Babilik - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Babilik — Seyyid Əli Məhəmməd Babın (1819–1850) adı ilə bağlı dini təlimdir. O, 1844-cü ildə Bab (Ərəbcədən tərcümədə "qapı") ləqəbini götürmüş, özünü Allahın Vəd etdiyi Mehdi olduğunu bəyan etmiş, 18 müridindən biri olan Qüdslə Məkkəyə yollanaraq zülhiccə ayında Kəbə evinin yanında öz Missiyasını elan etmiş, Vəd Olunmuş Qaim, Mehdi olduğunu bəyan etmişdir. Burdan Kufə şəhərinə gedərək orada da öz dəvətini elan etmişdir. Babın təlimi fanatizmə, ali ruhanilərin özbaşnalığına qarşı yönəlmiş və İran cəmiyyətinin orta və aşağı təbəqələrində özünə çoxlu tərəfdar tapmışdı. Bab daim özündən sonra zühur edəcək olan "Allahın zahir edəcəyi Kəs" haqqında danışmış, bütün yazılarında onu mədh etmişdir. Bab şiə müctəhidlərinin bir qismi tərəfindən kafir kimi pislənmiş, bir qismi tərəfindən isə qəbul olunmuşdur. O, elə bir cəmiyyət haqqında danışırdı ki, orada nə əxlaqsız din xadimləri, nə də ədalətsiz siyasət adamları olsun.
Haqqında
redaktəGündən günə artan nüfuzu və ardıcıllarının İranı bürüməsinə görə şah hökuməti onu həbs etdi və Maku zindanına saldı. Burada "Bəyan" adlı kitabını nazil etdi. İlahi Missiyasını insanlara tədricən açan Bab daha sonra özünü Nöqteyi-Övla adlandırır ki, bu Məhəmməd peyğəmbərlə eyni məqama sahib olmağa bərabər sayılırdı. "Bəyan" kitabını camaata kamil vəhy kimi təqdim etmişdir. Bab Təlimlərini anti-feodal istiqamətini İranın bəzi xalqları fəal hərəkətə keçmək kimi qəbul etdilər və Babın dini bayrağı altında üsyan qaldırdılar. Buna görədə şah hökumətinin əmri ilə Babın 1850-ci il iyulun 9-da Təbrizdə edam olunması qərarlaşdırıldı. 750 nəfərlik 3 əsgər polkunun başında Sam Xan adlı erməni dururdu. O, Babın təlimlərini bəyənir və ona qarşı silah qaldırmaq istəmirdi. Hətta tarixçilərin kitabından bu belə nəql olunur ki, Sam Xan Babdan xahiş edir ki, əgər onun təlimi həqiqətən Allahdandırsa onun gülləsi ona dəyməsin.
Feodal quruluşun böhranı ilə və xarici kapitalın ölkəyə müdaxiləsi ilə əlaqədar sosial ziddiyətlərin kəskinləşməsi 19-cu əsrin ortalarında antifeodal xalq üsyanlarına səbəb oldu. Onlardan ən möhtəşəmi 1848–1852 illərdə şeyxilər dini təriqətinin başçılığı ilə baş verən babilər üsyanıdır (babilərdə buradan yaranıb).
Bab "Niyyətin təmizdirsə, Allah istədiyin kimi edəcək" deyir. Bu arada Babın Ənis adlı ardıcılı öz sevgili Ağası ilə birlikdə edam olunmaq üçün bu əmri çıxaranlara yalvarır və xahişi qəbul olunur. Babla birlikdə havadan asılan Ənis Zünuzi 750 nəfərin açdığı atəş nəticəsində ölmür. Tüstü çəkiləndə Ənis yerində, iplərin kəsilərək düşdüyünü, Babın isə görünmədiyini görən camaat heyrət içində qalır. Bab isə öz hücrəsində katibinə sonuncu cümlələrini yazdırır və "indi arzunuza çatacaqsınız" deyərək edam olunmaq üçün gəlir. Sam Xan və əsgərlər silahlarını ataraq gedirlər. Əvəzinə nasiri alayı düzülür və onların 750 gülləsi Bab və Ənisin bədənlərini bir-birinə birləşdirir. Onun cənazəsi Hayfaya aparılmışdır.
