Bezirxana - Wikipedia
Bəzirxana — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Zar kənd Sovetindən Vəzirxana kəndi[1] Əli Bayramlı kənd Sovetinin tərkibinə verilmişdir.[2] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Bəzirxana | |
---|---|
40°00′02″ şm. e. 45°56′36″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
redaktəAzərbaycan dilinin qərb qrupu dialektlərində bəzir "kətan yağı, kotan toxumu" mənasında işlənir. Oykonim "kətan vağı və ya toxumu istehsal edilən yer" kimi izah oluna bilər. 1917-ci ildə Cavanşir qəzasında Birinci və İkinci Bəzirxana adlı iki kənd olmuşdur.[3] Digər bir yerli məlumata görə bu kənddə bəzir yağı istehsal etmək üçün bəzir bitkisi əkib becərirmişlər. Bəzir yağı istehsal etmək üçün istifadə olunan daşlar 1970-ci illərə kimi kəndin şərq hissəsində yerləşən dəyirmanın yanında qalırdı. Bəzirxana sözü buradan götürülmüşdür.
Tarixi
redaktəKəndin yerləşdiyi ərazi qədim yaşayış məskəni olub. Ev himləri (özülləri) qazılarkən köhnə ev divarlarının qalıqları, alt-üst mərtəbəli qəbirlər, yerin altında gizlədilmiş bütöv saxsı küpələr və s. aşkar edilirdi.
Yeni kəndin bünövrəsini təxminən 1850-1860-cı illərdə (XIX əsrin ortalarında) Zəylik kəndindən gələn Kərbəlayı Hüseyin, Molla Həsən, Kərbəlayı Təhməz, Kəlbəcərdən gələn Şükürlər tayfasının ulu babası İsmayıl qoymuşlar.[4]
Coğrafiyası və iqlimi
redaktəKənd Qarabağ yaylasının ətəyində yerləşir.
Yaylaqları
redaktəAşağı yurd, Gəlmələrin yurdu, Balaca Tamaşalı yurdu, Qatarqaya yurdu, Yuxarı yurd (Duzdax), Böyük Tamaşalı yurdu, Sudərəsinin yurdu, Boğaz yurdu, Şırran yurdu, Novalar yurdu, Temirin yurdu, Qaraqayanın üstünün yurdu, Hasarların üstü yurd, Qovşuq yurdu (şimal hissə), Ağduzdağ yaylağı.
Bulaqları
redaktəBəzirxana bulağı (əsas bulaq), Dərə bulağı (Qara Mələyin bulağı), Korabulaq, Gav bulaq, Qoçalmaz bulağı, Şırran bulağı, Fındıq bulağı, Novalar bulağı, Novlu bulaq.
Məşhur yerləri
redaktəAğenin kahası, Bavonun kahası, Abduləzimin dəyirmanı, Bavonun dəyirmanı, Şükürlərin əkin yeri, Məmmədin əkin yeri, Heydərin əkin yeri, Mahmudun əkin yeri, Mollaoğlu Əlinin əkin yeri, Mollaoğlu Əhmədin əkin yeri, Molla Əhmədin darı yeri, Qasımın əyri yeri, Mikayılın yeri, Avasın təpəsi, Şəldinin yeri, Əmiralıoğlunun yeri, Şükürlərin tələ yeri, Hacıməmmədalının yeri (biçənəyi), Qoçalmaz, Rusqalağı, Çınqıllıtəpə, İmanyerləri, Məmmədin xora yeri, Qurban təpəsi, Çəvlik, Kərimin dərəsi, Porsuqölən yal, Şiş (İt yalağı), Ortaburunun dərəsi, Kərbəlayı Ələkbərin kalafaları, Sıra qayalar, Qırmızıqaya, İldırımvuranqaya, Güney yerləri, Qartopu dərəsi, Dəlikqaya, Böyükdöş, Qaraqaya, Novalar, Sulonun dəliyi, Batqın, Əyriqar, Rəhimin kahası, Zom, Mehdinin hasarı, Sadığın körpüsü, Yolumlar, Köçərinin biçənəyi, Adalar biçənəyi, Pirmalı biçənəyi, İmamquluoğlunun adası, Zeynoyeri, Qarrax, Çaybiçənəyi, Boğazın hasarları ( Şükürlərin hasarı, Hacı Qurbanın hasarı, Abbasların hasarı, Kərbəlayı İsanın hasarı ), Sudərəsi, Mustafanın hasarı, Hacı bədəlin atıölən yal, Orucbiçən, Kərbəlayı Təhməz arxı, Abdulhüseynin əkin yeri, Dəli Hüseynin yeri, Alayın əkin yeri, Kərbəlayı İsanın yeri, Hacı Əsədin əkin yeri, Ocaqverdinin əkin yeri, Yunisin əkin yeri, Alayın biçənəyi, İmamquluoğlunun əkin yeri, Kərbəlayı Rzanın əkin yeri.[4]
İstinadlar
redaktə- ↑ Kəndin adı yanlış olaraq "Vəzirxana" kimi qeyd edilmişdir.
- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-11.
- ↑ Bəzirxana // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ 1 2 Məzahir Təhməzov. Kəlbəcər. Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
Həmçinin bax
redaktə Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |