Bahardan Sonra Gelen Qis Film 1989 - Wikipedia
Bahardan sonra gələn qış qısametrajlı sənədli filmi rejissor Vyaçeslav Mixaylov tərəfindən 1989-cu ildə çəkilmişdir. "Rakurs" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film dədə-babadan yetişdirilən məhsulları yenidən torpağa qaytarmağa, dağıdılmış su anbarını bərpa etməyə çağırır.
Bahardan sonra gələn qış | |
---|---|
Janr |
sənədli qısametrajlı |
Rejissor | Vyaçeslav Mixaylov |
Ssenari müəllifi | Sirus Zindadel |
Operator | Nemət Rzayev |
Bəstəkar | A. Babayev |
İstehsalçı | "Rakurs" Sənədli Filmlər Studiyası |
İlk baxış tarixi | 1989 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | Azərbaycan SSR |
İl | 1989 |
Texniki məlumatlar |
2 hissə 562 metr |
Rəng | rəngli |
Məzmun
redaktəAzərbaycan subtropikləri son onilliklərdə "ümumittifaq bağçası"na çevrilmiş varlı diyardır. Məsuliyyətsiz təsərrüfatçılar bu nadir bölgənin torpağına, ab-havasına böyük ziyan vurmuşlar. Xiyar, kələm, pomidor subtropiklərin əsas məhsullarının-valyutaya alınan çay və sitrus meyvələrini sıxışdırmışdır.[1]
Film dədə-babadan yetişdirilən məhsulları yenidən torpağa qaytarmağa, dağıdılmış su anbarını bərpa etməyə çağırır. Eyni zamanda qocaman alim Qəmbər Talıblıdan və onun respublikada çay istehsalını artırmaq sahəsindəki xidmətlərindən söhbət açılır.[1]
Filmin üzərində işləyənlər
redaktəSsenari müəllifi: Sirus Zindadel
Rejissor: Vyaçeslav Mixaylov
Operator: Nemət Rzayev
Bəstəkar: A. Babayev
İstinadlar
redaktəMənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Həmçinin bax
redaktəAzərbaycan filmlərinin siyahısı
1989-cu ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı