Bad Quba - Wikipedia
Bad — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Bad | |
---|---|
41°15′ şm. e. 48°34′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 482 (2009) nəfər |
Toponimikası
redaktəBad oyk, sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Dağ ətəyindədir. Tam adı Bad Qalagah olan bu kəndin ərazisi Rustov kəndinin keçmiş məhəllələrindən birinin adıdır. Ərazidə Qala Suvarun və Qala Ələmun adlı qala xarabalıqları var. Bu qalalar bad adlanan kərpicdən hörüldüyü üçün kənd Bad Qalagah adını almışdır. Sonralar toponimin ikinci komponenti düşmüşdür. Azərbaycan ərazisində çox əlverişli, qışda və yayda tikilinin daxilində mülayim temperaturun saxlanmasında əsas rol oynayan belə kərpiclərdən evlərin tikilməsində indi də istifadə olunur. Azərb. dilinin dialekt və şivələrində, qədim abidələrin dilində bad "tərkibinə keçi qılı qatılmış sarı torpaqdan hazırlanmış palçıq, bu palçıqdan qurulan təndir və ya kəsilən kərpic, saxsı qab"; "su arxının kənarı"; "ağac qabığı" mənalarında işlənir.[1]
Əhalisi
redaktə- 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 482 nəfər əhali yaşayır. Kəndin əhalisini tatlar təşkil edir.[2]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |