Baba Eliyev Ressam - Wikipedia
Baba Balababa oğlu Əliyev (22 mart 1915, Zirə, Bakı qəzası – 27 mart 1991, Bakı) — Azərbaycan rəngkarı, Azərbaycan SSR xalq rəssamı (1982), Azərbaycan Rəssamlar İttifaqının sədri.
Baba Əliyev | |
---|---|
1952 – 1953 | |
Əvvəlki | İsmayıl Axundov |
Sonrakı | Məmmədağa Tərlanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 mart 1915 |
Doğum yeri | |
Vəfat tarixi | 27 mart 1991 (76 yaşında) |
Vəfat yeri | |
Təhsili |
Azərbaycan Dövlət Rəssamlıq Məktəbi, Moskva Dövlət Rəssamlıq İnstitutu |
Fəaliyyəti | rəssam |
|
|
Təltifləri |
Həyatı
redaktəBaba Əliyev 22 mart[a] 1915-ci ildə Zirə qəsəbəsində anadan olmuşdur. O, 1937-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1941-ci ildə isə V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir.[3][4]
Baba Əliyev 1945-ci ildən Sov. İKP üzvü olmuşdur.[2] Azərbaycan Rəssamlar İttifaqının sədri vəzifəsində işləmiş, SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur.
Rəssam 1946–1960-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs demişdir. O, 27 mart 1991-ci ildə Bakıda vəfat etmişdir.[1]
Yaradıcılığı
redaktəRəssamın yaradıcılığında əsas yeri portret və natürmort janrları təşkil edir. Onun sənətə gəlişi Böyük Vətən Müharibəsi illərinə təsadüf edir və bu illərdəki yaradıcılığında cəbhə döyüşçülərinin bədii obrazları xüsusi yer tutur. Baba Əliyevin "təyyarəçi Məzahir Abbasovun qəhrəmanlığı" (1947) əsəri, komissar Novruz Aslanovun və polkovnik S. Suprunun portretləri bu qəbildən hesab olunur.[5] Onun "Sovet İttifaqı qəhrəmanı Suprun" portreti 1942-ci ildə Tbilisidə keçirilmiş "Böyük Vətən Müharibəsi" sərgisində nümayiş etdirilmişdir.[6]
Müharibədən sonrakı illərdə Baba Əliyev digər rəssamlar kimi zəhmət adamlarının bədii ümumiləşdirilmiş obrazlarının təsvirinə başlamışdır. O, 1951-ci ildə Əbdülxalıq və A. Zarubinlə birlikdə pambıqçıların əməyinə həsr olunmuş "Dövlətə pambıq təhvili" adlı böyük pannosunu işləmişdir. Həmin əsər 1951-ci ildə Ümumittifaq sərgisində nümayiş etdirilmişdir.[7] Rəssam "Növbə qabağı" (1959), "Neftçilərin istirahəti" (1961), "Yeni qüvvə" (1963) kimi əsərlərində neftçilərin əməyinin xarakterini göstərməyə çalışmışdır.[1]
Baba Əliyev "Qız portreti" (1957), "kolxozçu F. Abdullayevanın portreti" (1962), "Tibb bacısı" (1983), "Cövdət Hacıyev" (1986) kimi bir sıra portretlərin, "Aylı gecə" (1962), "Şaftalılar" (1964), "Göygöldə axşam" (1978) və başqa peyzaj və natürmortların müəllifidir. Onun "Bizim qonaqlar" (1967), "Şahdağ" (1969), "Ana ürəyi" (1973), "Səhər şəfəqləri" (1977), "Çay plantasiyası" (1978), "Maldarlıq" (1982), "Tərəvəz yığımı" (1983) əsərlərində əmək adamları, təbiət mənzərələri və məişət səhnələri lirik səpkidə təsvir edilmişdir.[1]
Rəssam 1960-cı illərdə sərt üsluba üstünlük vermişdir. Onun bu qəbildən olan əsərləri sırasına "Neftçilərin istirahəti" (1961) və "Tankçıların istirahəti" (1965) daxildir.[7]
Xatirəsi
redaktəAzərbaycan Respublikası Prezidenti tərəfindən "Baba Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" 28 noyabr 2005-ci il tarixli sərəncamına əsasən Bakının Zirə qəsəbəsində rəssamın adına küçə verilmiş, III Maqomayev döngəsi, 3 ünvanına xatirə lövhəsi vurulmuşdur.[8]
2016-cı ilin iyunun 7-də Azərbaycan Milli İncəsənət Muzeyində Baba Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərginin açılışı olmuşdur.[5]
Mükafatları
redaktə- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 1 dekabr 1982
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 29 iyun 1964
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı — 21 mart 1985
Qeydlər
redaktə- ↑ Azərbaycan Milli Ensiklopediyası və Azərbaycan Sovet Ensiklopediyasına əsasən 23 mart[1][2]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Əliyev Baba Balababa oğlu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. səh. 347.
- ↑ 1 2 Әлијев Баба Балабаба оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 171.
- ↑ "Xalq rəssamı Baba Əliyevin 100 illik yubiley sərgisi keçiriləcək". apa.az. 2 iyun 2016. 5 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2020.
- ↑ Алиев Баба Бала-Баба оглы // Искусство Советского Азербайджана. Живопись, скульптура, графика. Коллектив авторов. Москва: Советский художник. 1970. с. 191.
- ↑ 1 2 "Görkəmli rəssam Baba Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 7 iyun 2016. 5 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2020.
- ↑ Кәримова, Рәфигә. Әлијев Баба Бала баба оғлу // Азәрбајҹан совет портрет бојакарлығы. Бакы: Азәрбајҹан ССР Елмләр Академијасы Нәшријјаты. 1964. С. 122.
- ↑ 1 2 Azərbaycan Dövlət Rəsm Qalereyası. Azərbaycan rəssamları haqqında qısa məlumat kitabçası. Bakı. 2017. səh. 13–14.
- ↑ "B. B. Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 28 noyabr 2005. 5 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2020.