Baki Komputer Kolleci - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bakı Kompüter Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş orta-ixtisas təhsili müəssisəsi[1]
Bakı Kompüter Kolleci | |
---|---|
Əsası qoyulub | 30 iyun 2001 |
Tip | orta-ixtisas təhsili müəssisəsi |
Şəhər | Bakı |
Ünvan | Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küç. 4 |
Tarixi
redaktə30 iyun 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Kompüter Litseyinin bazasında yaradılmışdır.[2]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı İdarəetmə və Texnologiya Kollecinə qoşulmuşdur.[3]
Bakı Kompüter Litseyi 1996–2001-ci illərdə fəailyyət göstərmişdir. İlk dövrdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin eksperimental bazası kimi fəaliyyətə başlayan Bakı Kompüter Kolleci 2001-ci ilin iyul ayının sonunda Təhsil naziri Misir Mərdanovun təşəbbüsü ilə yaradılmışdır.
Bu təhsil müəssisəsi profilinə görə respublikamızda nadir orta ixtisas məktəblərindən biridir. Kollecin yaradılmasında onun ilk direktoru, təhsil nazirliyinin idarə edilməsinin məlumat sistemi şöbəsinin müdiri, ümumtəhsil məktəblərində İKT-nin tətbiqi üzrə BMT layihəsinin direktoru vəzifələrində çalışmış, hazırda Təhsil Nazirliyinin nəzdində yaradılan təhsil sisteminin informasiyalaşması idarəsində şöbə müdiri, fizika-riyaziyyat elmləri namizədi Bilal Hüseynovun böyük əməyi olmuşdur. Məhz bu şəxsin zəhməti və ciddi səyləri nəticəsində Kollecdə bacarıqlı və elmi səviyyəsi yüksək olan bir pedaqoji kollektiv formalaşmışdır.
Hazırda kollektivə informatika sahəsində respublikamızda tanınmış mütəxəssislərdən biri, 2000–2004-cü illərdə Dünya Bankının bir sıra mövzuları üzrə milli məsləhətçisi olmuş İradə Səfərova rəhbərlik edir.
Kollec dövlət təhsil müəssisəsidir. Burada 4 ixtisas üzrə təhsil almaq mümkündür:
- 1. Avtomatlaşdırılmış sistemləri və hesablama texnikasının proqram təminatı (Bu peşənin əsas aspekti proqramlaşmanın əsaslarını tələbələrə aşılamaqdan ibarətdir).
- 2. Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının istismarı və servis xidməti (Tələbələr diaqnostlaşmanın əsas elementləri, quraşdırılması, FK-nın texniki qüsurlarının aradan qaldırılması və onun periferiya quruluşunu öyrənirlər).
- 3. Laboratoiya diaqnostikası (Tələbələr tibbi diaqnostikada istifadə olunan kompüter texnikası ilə davranmaq bacarıq və vərdişlərinə yiyələnirlər).
- 4. İnformatika (I–IX siniflərdə infomatika fənninin tədrisi ilə bağlı bilik və bacariqları əldə edirlər).
Kollecin məqsədləri
redaktə- Tələbə və şagirdlərin şəxsi, potensial intellektual və yaradıcılıq imkanlarının hərtərəfli inkişafını təmin etmək;
- Tələbə və şagirdləri cəmiyyət və şəxsi həyatda yaradıcılığa hazırlamaq;
- Təhsil prosesində effektli nəticələrə nail olmaq üçün təhsil alan hər bir fərdin şəxsi təhsil trayektoriyasının həyata keçməsinə şərait yaratmaq;
İxtisaslar
redaktəKollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:[4]
- İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün);
- Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti;
- Avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram təminatı;
- İnformasiya texnologiyası sistemləri.
İstinadlar
redaktə- ↑ ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. Arxivləşdirilib 2018-12-29 at the Wayback Machine (az.)
- ↑ "Bakı Kompüter Kollecinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyun 2001-ci il tarixli, 118 nömrəli Qərarı. Arxivləşdirilib 2019-12-30 at the Wayback Machine (az.)
- ↑ "Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında" Arxivləşdirilib 2018-08-21 at the Wayback Machine Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarı. edu.gov.az (az.)
- ↑ 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı. [ölü keçid] (az.)
Xarici keçidlər
redaktə- bcc.edu.az — Rəsmi saytı
- Bakı Kompüter Kolleci Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine bilgi.az saytında (az.)