəti 1–3 günə kim yüksələrək yüksək həddlərə (39–400C) çatır. Xəstə getdikcə zəifləyir, yuxu pozulur, ətrafdakılara etinasızlıq, gündüzlər yuxuculluq əmələ gəlir. Vaxtında tibbi yardım almayan xəstələrin zaman ötdükcə huşu qaranlıqlaşaraq özünənəzarət itir. Bəzi hallarda gün ərzində 2–4 dəfə olmaqla diarreya (qarın işləməsi) müşahidəedilir. Üzü solğunlaşır, dərisi quruyur, üzü pastozlaşır. Belə hallarda xəstənin arterial təzyiqi düşür, bradikardiya qeydə alınır. Dil qalınlaşır, üzəri qalın ərplə örtülür, kənarları və ucu ərpsiz qızmızı rəng alır, yan səthlərində dişlərin izi qalır. Qarının sağ aşağı nahiyəsində ağrılılıq, döyəcləmə zamanı kütlük əmələ gəlir. Xəstələrin bir qismində 8–10-cu günlərdə qarının dərisi üzərində xırda ölçülü qırmızı rəngli səpgilər yaranır və bir neçə günə çəkilir. Xəstəliyin ən təhlükəli fəsadlaşmaları infeksion-toksiki şok, bağırsaq qanaxması və perforasiyası (deşilməsi) sayılır.
Diaqnoz
redaktəXəstəliyin diaqnozu ilk günlərdə qızdırma zamanı götürülən qanın müayinəsi (hemokultura), elecə də sidiyin və nəcisin əkilməsi – bakterioloji müayinələrlə qoyulur, seroloji Vidal müayinəsi də diaqnozun dəqiqləşdirilməsinə kömək edir. Hər bir xəstə təcrid olunmalı və stasionar müalicə almalıdır.
Müalicə
redaktəMüalicə antibakterial, simptomatik dərman preparatları ilə aparılır. Antibakterial müalicə xəstəliyin ən azı 10 qızdırmasız günü başa çatanadək davam etdiriıməlidir. Müalicə başa çatdıqdan sonra xəstələr təkrari dördqat bakterioloji müayinənin mənfi nəticəsi olarsa klinik sagalma ilə stasionardan yazıla bilərlər. Xəstəliyi keçirmişlər üzərində 6 ay müddətində dispanser müşahidə aparılır. Suyun və qida məhsullarının keyfiyyətinə nəzarət, insanların, xüsusən də iaşə və su obyektlərində çalışanların şəxsi və ictimai gigiyena qaydalarına riayət etmələrinə nəzarət, zibil və tullantıların vaxtında daşınması və zərərsizləşdirilməsi, ümumi istifadə yerlərində təmizliyə nəzarət, müəyyən olunmuş yerlərdə cari və yekun dezinfeksiya işlərinin aparılması, milçəklərin məhv edilməsi, sanitariya maarifi işlərinin aparılması əsas əks-epidemik tədbirlər hesab olunur. Meningiti vaxtında müalicə edin
Meningit
redaktəİnsan başının ağır xəstəliliklərdən biri də meningitdir. Özü də bu yoluxucu xəstəlik ilk növbədə kiçikyaşlı uşaqları və yeniyetmələri hədəfə alır. Yaşlı adamlar da bu xəstəliyə məruz qalırlar. Meningitin kəskinləşməsi uşaqlarda karlığa, epilepsiyaya, zehni inkişafın dayanmasına səbəb ola bilər. Meningit beyin qişalarının iltihabı xəstəliyidir. Xəstəliyi əsasən müxtəlif mikroblar və viruslar törədir: infeksiyanın giriş qapısı yuxarı tənəffüs yolları, əsasən burun-udlaqdır. Törədici mikrobun daxil olduğu yerdə iltihabi proses inkişaf edir: selikli qişa şişir (ödem), selik əmələgətirmə yüksəlir, badamcıqlar və yuxarı tənəffüs yollarının selikli qişasındakı limfatik düyünlər çox böyüyür. Bakteriya virusdan daha təhlükəlidir Meningitə bakterial və ya virus infeksiyaları səbəb olur. Viruslu meningit daha yüngül keçir və ağır simptomlarla müşayiət olunmur. Bakterial meningit çox təhlükəli xəstəlikdir, beynin zədələnməsinə apara bilər. Xəstəliyi daha çox meninqokokk (Neisseria meningitidis) və ya pnevmokokk (Streptococcus pneumoniae) törədir. Meningitə hemofil çöpləri (Haemophilus influenzae), stafilokokklar, salmonellər və s. bakteriyalar da səbəb olur.
