Babadag Dag Turkiye - Wikipedia
Babadağ (qədim dövrlərdə: Kraq dağı, yun. Κράγκος, lat. Cragus/Cragos/Kragus) və ya Baba dağı[3] — Türkiyənin cənub-qərbində, Muğla ilindəki Fəthiyə rayonunda dağ.
Babadağ | |
---|---|
türk. Babadağ | |
| |
Ümumi məlumatlar | |
Dağ sistemi | Tavr dağları |
Dağ silsiləsi | Tavr dağları |
Mütləq hündürlüyü | 1969[1] |
Nisbi hündürlüyü | 1763[2] |
Marşrutu | Nəqliyyat vasitəsilə |
Yerləşməsi | |
36°31′42″ şm. e. 29°11′06″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Region | |
Vilayət | |
Rayon | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dağın zirvəsinin dəniz səviyyəsindən hündürlüyü – 1,969 metr (6,460 ft). İkinci zirvə olan Qaratəpənin (türk. Karatepe) dəniz səviyyəsindən hündürlüyü – 1,400 metr (4,600 ft). Bu iki zirvənin arasında bir vadi yerləşir. Buna görə də Babadağ bəzən dağ silsiləsi də adlanır. Dağın əksər hissəsi əhəngdaşından ibarətdir. Dağın yamacında endemik bitkilər olan Acer undulatum və Livan sidri kimi müxtəlif bitkilər yerləşir.
Zirvə dənizə olan yaxınlığı ilə xarakterizə edilir.[a] Bu, dağın paraplan üçün uyğun və populyar bir yer olmasının amillərindən biridir.
Tarixi və coğrafiyası
redaktəQədim dövrlərdə Kraq dağı Likiyanın əsas dağlarından biri idi.
Qədim yunan tarixşünası və coğrafiyaşünası Strabon «Coğrafiya» əsərində qərbdən şərqə olan ərazini təsvir edərkən Telmisidadan sonra «Antikraq» (yun. Αντικράγκος) dağını,[b] daha sonra isə Kraq dağını qeyd edir. Bu dağın səkkiz zirvəsi[c] var idi və Likiya şəhəri olan Kraq ilə eyniadlı idi. Başqa bir şəhər olan Pınara Kraq dağının ətəyində yerləşirdi.
Roma imperiyası dövründə Kraq şəhəri Λυκιων Κρ., Κρα. və Κραγ epiqrafları ilə sikkələrdə təsvir olunurdu. Antikraq və Kraq Spratt və Forbs xəritələrində Ksanf çayının aşağı hissəsinin qərb sərhədini təşkil edən bir coğrafi obyekt kimi qeyd olunub.[4] Onun cənub hissəsi Kraqdır. Silsilənin istiqaməti onu göstərir ki, o girintili-çıxıntılı burunlarla dənizə həmhüdud olur. Frensis Bofortun «Karamaniyanın sahili» xəritəsində Antikraq dağının hündürlüyünün 6,000 fut (1,800 m) olduğu qeyd edilib. Bofortun tədqiqatı hündür və səpələnmiş dağlardan ibarət bir ərazi olan Yediburunda[d] başlayıb ki, bu dağ da qədim dövrlərdə Kraq dağı adlanıb.[5] Pınara şəhərinin xarabalıqları Strabonun qeyd etdiyi kimi bu dağ silsiləsinin şərqindədir. Strabonun yazdığına görə, Kraq və Antikraq dağlarını bir-birlərini ayıran bir vadi mövcud idi. Bu vadi dəniz səviyyəsindən hündürlüyü 4,000 fut (1,200 m) idi. Strabon Kraq dağının zirvəsinin bu vadidən 2,500 fut (760 m) hündürlükdə yerləşdiyini qeyd edib. Vadinin aşağısında sıx meşəlik, daha sonra isə yalın qayalar var. Zirvədən bütün Ksanf yaylasını və zirvənin şərqində yerləşən Massikut dağlarını görmək mümkün idi. Dağdan dənizə qədər olan ərazi çox sıldırım idi.[6] Kariandlı Skilakın və Böyük Plininin qeyd etdiyinə görə, bu ərazidə Kraq adlı bir burun var idi. Stadismedəki Hierra Akra da yəqin ki, Yediburundur. Pomponi Melanın bildirdiyinə görə, Ksanf və Telmisida arasında bir vadi mövcuddur.
Kraq dağının ətrafında yerləşən meşələr və qayalar haqqında şeirlər ilahə Dianaya ibadət edilən yerlərdə səsləndirilirdi.[7]
Qeydlər
redaktəİstinadlar
redaktə- ↑ "Turkey - Ultra page". peaklist.org (ingilis). Peaklist. 11 noyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2019.
- ↑ ""Babadag, Turkey"". peakbagger.com (ingilis). Peaklist. 28 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2019.
- ↑ J-35-131 Arxivləşdirilib 2023-07-01 at the Wayback Machine Fəthiyənin xəritələrin siyahısı. Miqyas: 1 : 100 000. 1977-ci ildə bölgənin vəziyyəti. 1980-ci ildə nəşr edilib.
- ↑ Lycia, vol. ii.
- ↑ Karamania, p. 1.
- ↑ Lycia, op. cit., vol. ii. p. 301.
- ↑ Horace, Carm. i. 21.
Ədəbiyyat
redaktə- Hiking Babadağ: Index
- Yunanıstan və Roma Coğrafiya Lüğəti