Basqird Bali - Wikipedia
Başqırd balı (başq. Башҡорт балы) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında istehsal olunan bal.
Ticarət nişanı
redaktə"Başqırd balı" adı qorunan ticarət nişanıdır. Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi 2005-ci ildən bəri Rusiya Federasiyasının ərazisindəki yeganə müəssisədir ki, bal məhsullarını etiketləmək üçün "Başqırd balı" ifadəsini istifadə etmək hüququna malikdir[1].
Xüsusiyyəti
redaktəBaşqırd balının dadı uzun müddətdir ki, məşhurdur və başqırdlar üçün qürur qaynağı olmuşdur. Əsl Başqırd balı olmadan, bir başqırd çayı düşünülə bilməz; üzərinə təzə kənd qaymağı və bal sürtülmüş çörək insan istehsalı olan digər bütün şirniyyatlara meydan oxuya bilər.
İstehsalı
redaktəBaşqırdıstanda istehsal olunan illik bal miqdarı orta hesabla 5–6 min ton təşkil edir[2].
İxracı
redaktəRusiya ərazisindən başqa Başqırd balı və ona aid olan məhsullar bir çox Avropa ölkələrinə, ABŞ, Yaponiya, Yaxın Şərq və MDB ölkələrinə ixrac olunur[3][4].
2014-cü ildə Başqırd balının Çinə ixracı ilə bağlı 6 min ton həcmində olan bal üçün 3 milyard rubl məbləğində müqavilə imzalanmışdır[5]. 2014-cü ilin avqustunda Çinin Szyutszyan şəhərində Başqırd balının satışı üçün ilk mağaza açılmışdır.
Mükafatları və nailiyyətləri
redaktəBaşqırd balı müxtəlif qida sərgilərinin və yarmarkalarının iştirakçı və qalibidir.
- 1961 — Erfurtda (Almaniya) qızıl medal.
- 1965 — Buxarestdə (Rumıniya) keçirilmiş XX Beynəlxalq Apimondi Konqresində gümüş medal.
- 1971 — Moskvada (SSRİ) keçirilmiş XXIII Beynəlxalq Apimondi Konqresində qızıl medal.
- 2001 — Sankt-Peterburqda "Rusiya fermer" — "Agrorus" sərgi-yarmarkasında ən yüksək mükafat.
- 2002 — Berlindəki (Almaniya) "Yaşıl Həftə" Beynəlxalq Sərgisində ən ali mükafat.
- 2002 — Sankt-Peterburqda "Rusiya fermer" — "Agrorus" sərgi-yarmarkasında ən yüksək mükafat.
- 2003 — Sankt-Peterburqda "Rusiya fermer" — "Agrorus" sərgi-yarmarkasında ən yüksək mükafat.
- 2004 — Sankt-Peterburqda "Rusiya fermer" — "Agrorus" sərgi-yarmarkasında ən yüksək mükafat[6].
Qalareya
redaktəƏdəbiyyat
redaktə- А. М. Ишемгулов "История и современное состояние пчеловодства Республики Башкортостан"
- Люди и пчёлы. "Наука и жизнь" № 5 2005 г.
- Газета "Выбор" № 152–155 от 16.10.2015. Статья "Башкирский мёд — первый в стране".
İstinadlar
redaktə- ↑ "«Башкирский мёд» защитил свои права". 2020-02-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.
- ↑ "Башкирский мёд отправился за океан". 2013-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.
- ↑ Пчеловоды республики намерены доказать, что башкирский мёд самый лучший в мире Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. // 01.09.2015
- ↑ "Башкирский мед будет экспортироваться в Кувейт". 2009-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.
- ↑ "Башкирия будет поставлять в Китай башкирский мед на сумму 3 млрд рублей". 2016-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.
- ↑ "Ценность башкирского мёда". 2012-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.