Simptomları
redaktəBir çox adam təhlükəli mikroorqanizmlərin simptomsuz daşıyıcılarıdır. Meningitlər müxtəlif formalarında adətən aşağıdakı simptomlarla təzahür edir: Ənsə əzələlərinin gərginliyi — xəstə başının daim dala dartınmasını hiss edir; Baldırın bükücü əzələlərinin reflektor gərginliyi; Başı bükdükdə ayaqlar da dala bükülür, qarına dartılır; Bir ayağı bükdükdə o biri də qeyri-iradi bükülür Xəstəliyin inkubasiya dövrü 5–7 gündür. Şiddətli başağrıları meningitin daim davam edən və ilk simptomudur. Alın-təpə nahiyəsində başağrısı ilə yanaşı, boğazda ağrı və acışma, quru öskürək, burun tutulması, az hallarda burundan selikli-irinli ifrazatın axması xəstələrin səciyyəvi daimi şikayətləri sayılır. Bu simptomlarla bərabər, əksər təsadüflərdə xəstənin ümumi əhvalının pisləşməsi: kefsizlik, süstlük, zəiflik, iştahanın azalması, yuxunun pozulması müşahidə olunur. Xəstələrin çoxunda bədən temperaturu, adətən, subfebril rəqəmlərə qədər yüksəlir. Lakin bəzən orta dərəcədə və hətta yüksək (39 C-dən yuxarı) qızdırma baş verir. Qızdırma 1–3 gündən artıq olmur. Dəri örtükləri solğun olur: konyunktiva və skleranın damarları infeksiyalaşır. Burunun selikli qişası hiperemiyalaşmış, şişmiş olur. Onurğa beyni mayesi dəyişilir, başağrısı, qusma, psixikanın pozulması və s. müşahidə edilir. Xəstələr səs-küyü, ucadan danışığı, işığı sevmirlər. Meningitdə başağrısı son dərəcə şiddətli, əziyyətli, çox vaxt lokallaşdığı yer müəyyən edilməmiş diffuz şəkildə olur. Axşamlar xüsusən intensiv olur, bədən vəziyyətini dəyişərkən, çox bərk səs, parlaq işıq təsirindən güclənir. Çox vaxt xəstələr başağrısından inildəyirlər. Meningitdə qusma ürəkbulanmasız, qida ilə əlaqədar olmadan qəflətən baş verir, xəstəyə rahatlıq vermir və bəzən başağrısının şiddətləndiyi vaxt meydana çıxır. Xəstəliyin epidemik serebrospinal forması irinli meningit sayılır. Damcı infeksiyası və kontakt yolu ilə yayılır. Meninqokokklar selikli qişa və burun-udlaq yolundan orqanizmə daxil olur. Meninqokokklar kəllə içərisinə limfatik, yaxud hematogen yolla sirayət edir. Mərkəzi sinir sisteminə daxil olduqdan sonra, ilk növbədə, mədəciklərin ependim hüceyrələri və damar kələflərinə təsir edir, oradan beyin-onurğa beyin mayesi vasitəsilə beyin qişalarına keçir. Venalar boyunca irin toplanır. Onurğa beynin qişaları da irinləyir. Şiddətli başağrısı, qusma, arxa boyun əzələlərinin gərginliyi müşahidə edilir. Meningitin çox iti cərəyan edən forması olduqca kəskin başlayır. Xəstə huşunu itirib yıxılır. Temperatur kəskin sürətdə yüksəlir, taxikardiya tənəffüs pozulur. Xəstəlik o qədər sürətlə inkişaf edir ki, meningeal əlamətlər və beyin-onurğa beyin mayesi tərkibinin dəyişməsi özünü büruzə verə bilmir. Temperatur 38–39 dərəcəyə qədər yüksəlir. Dəridə qırmızı rəngli səpkilər olur, taxikardiya baş verir, arterial qan təzyiqi enir, qanda leykositoz yüksəlir. Bəzən oynaqlarda iltihabi prosesin başlanması xəstəliyi poliartiritə bənzədir. Həddən artıq kəskin şəkildə başlamış meninqokikksemiya çox sürətlə inkişaf edib, malyariyada olduğu kimi titrətmə-qızdırma verir, dəri avazıyır, taxikardiya və tənəffüs pozğunluğu meydana çıxır. Xəstə huşunu itirir. Kəskin seroz meningiti orqanizmə tənəffüz yolu ilə daxil olur. Yumşaq qışanın serozlu iltihabı ilə cərəyan edən bu xəstəlik birincili və ikincili olur. Ən çox, poliomnelit, qızılca, epodemik parotit və vərəm çöpləri ilə yayılır. Xəstəliyin törədici amili süzülən virusdur. O, orqanizmə tənəffüs yolu ilə daxil olur. Xəstəlik qəflətən kəskin surətdə yüksək temperatur və şiddətli başağrılarıyla başlayır. Xəstə tez-tez qusur, göz almalarında ağrılar olur. Ümumi beyin əlamətləri daha da kəskinləşir. Beyin sinirlərinin pozğunluğu müşahidə olunur.