Babın təliminin bəzi davamçıları onun demokratik ideyalarını inkişaf etdirərək hələ müəllimlərinin sağlığında şah hakimiyyətinə qarşı bir sıra üsyanlar qaldırmışdılar; onlar hüquq bərabərliyi, mövcud qanunların, xüsusi mülkiyyətin ləğv edilməsi şüarlarını da irəli sürürdülər. 1848–1852-ci illərdə üsyanlar qan içində yatırıldı; bir çox babilər İranı tərk etdilər. Babın təliminin tərəfdarları orada indi də qalmaqdadır.
1863-cü ildə əsl adı Mirzə Hüseyn Əli olan Bəhaullah Bağdadın Rizvan bağında bəyan etdi ki, o bütün İlahi Kitablarda, həmçinin Babın Bəyan kitabında zühuru vəd olunmuş "Allahın zahir edəcəyi Kəs"dir. Babın ardıcıllarının əksəriyyəti Bəhaullahın Təliminə iman gətirdirlər. Lakin Bəhaullahın qısqanc ögey qardaşı Mirzə Yəhya babilər arasında çaxnaşma yaratdı və deyirdi ki, Babın müjdələdiyi kəs məhz odur. Bəhaullahın məsləhətləri, xəbərdarlıqları Mirzə Yəhyaya fayda vermədi. Sonda həyatını biabırçı şəkildə sona çatdırdı. İndi Bəhaullahın ardıcılları bəhailər adlanırlar.
Bab nəzəriyyəsini demokratik əsaslarını mənşəcə kəndli olan Quddus ləqəbli Məhəmməd Əli Barfuruşi inkişaf etdirib və o, görkəmli babi Tahirə Qürrətüleyn və Bəhaullah ilə birlikdə 1848-ci ildə Şahrud şəhəri yaxınlığındakı Bedəşt kəndində 81 babinin yığıncağına başçılıq etdi. Burada babilər yeni şəriət və yeni İlahi təlimin gəlməsini müzakirə etdilər və bundan sonra bu şəriətlə yaşamağa başladılar. Şahın ordularından və ruhanilərin kəndliləri babilərin əleyhinə qaldırması ilə babilər Mazandaranda, Barfuruş şəhərinin yaxınlığında tikdikləri Şeyx Təbərsi qalasında müdafiə olundular. Burada 313 babi minlərlə insana qarşı əzmlə müdafiə olunmuşlar. 1849-cu ildə Şah ordusunun rəhbərliyi qalanı bir neçə ay nəticəsiz mühasirədə saxladı. Sonda Qurana əl basaraq onları buraxacaqlarına, əfv olunacaqlarına söz verən ordulara təslim olaraq silahı yerə qoymuşlar. Ancaq onlar öz andlarına məhəl qoymayaraq onların əksəriyyətini öldürmüşlər, bir qismi isə hadisədən sağ qurtulmuş və həyatlarının sonuna kimi sevimli Ağalarının Əmrinə xidmət etmişlər. 1850-ci ildə Zəncanda və Neyrizdə baş verən Babilər üsyanının aqibəti həmçinin bu cür qurtardı. Babın şəhidliyindən sonra sevimli ağalarının vəfatından təsirlənən babilərdən 2 nəfər bütün digər babilərin məsləhətlərinə məhəl qoymayaraq 1852-ci ildə Şaha sui-qəsd təşkil etdilər. Sui-qəsd uğursuz nəticələndi. Bundan sonra onsuz da zəifləməyə gedən üsyan tamamilə yox edildi. Beləliklə 1848–1852-ci illərdə Babi üsyanları Şah qoşunları tərəfindən yatırıldı. Onun əsasında Bəhailik inkişaf etdi.
