Baki Daire Mehkemesi - Wikipedia
Bakı Dairə məhkəməsi — məhkəmə orqanı.
Tarixi
redaktəMəhkəmə orqanı 1868-ci il fevralın 19-da fəaliyyət başlamışdı. "1864-cü il 20 noyabr tarixli məhkəmə nizamnamələrinin Zaqafqaziya diyarında tətbiqi haqqında" qanuna (1867-ci il 9 dekabr) əsasən yaradılmışdı. 1918-ci ilin mayında Bakı Xalq Komissarları Sovetinin dekreti ilə ləğv olunumuşdu. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsi və onun tabeliyindəki idarələr, habelə prokurorluğun fəaliyyəti bərpa edilmişdi.
Dairə məhkəməsi Bakı quberniyasında ali məhkəmə instansiyası olub Azərbaycan Məhkəmə Palatasına və Ədliyyə Nazirliyinə tabe idi. Sədr və 5 üzvdən ibrət olan darə məhkəməsi nəzdində məhkəmə pristavları, böyük notarius və notariuslar, xüsusilə mühüm işlər üzrə iki məhkəmə müstəntiqi fəaliyyət göstərirdi. Məhkəmədə iki cinayət şöbəsi və iki mülki şöbə var idi. Mülki şöbələrdə mərzv məsələləri ilə bağlı mübahisələrə də baxılırdı və bunu məhkəmənin hakimlərindən biri aparırdı. Bakı şəhər barışıq şöbəsi, istintaq şöbəsi, Bakı qəza barışıq şöbəsi, dairə prokuror nəzarəti Bakı dairə məhkəməsinin tabeliyində idi. 1919-cu il oktyabrın 22-də Axundov Bakı dairə məhkəməsinin sədri təyin olunmuşdu. [1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 199