Bagdadin Muhasiresi 1733 - Wikipedia
Bağdadın mühasirəsi (1733) — Səfəvi ordusunun Nadir xanın komandanlığı altında Bağdadı qısa zamanlıq olsa da, güclü formada mühasirədə saxlaması nəzərdə tutulur. Bağdadın taleyi mühasirənin təşkili prosesində yox, Bağdad yaxınlığında Samarra adlanan yerdə baş vermiş döyüşdə həll edildi. Bu döyüşdə Topal Osman Paşanın komandanlığı altında Bağdadda mühasirədə olan qarnizona yardıma gələn böyük Osmanlı ordusu ilə Səfəvi ordusu qarşılaşdı və Səfəvi ordusunun komandanı Nadir xan həyatında ilk meydan döyüşü məğlubiyyətini aldı. Böyük canlı və hərbi sursat itirən Səfəvi ordusu artıq ümidsiz vəziyyətdə olan Bağdadın mühasirəsini yarım saxlayaraq geri çəkildilər.[1]
Bağdadın mühasirəsi (1733) | |||
---|---|---|---|
Səfəvi-Osmanlı müharibəsi (1730-1736) və Nadirin yürüşləri | |||
| |||
Tarix | Fevral-iyul 1733 | ||
Yeri | Bağdad | ||
Nəticəsi |
Uğursuz mühasirə * Osmanlı qüvvələri şəhərə doğru geri çəkildilər. * Bağdad mühasirəyə alındı, Səfəvi ordusunun əsas hissəsi Samarrada yardım qüvvələri ilə qarşılaşmaq üçün şimala doğru irəlilədi. * Samarra döyüşündə məğlubiyyət nəticəsində mühasirə uğursuz bir şəkildə sonlandırıldı. |
||
Ərazi dəyişikliyi | Bağdadın mühasirəsi ləğv edildi. Səfəvi ordusu Osmanlı İraqını qısa müddətlik də olsa, tərk etdi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Mühasirənin başlanması
redaktəBağdad əyalətinin hakimi Əhməd paşa ehtiyatla Dəclə çayının sol sahilini ələ keçirdi. O, bu mövqenin Səfəvi ordusunun qarısını almaqda nə qədər əhəmiyyətli olduğunu bilirdi. Nadir çayın şərq sahilində düşərgə saldı və adamlarının çox hissəsini düşərgənin içinə, ətrafına toplayaraq Osmanlılara qarşı hiylə işlətdi. Nadir çayı təhlükəsiz keçmə üçün planlar hazırlamaqla məşğul idi.
Nadir Osmanlı dəstələrinin Dəclə çayınnı o biri sahilində yerləşməsi xəbərini aldıqdan sonra mühəndislərinə dərhal çayı keçmə vasitələri düzəltməyi əmr etdi. ərindən körpü salınmasına başlasınlar. Həmin körpülər vasitəsilə Nadir Köhnə Bağdad ərazisində mövqe tutmuş Osmanlı qüvvələrinə zərbə endirməyi planlaşdırırdı. Bağdada yürüşdə iştirak edən avstriyalı alman mühəndisi Dəclə çayı üzərindən keçidin qurulmasında yaxından iştirak etdi. Keçidlərin qurulması üçün xurma və palma ağaclarından istifadə etmək lazım gəldi. Nadir bu işə 12 min döyüşçünü cəlb etdi. Xeyli sayda sallar hazırlandı. Lakin çayın o birinə üzərək mıx bastırmalı olan qızılbaş döyüşçüləri Osmanlı müdaxiləsinə görə bunu edə bilmədilər.[2]