Tehrandakı rus elçisi Dolqorukovun babilər üsyanı barədə Rusiya xarici işlər nazirliyinə məlumatı.
"Mən artıq bir neçə dəfədir imperator nazirliyini Bab adında müsəlman təriqətçisi barədə məlumatlandırmışdım. Bu fanatik Persiyanın (İranın) müxtəlif əyalətlərində çaxnaşmalar yaratdığına görə, və mənim tələbimə görə rus sərhədindən uzaqlaşdırılması nəticəsində, indi Urmiyanın yaxınlığında ciddi nəzarət altında saxlanılır. O özünü 12 imamın naibi (müavini) kimi qələmə verir. Onun ziyanlı doktrinaları özünə çoxlu tərəfdar tapıb, və üç gündür ki, bu sonuncular Sarı ilə Barfuruş arasındakı Mazandaran ərazisinə hücüm edərək orada 100 yaxın adam öldürüblər. Onların arasında bu vilayətin Mustafa adında sərkərdəsi də var idi. Əmirlə, hal hazırda Tehranda olan Mazandaranın nüfuzlu zadəganları arasında baş tutan bir neçə müşavirədən sonra, qərara alındı ki, bu usanmaq bilməyən qiyamçılara qarşı hərbi qüvvə tədbiq olunsun, şahzadə Məlik Qasıma isə, içtimai asayışi təlatümə gətirən bu üsyançıların başçılarına qarşı ikiqat daha çox diqqətli olmaq barədə əmr göndərildi"[1]
"Düşünürəm ki yaxşı olardı ki onlar Zəncan işləri ilə bir az daha ciddi məşğul olsunlar. Artıq bir azdan 5 ay tamam olacaq ki,babilər şahın 6000 qoşununa şiddətlə müqavimət göstərirlər və Məhəmməd xan şəhərin dörtdən üçünü əldə etsə də dörtən birini təşkil edən məhəllə babilərin həsrəd aparacaq cəsurluğu müqabilində onların əlində qalır. Deyilənlərə görə Təbrizin keçmiş bəylərbəyi şəxsi igidliyi ilə seçilmir və onun başçılığı altındakı qoşunlar tamamilə demoralizə olub. Burada dini etiqadların gücü barədə və Persiyanın(İranın) indiki durumunda savaşların təhlükəsi barədə zərrə qədər düşünmürlər" |
Bu kitabda yazılmış olan bəzi babi hökmlər belədir:
- Babi kitablar xaricindəki bütün digər kitabların yandırılması lazımdır.
- Babi olmayan və ya Babi şəriətini qəbul etməyən şəxslərin yaşam hüquqları olmadığını və onların öldürülməsinin icazəli olduğu,
- Babi olmayan şəxslərin məzar və türbələrinin məhv edilməsinin zəruriliyi.
Bu dəhşətli hökümlər, müsəlmanlar və babilər arasında gərginliyi hər gün artırmaqda idi. Bu vəziyyət getdikcə daha da gərginləşərərək babilərin üsyanına və İranın 3 bölgəsində, Xorasan, Zəncan və Xəzər dənizi sahillərində qanlı ixtişaşlara səbəb oldu.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ АВПР, ф. Сношения России с Персией. Документ № 2, 1848,д.177,л.360(Из депеши…№ 96 министру иностранных дел К. В. Нессельроде от 24 декабря).
Mənbə
redaktə- Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. İslam (qısa məlumat kitabı). Bakı. 1989. səh. 33.
- Иванов М. С. Антифеодальные восстания в Иране в середине XIX в. Ответственный редактор: А. П. Новосельцев. Москва: Главная редакция восточной литературы издательства "Наука", 1982, 246 [2] с.
Xarici keçidlər
redaktə- Vikianbarda Babilik ilə əlaqəli mediafayllar var.
- "Batil əqidələr: Babiliyin yaranma tarixi" (az.). islam.az. 2016-05-27. 2016-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-02.
- "Batil əqidələr: Babiliyin əqidə əsasları" (az.). islam.az. 2016-06-06. 2016-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-02.
Din haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |