Bm 21 Qrad - Wikipedia
Qrad (indeski 9K51) — Sovet istehsalı 122 mm reaktiv yaylış atəş sistemidir. "Katyuşa" sisteminin bazasında yaradılmış bu sistem "Ural-375" və ya "Ural-4320" avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1" (9K55) sistemi 9P138 əsasında mövcud olan "Qrad"-ın təkmilləşdirilmiş formasıdır. NATO ölkələrində sistem M1964 adı ilə tanınır.
BM-21 Qrad | |
---|---|
| |
Tipi | Reaktiv yaylım atəş sistemi |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1963-davam edir |
İstismara başlanması | 1963 |
İstismar edənlər | İstifadəçilər bölməsinə bax |
İstifadə edilən döyüşlər | Qarabağ müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor | Splav dövlət araşdırma və istehsalat müəssisəsi |
Konstruksiya tarixi | 1963 |
İstehsalçı | Splav dövlət araşdırma və istehsalat müəssisəsi |
İstehsal illəri | 1963-davam edir |
Xüsusiyyətləri | |
Ağırlığı | 13.71 ton |
Şose sürəti | 75 km/s |
Uzunluğu | 7.35 m |
Eni | 2.40 m |
Hündürlüyü | 3.09 m |
Ekipaj | 3 |
Mərminin başlanğıc sürəti | 2 atış/saniyə |
Maksimum məsafə | 405 km |
Nişangah | PG-1M panoramik teleskop |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi xarakteriskası
redaktəOrduda istifadəyə 1963-cü ildən götürülmüşdür. Hədəfi vurma məsafəsi 30 km-dir. Bir dəfəyə 40 ədəd mərmi atır. Çapı 122 mm-dir. Qrad sistemi növündən asılı olaraq "Ural-375" və "Ural-4320" avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1" modifikasiyası üçün ZİL-131 avtomobili tətbiq olunur. Atıcı qurğunun hərəkət sürəti 75–90 km/saat arasında yerləşir. Sistemdə atəşin avtomatik idarə edilməsi üçün "Vivariy" kompleksi tətbiq edilir.
Lülə diametri: 122 mm
Lülə sayı: 40 ədəd
Doldurulma: 7 dəqiqə
Məhvetmə radiusu: 145.000 m²
Salvo Atış müddəti: 20 saniyə
Atəş məsafəsi: 42 km
Tətbiqi
redaktəQrad yaylım atəş sistemi düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv etmək üçün, artilleriya və minomyot bateriyalarını susdurmaq, möhkəmləndirilmiş sədlərin dağıdılması üçün tətbiq edilə bilər. SSRİ-nin Əfqanıstanda apardığı müharibə zamanı geniş tətbiq olunmuşdur.
Raket və mərmi başlıqları
redaktə"Qrad"da aşağıdakı raketlərdən istifadə edilə bilər:
- 9M22U mərmi qırıntılarından ibarət başlıqla təchiz olunmuş, çəkisi 19,4 kq, uçuş məsafəsi 20 km.
- 9M22M mərmi qırıntılarından ibarət başlıqla təchiz olunmuş, çəkisi 18,4 kq, uçuş məsafəsi 21 km.
- 9M22S mərmi yandırıcı başlıqla təchiz olunmuş, çəkisi 19,4 kq, uçuş məsafəsi 20 km.
- 9M22D təşviqat üçün vərəqlərlə təchiz olunmuş başlıq, uçuş məsafəsi 21 km.
- 9M22K "Kəpənək minaları" ilə təchiz olunmuş, uçuş məsafəsi 15 km.
- 9M22K1 5 ədəd POM-2 minaları. Uçuş məsafəsi 13 km.
- 9M22K2 3 ədəd PTM-3 tank əleyhinə minalar, uçuş məsafəsi 13 km.
- 9M28F mərmi qırıntılarından ibarət başlıq ilə təchiz olunmuş, çəkisi 21 kq, uçuş məsafəsi 15 km.
- 9M28K tank əleyhinə minalar, uçuş məsafəsi 13 km.
- 9M42 işıqlandırıcılarla təchiz olunmuş, uçuş məsafəsi 20 km.
- 9M43 tüstü və alov yaratmaq üçün 4 ədəd boboletlər, uçuş məsafəsi 20 km.
- 9M53F paraşütlə əyləclənən mərmi başlıqları cəmi 26 kq, uçuş məsafəsi 20 km.
- 9M217 3 ədəd MOTV-3F tipli özü hədəfini axtaran kiçik güllələr, uçuş məsafəsi 30 km.
- 9M218 45 ədəd tank əleyhinə bombolettlər, uçuş məsafəsi 30 km.
- 9M519 rabitə siqnallarının pozulması üçün ötürücü, uçuş məsafəsi 18,5 km.
- 9M521 mərmi qırıntılarından ibarət başlıq ilə təchiz olunmuş, çəkisi 21 kq, uçuş məsafəsi 40 km.
- 9M522 paraşütlə əyləclənən mərmi başlıqları cəmi 25 kq, uçuş məsafəsi 38 km.
- PRC-60 su altı hədəfləri məhv etmək üçün mərmi qırıntıları, çəkisi 20 kq, uçuş məsafəsi 15 km.
İstifadə olunan ölkələr
redaktə- Ermənistan
- Azərbaycan
- Bosniya və Herseqovina
- Belarus
- Bolqarıstan
- MAR
- Kuba
- Kipr
- Misir
- Efiopiya
- Finlandiya
- Hindistan
- İran
- Qazaxıstan
- Livan
- Mərakeş
- Şimali Makedoniya
- Monqolustan
- Mali
- Mozambik
- Namibiya
- Nikaraqua
- Nigeriya
- Pakistan
- Polşa
- Rusiya
- Ukrayna
- Yəmən
- Türkiyə
- Almaniya
- ↑ 1 2 Hogg I. V. Twentieth-Century Artillery. Friedman/Fairfax Publishers, 2000. S. 303. ISBN 978-1-58663-299-1