"Tarix-e Cahanqoşa-ye Naderi"yə görə, Nadir sərkərdəlik tarixində ilk dəfə tətbiq etdiyi müvəqqəti keçidlər vasitəsilə ilk gün 2500 nəfər, sonrakı gün daha 1500 nəfər o biri sahilə adlada bildi. Amma ikinci gün körpü ağırlığa tab gətirməyib qırıldı (237). Bundan sonra qoşunun qalan hissəsinin çay üzərindən necə keçirildiyi məlum deyil. "Aləm Ara-ye Naderi"yə görə, müvəqqəti keçidlər ümidləri doğrultmadıqda Nadirin əmri ilə yaxınlıqdakı ərəb kəndlərinin sakinləri onun yanına gətirildi və Nadir onlardan çayı necə keçməyin yollarını soruşdu. Sakinlər də bildirdilər ki, Nadirin düşərgəsindən 3–4 mil yuxarıda çayı adlamaq üçün münasib yer mövcuddur və qoşunlar orada çayı asanlıqla keçə bilərlər. Nadir bu məsləhəti qəbul etdi və ola bilsin ki, qarşı tərəfi duyuq salmamaq üçün gecə yarı sərkərdəsi Babaxanın rəhbərliyi altında 10 minlik qoşun dəstəsini yerli ərəblərin nişan verdiyi məkana göndərdi.[3]
15 fevralda Nadir 2.500 nəfərli döyüşçü ilə birlikdə Dəclə çayını keçərək, cənuba hərəkət edərək etməyə başladı. Onu daha bir 1.500 nəfərlik döyüşçü dəstəsi izləməkdə idi. Bu dəstə çayı keçən kimi körpü dağıdıldı. Nadirin Dəcləni keçdiyindən xəbər tutan Əhməd paşa dərhal qüvvələrini toplayaraq onu qarşılamağa yola düşdü. Nadirin kiçik döyüşçü dəstəsinə 3 min nəfərlik kürd, türkman və abdali döyüşçüləri daxil idi. Onlara qarşı gələn Osmanlı ordusuna isə, böyük artilleriya, süvari və yeniçəri qüvvələrindən təşkil edilmiş dəstələr daxil idi.[4] Nadir çayı adlayan günün səhəri dəstəsi ilə Osmanlı qoşunlarının qarovullarının qarşısına çıxması onlarda bir çaşqınlıq yaratdı. Bundan qısa müddət sonra isə, döyüş başladı. Əvvəlcə Qaracurlu dəstəsi döyüşə atıldı. Pusquda dayanan tüfəngdarların aramsız atəşləri dəstənin müqavimətini qırdı. Sonra Kukəlan türkmənləri döyüşə qatıldılar. Osmanlı qüvvələrinin çox uğurlu mövqe seçmiş tüfəngdarları türkmənlərin və eləcə də digər dəstələrin hücumlarının qarşısını alıb onları çətin vəziyyətə saldılar. Yalnız əfqanlardan təşkil edilmiş dəstə osmanlıların bütün həmlələrini mərdliklə dəf etsə də, bütünlükdə Nadir qoşunları geri çəkilmək məcburiyyətində qaldı. Geri çəkilən Nadir qoşunlarının arxası Dəclə çayına dirəndi. Nadir ordusunu çətin vəziyyətdən çıxarmaq üçün əfqan qüvvələrindən yararlandı. Əfqan sərkərdələrindən olan Qəni xan min nəfərlik dəstəsi ilə atlarda piyada olub osmanlılarla döyüşə girdi. Nadir eyni zamanda digər dəstələrin də fəallaşmasına nail oldu. Xüsusən, topçular sərrast atəşlərlə Osmanlı qoşunları arasında itkilərin sayını artırdılar. Min nəfərlik əlavə qüvvənin yetişməsi isə Nadirin zərbə qüvvəsini daha da artırdı və o özü də döyüşlərə qatıldı. Osmanlılar tərəfindən atılan bir güllə Nadirin atını yaraladı. Belə olanda yaxınlıqdakı döyüşçülərdən biri öz atını Nadirə verdi. Nadir isə böyük sürətlə özünü əfqanlar vuruşan mövqelərə yetirdi və şücaəti ilə əfqanların uğurlarını daha da genişləndirdi. Nadir döyüşün gedişində ciddi dəyişiklik yaratdı və osmanlıların döyüş meydanından çəkilməsinə nail oldu.[5]
Nəticədə Nadirin hücumları Əhməd paşanın qüvvələrini aramsız olaraq geri çəkilməyə, sonda isə, Bağdada girib gizlənməyə məcbur edə bildi. Kürdlərin və türkmanların geri çəkilmələrinə qəzəblənən Nadir onlardan bəzilərinin cəzalandırılmaları əmrini verdi, abdaliləri isə mükafatlandırdı.
