Baki Fransiz Liseyi - Wikipedia
Bakı Fransız Liseyi — Bakıda, "Ağ Şəhər" adlanan ərazidə yerləşən təhsil müəssisəsi.[1] 2024-cü ildə bağlanması haqqında qərar qəbul edilmişdir.[2]
Bakı Fransız Liseyi | |
---|---|
Əsası qoyulub | 2013 |
Bağlanıb | 2024 |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Bakı, Ağ Şəhər, Paris məhəlləsi |
Sayt | lyceefrancaisbakou.weebly.com |
Tarixi
redaktəTəməlinin qoyulması
redaktəLiseyin təməli 2011-ci ilin 7 oktyabrında Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya səfəri çərçivəsində imzalanan "Azərbaycan Respublikasının Hökuməti və Fransa Respublikasının Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması haqqında" Sazişə əsasən qoyulmuşdur.[3] Sazişi elə həmin gün Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Fransa tərəfdən isə Xarici və Avropa işləri naziri yanında əməkdaşlıq məsələləri naziri Anri de Renkur imzalamışlar.[3]
Liseyin yaradılmasına Heydər Əliyev Fondu da dəstək vermişdir. Liseyin yaradılmasının əsas məqsədi Azərbaycanda müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının bu dildə təhsil almalarına geniş imkanlar yaratmaqdır.[4]
11 may 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və bu ölkədə rəsmi səfərdə olan Fransa Respublikasının Prezidenti Fransua Olland Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olmuşlar.[4] Liseyinin açılışı 12 sentyabr 2014-cü ildə olmuşdur.[5] Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.[5]
Bağlanması
redaktə2024-cü ilin aprelində kommersiya problemləri səbəblərindən liseyin bağlanması barədə qərar qəbul edilmişdir. Liseyin 2024-cü ildəki yeni tədris ilindən etibarən fəaliyyətini dayandırması gözlənilir.[2]
Maddi-texniki bazası
redaktəLiseyin binası 320 yerlikdir.[5] Bakının "Ağ Şəhər" adlanan ərazisindəki Paris məhəlləsində inşa olunan bu təhsil müəssisəsinin 2014-cü ilin may ayının 11-nə kimi tikintisi üzrə işlərin mühüm hissəsi başa çatmışdır və qalan işlərin isə 2014-cü ilin sentyabrına qədər yekunlaşdırılması nəzərdə tutulmuşdur.[4]
Müasir memarlıq quruluşu ilə diqqət çəkən liseyin binası yüksək səviyyədə inşa olunmuşdur.[5] Sahəsi 14 min kvadratmetrdir.[5]
Tədris planı
redaktəLiseyin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı əsasında qurulub.[5] Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılır.[5] Şagirdlərə veriləcək attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə uyğun olacaq və nazirlik tərəfindən tanınır. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanırdılar.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Bakı Fransız Liseyi haqqında Fransanın Azərbaycandakı Səfirliyinin saytında olan məlumat Arxivləşdirilib 2016-06-01 at the Wayback Machine. ambafrance-az.org, 02.01.2015 (az.)
- ↑ 1 2 "Bakı Fransız Liseyi bağlanır - Rəsmi". Qafqazinfo. 19 aprel 2024. 2024-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 aprel 2024.
- ↑ 1 2 İlham Əliyev və Fransa Prezidenti Nikola Sarkozi Bakıda Fransız Liseyinin təməlqoyma mərasimində iştirak etmişlər. Arxivləşdirilib 2021-05-11 at the Wayback Machine president.az (az.)
- ↑ 1 2 3 4 İlham Əliyev və Fransa Prezidenti Fransua Olland Bakı Fransız Liseyində yaradılmış şəraitlə tanış olmuşlar. Arxivləşdirilib 2023-07-01 at the Wayback Machine president.gov.az (az.)
- ↑ 1 2 3 4 5 6 7 İlham Əliyev Bakı Fransız Liseyinin açılışında iştirak edib. Arxivləşdirilib 2020-09-27 at the Wayback Machine president.gov.az (az.)
Xarici keçidlər
redaktə- lyceefrancaisbakou.weebly.com — Rəsmi saytı
- "Facebook" səhifəsi
- Heydər Əliyev Fondunun saytında Arxivləşdirilib 2020-09-20 at the Wayback Machine (az.)