Müalicəsi
redaktəMeningitin demək olar ki, bütün formaları müalicəyə tabe olur. Ancaq gərək vaxtında həkim tərəfindən xəstənin meningitin hansı formasından əziyyət çəkdiyi müəyyən edilsin və dəqiq diaqnoz qoyulduqdan sonra müalicə prosesinə başlanılsın. Müalicədə əsasən antibiotiklər (levomisetin, tetrasiklin, eritromisin və s.) təyin edilir. Müalicə müddəti 3–5 gündür. Bütün xəstələrə udlaqlarını antiseptiklərlə (0,02 %-li furasilin məhlulu, 2 %-li bor turşusu məhlulu, 0,05–0,1 kalium-permanqanat məhlulu) yaxalamaq məsləhət görülür. İntoksikasiya zamanı çoxlu ilıq maye içmək lazımdır. Penisillinlə müalicənin adətən, 5–8 gün müddətində aparılması vacib və kifayətdir. Ağır təsadüflərdə ampisillinin bir hissəsini venaya yeridir, sutkalıq dozanı isə 400 mq/kq qədər artırırlar. Oksasillin və metisillin sutkada 300 mq/kq dozada, inyeksiyalar arasında 3 saat fasilə olmaqla işlədirlər.
Meningitin profilaktikası
redaktəMeningitin profilaktikası üçün gigiyena qaydalarına əməl etmək vacibdir: əlləri müntəzəm yumaq lazımdır, öz şəxsi qab-qacağınızdan, dəsmalınızdan istifadə edin. Meningitdən əziyyət çəkən xəstə antibiotiklərlə müalicənin başlamasından sonra 24 saat ərzində yoluxucu olur. Əgər siz xəstə ilə təmasda olmusunuzsa, mütləq həkimə müraciət edin. Bakterial meningitin törədici siolan meninqokokk, hemofil çöpləri və pnevmokokka qarşı peyvəndlər var.
İstinadlar
redaktə- ↑ 1 2 "Bakterial xəstəliklər" (az.). www.e-derslik.edu.az. 2021-02-12 tarixində arxivləşdirilib.
- ↑ Ryan, Kenneth J.; Ray, C. George; Ahmad, Nafees; Drew, W. Lawrence; Lagunoff, Michael; Pottinger, Paul; Reller, L. Barth; Sterling, Charles R. Pathogenesis of Bacterial Infections // Sherris Medical Microbiology (6th). New York: McGraw Hill Education. 2014. 391–406. ISBN 978-0-07-181826-1.
- ↑ Keen, E. C. "Phage Therapy: Concept to Cure". Frontiers in Microbiology. 3. 2012: 238. doi:10.3389/fmicb.2012.00238. PMC 3400130. PMID 22833738.
- ↑ Fisher, Bruce; Harvey, Richard P.; Champe, Pamela C. Lippincott's Illustrated Reviews: Microbiology (Lippincott's Illustrated Reviews Series). Hagerstown, MD: Lippincott Williams & Wilkins. 2007. 332–353. ISBN 978-0-7817-8215-9.
- ↑ "Angina" (az.). https://med-portal.az. 2021-10-26 tarixində arxivləşdirilib.
- ↑ Terri Warren, RN. "Is It a Yeast Infection?". 2010. 2011-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-23.
- ↑ Tortora, Gerald J.; Funke, Berdell R.; Case, Christine L. Microbial Mechanisms of Pathogenicity // Microbiology, an Introduction (12th). Pearson Education. 2016. 417–438. ISBN 978-0-321-92915-0.
- ↑ Belland R, Ouellette S, Gieffers J, Byrne G. "Chlamydia pneumoniae and atherosclerosis". Cell Microbiol. 6 (2). 2004: 117–27. doi:10.1046/j.1462-5822.2003.00352.x. PMID 14706098.
- ↑ 1 2 3 "Ölümcül tetanus xəstəliyi haqqında bilmədikləriniz" (az.). https://www.medicina.az. 2021-02-16 tarixində arxivləşdirilib.
- ↑ Nash, Anthony A.; Dalziel, Robert G.; Fitzgerald, J. Ross. Mechanisms of Cell and Tissue Damage // Mims' Pathogenesis of Infectious Disease (6th). London: Academic Press. 2015. 171–231. ISBN 978-0-12-397188-3.
- ↑ Heise E. "Diseases associated with immunosuppression". Environ Health Perspect. 43. 1982: 9–19. doi:10.2307/3429162. JSTOR 3429162. PMC 1568899. PMID 7037390.
- ↑ Fish DN. "Optimal antimicrobial therapy for sepsis". Am J Health Syst Pharm. 59 (Suppl 1). February 2002: S13–9. doi:10.1093/ajhp/59.suppl_1.S13. PMID 11885408. 2023-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-16.
- ↑ Santosham, Mathuram; Chan, Grace J.; Lee, Anne CC; Baqui, Abdullah H.; Tan, Jingwen; Black, Robert E. "Risk of Early-Onset Neonatal Infection with Maternal Infection or Colonization: A Global Systematic Review and Meta-Analysis". PLOS Medicine. 10 (8). 2013: e1001502. doi:10.1371/journal.pmed.1001502. ISSN 1549-1676. PMC 3747995. PMID 23976885.
- ↑ McFall-Ngai, Margaret. "Adaptive Immunity: Care for the community". Nature (ingilis). 445 (7124). 2007-01-11: 153. doi:10.1038/445153a. ISSN 0028-0836. PMID 17215830.