Osmanlı ordusu Bağdadın içlərinə doğru geri çəkildikdən sonra şəhərin ətrafı Səfəvi ordusunun dəstələri ilə doldu və şəhər mühasirəyə alındı. Şəhər ətrafına gələn Səfəvi ordusu böyük səylə çalışaraq mühasirə üçün şəhər divarları boyunca 2700 ədədlik qüllələr ucaltdılar. Şəhər ətrafında 300 min Səfəvi ordusu mənsubu olduğu bildirilsə də, onlardan yalnız 100 mininin döyüşçü olduğu düşünülməkdədir.
Bu döyüş Bağdadın mühasirəyə alınmasını tamamladı. Mövcud olan məlumatlara görə, Nadir Bağdad ətrafında qurulmuş müdafiə səngərlərini ələ keçirib Osmanlı qüvvələrini tamamilə Bağdad qalasına sıxışdırdı. Nadirin qüvvələri qala ətrafında su ilə doldurulmuş xəndək boyunca mövqe tutdular və qalanın ətraf aləmlə əlaqələrini tamamilə kəsdilər. Verilən məlumatlara görə, Nadir Dəclə çayının hər iki sahilində, Bağdad qalası boyunca istehkam sistemi yaratdı. Bu istehkam sisteminə 2700 bürc daxil idi. Hər bürc də bir-birindən tüfəng atəşi məsafəsində idi. Beləliklə, 1733-cü ilin əvvəllərində, qışın sonunda Bağdad Nadir tərəfdən tam mühasirəyə alındı və bu mühasirə bir neçə ay davam etdi. 1733-cü ilin Novruz bayramını da Nadir Bağdad qalası ətrafında keçirdi. Onun ümidi qala daxilində ərzaq qıtlığı yaratmaqla qalanın ələ keçirilməsinə nail olmaq idi.[6]
Topal Osman Paşanın gəlişi
redaktəMühasirənin taleyi Bağdadda müəyyən edilmədi. Bağdaddan şimalda yerləşən Samarra şəhərində baş verəcək döyüşdə mühasirənin taleyinə qərar veriləcəkdi. Osmanlı dövləti Bağdadı mühasirədən xilas edə bilmək üçün toplaya biləcəyi ən böyük ordunu toplamış, əlində olan ən güclü general Topal Osman Paşanı da ona komandan təyin edərək Nadirlə döyüşə göndərmişdi. Nadir yardım ordusunu gözləyib, müdafiə döyüşü aparmaq əvəzinə, təkəbbürlə şimala doğru getməyə başladı. Döyüş hər iki tərəf üçün acınacaqlı sonla nəticləndi. Xüsusən Səfəvi ordusu çox sayıda — bəzi mənbələrə görə şəxsi heyətinin yarısı — döyüşçüsünü itirdi. Qələbə qazanmış Osmanlı ordusunun da itkiləri böyük idi. Onlar döyüşçülərinin 1\4-ü itirərək, təxminən 20 minlik itki vermişdilər.[7]
Bu döyüşün nəticəsi o qədər böyük idi ki, nəinki Nadirə təslim olmaq üzrə olan Bağdadın Osmanlı hakimiyyəti altında qalmasına səbəb oldu, eyni zamanda bütün Səfəvi ordusunun Osmanlı İraqından geri çəkilməsi ilə nəticələndi. Lakin qısa müddət sonra Nadir inanılmaz dərəcədə sürətli şəkildə öz ordusunu toplayaraq geri döndü və Topal Osman Paşanın ordusunu darmadağın etdi. Lakin bu dəfə də Bağdadı ələ keçirmək ona müəssər olmadı. Bunun əsas səbəbi imperiyanın cənubunda təcili müdaxiləsini lazım edən bir üsyanın başlaması idi.[8]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Ali Ghafouri (2008). History of Iran's wars: from the Medes to now, Etela'at Publishing|date=May 2015}}
- ↑ Süleymanov, 2001. səh. 224
- ↑ Süleymanov, 2001. səh. 225
- ↑ Gholam-Hussein Moghtader. The Great Batlles of Nader Shah. Donyaye Ketab. 2008. səh. 54.
- ↑ Süleymanov, 2001. səh. 226
- ↑ Süleymanov, 2001. səh. 227
- ↑ Michael Axworthy. The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant. I. B. Tauris. 2009. ISBN 978-1-84511-982-9.
- ↑ Əliyarlı, Süleyman. Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı: Azərbaycan nəşriyyatı. 1996.
Mənbə
redaktə- Mehman Süleymanov. Nadir şah (PDF). Pərvin Darabadi (elmi redaktor). 741.