Baksan Rayonu - Wikipedia
Baksan rayonu (kab.-çərk. Бахъсэн район / Бахъсэн куей, qaraç.-balk. Бахсан район[4]) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Baksan şəhəridir (rayonun ərazisinə daxil deyil).
Baksan rayonu | |
---|---|
Бахъсэн район / Бахъсэн куей[1] | |
43°41′ şm. e. 43°32′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Baksan |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1921 |
Sahəsi |
|
Hündürlük | 476 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 86634 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəBaksan rayonu Kabarda-Balkariya Respublikasının şimal hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: şimalda Stavropol diyarı, şərqdə Proxladnenski, cənub-şərqdə Urvan rayonu, cənubda Çeqem rayonu, cənub-qərbdə Elbrus rayonu, qərbdə Zolski rayonu. Rayonun mərkəzi hissəsinə onun inzibati vahidliyinə daxil olmayan Baskan şəhər dairəsi yerləşir.
Baksan şəhər dairəsinin inzibati ərazi quruluşunun təşkili ilə əlaqədar olaraq, Baksanyonok və Kişpək kənd yaşayış məntəqələri Baksan rayonunun ərazisinin qalan hissəsindən ayrılmışdır.
Zonallıq üzrə rayonlaşdırmaya görə, rayon ərazisi cənubdan şimal-şərqə qədər 3 zonaya bölünür: dağ, dağətəyi və ovalıq. Baksan rayonunun ümumi sahəsi 829.58 km²-dir. Bunlardan 750,35 km² kənd yaşayış məntəqələri tərəfindən idarə olunur.
Rayonun ən böyük çayları Baksan və Malka. Digər əhəmiyyətli çaylar Kurkujin, Xatakum, Baksanyonok, Qeduko, Psarışa və başqalarıdır. Baksan çayından Malkaya su ötürən Baksano-Malkinski kanalı mühüm rola malikdir. Bundan əlavə rayon ərazisi zəngin bulaqlara sahibdir. Ən məşhuru Qeduko istidır bulaqlarıdır. Zəngin yeraltı minerallara sahibdir: əhəng, tüf, vulkanik kül, gil. Adı çəkilən minerrallar yüksək keyfiyyətli kərpic istehsalına imkan verir.
Tarixi
redaktəKabarda Muxtar Vilayətinin yaradılması haqqında Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə 1 sentyabr 1921-ci ildə Baksan rayonu təşkil edilir. 1924- cü ildə rayona daxil olan bəzi yaşayış məntəqələri yeni yaranmış Naqornı və Primalka rayonlarına verilir.
30 sentyabr 1931- ci ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Baksan dairəsi əsasında Baksan rayonu yəşkil olundu. 2005-ci ildə rayonda kənd sovetlikləri ləğv edildi və kənd yaşayış məntəqələri statusu ilə 13 bələdiyyə quruldu.
Əhali
redaktə2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
kabardinlər | 58 331 | 95,67 % |
ruslar | 1 379 | 2,26 % |
balkarlar | 913 | 1,50 % |
digərləri | 287 | 0,47 % |
milliyyətini bildirməyənlər | 60 | 0,10 % |
ümumi | 60 970 | 100,0 % |
- Cins tərkibi
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[6]:
Yaş | Kişilər, nəf. |
Qadınlar, yaş. |
Ümumi say. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|---|---|
0 — 14 yaş | 6 835 | 6 832 | 13 667 | 22,42 % |
15 — 59 yaş | 19 706 | 20 400 | 40 106 | 65,78 % |
60 yaşdan yuxarı | 2 706 | 4 491 | 7 197 | 11,80 % |
ümumi | 29 247 | 31 723 | 60 970 | 100,0 % |
Kişilər — 29 247 nəf. (48,0 %). Qadınlar — 31 723 nəf. (52,0 %).
Əhalinin orta yaşı — 33,0 yaş. Kişilərin orta yaşı — 31,8 yaş. Qadınların orta yaşı — 34,0 yaş.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ http://ba.adm-kbr.ru/index.php/dokumenty/16-dokumenty/269-2.
- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
- ↑ Официальный сайт Баксанского муниципального района Кабардино-Балкарской Республики. Нормативно-правовые акты местной администрации Arxivləşdirilib 2015-06-14 at the Wayback Machine См. официальные наименования муниципального образования на языках народов КБР в официальных документах местной администрации
- ↑ "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
- ↑ "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.