Basqird Ati - Wikipedia
Başqırd atı — at cinsi olaraq Başqırdıstanın endemik canlısıdır.
Başqırd atı | |
---|---|
Cinsin istiqaməti | Əsasən minik, təsərrüfat istiqamətli |
Ölçüləri | 138-145 sm, |
Yetişdirildiyi yer | Rusiya |
Arealı | Başqırdıstan |
Vikianbarda əlaqəli mediafayllar |
Görünüşü
redaktəBu cins yerli meşə və çöl atlarının seleksiyasi nəticəsində meydana gəlmişdir. Atın formalaşmasında il boyu davam edən kontinental iqlim mühüm rol oynamışdır. Bel nahiyədi enli, boynu idə yoğun və qısadır. Hündürlüyü 142–145 sm təşkil edir. Diri çəkisi 450–470 kq-dır.
Tarixi
redaktəBaşqırd atı xüsusi ilə XVII—XVIII əsrlərdə geniş yayılmışdı. Onlar Ufa və Orenburq quberniyalarında yetişdirilirdi. Əsas arealından kənarda isə Perm, Samara və Kazan quberniyalarında belə rast gəlinirdi. Onlardan əsasən Qərbi Sibirdə poçt daşımalarında istifadə edilirdi. Qida yemədən və dincəlmədən 8 saat ərzində 120–140 km məsafə qət edə bilirlər.
Başqırd xalqının yetişdirdiyi at cinsidir. Qısa məsafəyə istifadə edilməsi ilə əlaqədar hazırda ancaq təsərrüfat istiqaməlidir nəyin ki, minik. Ayaqları iri və qısadır. Çox dözümlüdür. Vaxtı ilə Başqırt atlarının sayı 600 minə çatırdı.
Pyotr İvanoviç Rıçkov özünün yazdığı "Orenburq topoqrafiyası" kitabında (səh. 292) bu atlar haqqında məlumat vermişdir. Bazarlarda atların 30–50 rubla satıldığını birdiridi. Başqırdların bir ailəsinin bəzən 300–400 baş atı olurdu.
Rıçkov başqırdların atları istər yay istərsə qış vaxtları açıq səma altında saxladlığını birdirirdi. Qışda qar altında qalan otlarla qidalanırlar. Başqırd atların inkişaf etdirilməsində professor İvan Andreeviç Sayqin mühüm rol oynamışdır.
Müharibədə istifadəsi
redaktəAtlardan istər 1812-ci ildə Rusiyanın apadığı müharibələrdə istərsə İkinci dünya müharibəsi dönəmində istifadə edilmişdir.
Başqırd atı 112-ci Başqırdıstan kavaler diviziyasının təşkilində istifadə edilmişdir.
Rəmz
redaktəBir çox Başqırt nağıllarında atlar xüsusi ilə vurğulanır. уделено особое внимание лошади. Tulpar adlı başqırt mifalogiyasında atlar qanadlı təsvir edilir.
Akbuzat adlı qanadlı at Başqırt ekosları olan Ural-batır və Akbuzat eposlarında xüsusi ilə vurğunalır. Аҡһаҡ ҡола, Ҡара юрға, Бишҡолон, Ҡуҙыйкүрпәс менән Маянһылыу və Alpamış nağıllarında bu atlar başqırtların sadiq dostu kimi təsvir edilir.
Digər məlumatlar
redaktəBaşqırdıstanda bu atların ölkədən çıxarılmasına qadağa qoyulması haqqında qanun qəbul edilə bilər[1].
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ "Başqırd atlarının regionlardan çıxarılması qadağan edilə bilər". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-23.
Ədəbiyyat
redaktə- Sayqin İ. А. Başqıd atı. Atı, 1955.
Mənbə
redaktə- Başqırdıstan ensiklopediyası Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (başq.)
- "Başqırdıstan atı" Başqırdıstan ensiklopediyası [ölü keçid]
- Сайт о лошадях, страница про башкирских лошадей [ölü keçid]
- Ахатова И. Башкирская лошадь и молочное коневодство.// Ж. "Ватандаш", 2001. № 9 [ölü keçid]
- Руководство по уходу за лошадью. Местная порода лошадей: башкирская лошадь