Bagdad Amreyev - Wikipedia
Bağdad Kultay oğlu Amreyev (qaz. Бағдат Құлтайұлы Әміреев, d. 1 mart 1959, Şolakkorğan, Sozak rayonu, Cənubi Qazaxıstan vilayəti, Qazaxıstan SSR, SSRİ) — qazax bürokrat, diplomat, Qazaxıstan baş nazirinin sabiq müşaviri, Türk Dövlətləri Təşkilatının sabiq baş katibi və hal-hazırkı Türk İnvestisiya Fondunun prezidenti.[1]
Bağdad Amreyev | |
---|---|
qaz. Бағдат Әміреев | |
Türk İnvestisiya Fondunun prezidenti | |
Vəzifədədir | |
11 noyabr 2022-ci ildən | |
Əvvəlki | Vəzifə təsis edildi. |
3 iyul 2018 – 11 noyabr 2022 | |
Prezident | Nursultan Nazarbayev |
Əvvəlki | Ramil Həsən |
Sonrakı | Kubanıçbəy Ömürəliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şolakkorğan, Sozak rayonu, Cənubi Qazaxıstan vilayəti, Qazaxıstan SSR, SSRİ |
Fəaliyyəti | Bürokrat, diplomat |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Təhsili
redaktə1982-ci ildə Tacikistan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsindən məzun olmuşdur. Qazaxca, rusca, ərəbcə, ingiliscə, türkcə və farsca bilir.
Fəaliyyəti
redaktəDaha əvvəllər Qazaxıstan Respublikasının İran, Türkiyə, Misir və Səudiyyə Ərəbistanında səfiri olan Amreyev 3 sentyabr 2018-ci ildə Çolpan-Atada reallaşan Türk Şurası dövlət başçılarının VI zirvə görüşündə 3 dövrlük Türk Şurası (indi ki Türk Dövlətləri Təşkilatı) baş katibi seçilmişdir.[2][3]
Eyni zamanda, Qazaxıstan baş nazirinin müşaviri və Qazaxıstan Respublikasının Orta Şərq və Afrika üzrə xüsusi səfiridir.
21 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Türk Dövlətləri Təşkilatının Baş katibi vəzifəsində səmərəli fəaliyyətinə və Azərbaycan Respublikası ilə Təşkilatın üzvü olan ölkələr arasında tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib
İstinadlar
redaktə- ↑ "Türk Konseyinin yeni Genel Sekreteri belli oldu". orhaajans.com. 7 sentyabr 2018. 24 iyun 2020 tarixində arxivləşdirilib.
- ↑ "Türk Keneşi'nde yeni bir sıçrama ve bütünleşme dönemi". 24 iyun 2020 tarixində arxivləşdirilib.
- ↑ "Türk konseyi 6. devlet başkanları zirvesi". 24 iyun 2020 tarixində arxivləşdirilib.