Bastuklu Yonca - Wikipedia
Baştüklü yonca (lat. Trifolium trichocephalum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü.
Baştüklü yonca | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Baştüklü yonca |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Botaniki xarakteristikası
redaktəHündürlüyü 15-70 sm, gövdəsi düz, möhkəm, sərt, 5-3 sayda olub, sadədir, nadir halda zəif budaqlanmış, adətən içi boş olan çoxillik, sıx qabarıq-tüklü ot bitkisidir. Aşağı yarpaqları uzun saplaq üzərindədir. Yarpaqcıqları iridir, uzunsovyumurtaşəkilli və ya ellipsşəkillidir, neştərvari formayadək dəyişir, tüklüdür, uzunluğu 2-6 smdir. Başcığı tək olub, oturaq, sıxçiçəkli, iridir, şarşəkilli və ya yumurtaşəkilli-şarşəkillidir, uzinluğu 3,5-5 sm, qaidə hissəsində təpə yarpaqları ilə sarınmışdır. Çiçəkləri 2,5-3 sm uzunluqdadır, solğun-sarı rəngdədir. Meyvəsi paxla birtoxumludur, təpə hissədə qığırdaqlı qapağı vardır. İyunda çiçəkləyir, iyulda meyvə verir.
Azərbaycanda yayılması
redaktəBQ (Quba), BQ şərq, KQ şimal, KQ mərkəzi, Nax. dağ. Subalp və alp qurşaqlarında, bəzən, yuxarı meşə qurşağına da keçir.
Yaşayış mühiti
redaktəÇəmənliklərdə və otlu yamaclarda rast gəlinir.
Təsərrüfat əhəmiyyəti
redaktəKənd təsərrüfatı heyvanları tərəfindən yeyilir.
Sinonimləri
redaktəHeterotipik sinonimləri
redaktə- Trifolium canescens Sims
- Trifolium parantzemae Azn.
- Trifolium trichocephalum subsp. armenium Khalilov
- Trifolium trichocephalum var. lonchophyllum Hossain
- Trifolium trichocephalum var. macrophyllum Hossain
- Trifolium trichocephalum subsp. parantzemae (Azn.) Ponert
- Trifolium trichocephalum subsp. sarikamischense Khalilov