Baki Veloparki - Wikipedia
Bakı Veloparkı — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində velosiped idmanı ilə məşğul olanlar üçün nəzərdə tutulan beynəlxalq səviyyəli idman qurğusu. Azərbaycan Velosiped İdmanı Federasiyasının balansındadır.
Hazırda Veloparkın yerləşdiyi ərazidəki park 1970-ci illərin əvvəllərində Heydər Əliyevin təşəbbüsü ilə salınmışdır. 1990-cı illərin əvvəllərində baxımsızlıq üzündən bərbad hala düşən bu ərazidə qanunsuz tikililər inşa olunmuşdur.[1] 2005-ci ilin sentyabrında Prezident İlham Əliyev parkın ərazisində təmizlik işlərinin aparılması barədə göstəriş vermişdir. 2013-cü ildə isə parkın ərazisi baza kimi Azərbaycan Velosiped İdmanı Federasiyasına təhkim edilmişdir.[2]
Bundan sonra həmin Federasiya tərəfindən 40 hektar ərazidə genişmiqyaslı abadlıq işləri aparılmış, burada minlərlə ağac əkilmiş, yarışlar üçün 4 velosiped marşrutu, o cümlədən dağ velosiped idmanı üçün yollar salınmışdır.[3] Ümumi sahəsi 30 hektardan çox olan Veloparkın ərazisində 2015-ci ildə ilk dəfə keçirilmiş Avropa Oyunlarında istifadə olunmuş BMX veloparkı da inşa olunmuşdur.[4] Sahəsi 28 min kvadratmetr olan BMX veloparkında yarışların keçirilməsi üçün maneəli meydança qurulmuşdur ki, onun da sahəsi 6700 kvadratmetrdir.[3]
Meydançada yaradılan şərait Beynəlxalq Velosipedçilər İttifaqının standartlarına tam uyğundur. Həm yarış iştirakçıları, həm də azarkeşlər üçün hər cür şəraitin yaradıldığı BMX veloparkında 1197 nəfərlik tamaşaçı yeri yaradılmışdır.[5] Burada yüksək səviyyəli qonaqlar, idmançılar, əlil tamaşaçılar və mətbuat nümayəndələri üçün xüsusi yerlər nəzərdə tutulmuşdur.[3][6][7] Veloparkın ərazisində tikilən ikimərtəbəli ofis binasında qeydiyyat mərkəzi, iş, dopinq nəzarət, dopinq analizgötürmə otaqları, 25 yerlik iclas zalı və digər yardımçı otaqlar yaradılmışdır.[8] Ofis binasının damında xüsusi örtüklü start meydançası, idmançıların hazırlaşması üçün 20 çadır quraşdırılıb.[9] Ərazidə VIP, Olimpiya ailəsi, beynəlxalq federasiyaların təmsilçiləri, rəsmi nümayəndələr üçün avtodayanacaq, qeydiyyat, fərdi yerləşdirmə və digər xidmət sahələri də mövcuddur.[3]
Azərbaycan Respublikasının Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva 13 may 2015-ci ildə Veloparkın açılışında iştirak etmişlər.[3][10][11]
Qalereya
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Велосипеды: Транспорт или стиль жизни (Часть III)". FRIDAY.az (rus). 2018-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-15.
- ↑ "Впервые в Азербайджане пройдет Чемпионат мира по BMX – Рассказывает посол BMX в Азербайджане Тван ван Гендт - ФОТО". Day.Az (rus). 2018-03-19. 2018-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-15.
- ↑ 1 2 3 4 5 İlham Əliyev Veloparkın açılışında iştirak edib Arxivləşdirilib 2020-11-24 at the Wayback Machine. president.az, 13.05.2015 (az.)
- ↑ "В Велопарке посадили деревья". 2018-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-15.
- ↑ "Федерация велоспорта провела открытый турнир". 2018-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-15.
- ↑ "Велопарк ВМХ - Baku Crystal Hall" (ingilis). www.crystalhall.az. 2018-05-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-15.
- ↑ "Baku 2015 European Games - Venues - BMX Velopark". Baku 2015 (ingilis). 2018-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-15.
- ↑ "Велогонщик Синержи-Баку выиграл второй этап Тур де Азербайджан". 2018-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-15.
- ↑ "Баку 2015: ВЕЛОПАРК для I Европейских Игр (Фоторепортаж) | inCity.az информационно-культурный портал" (rus). incity.az. 2018-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-15.
- ↑ "В Баку открыли Велопарк-ФОТОСЕССИЯ". www.vesti.az. 2018-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-15.
- ↑ "Открытие Велопарка в Баку" (polyak). 2018-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-15.